GÜLCAMAL
GÜLCANI
OBASTAN VİKİ
Gülcan Kaçmaz Sayyiğit
Gülcan Kaçmaz Sayyiğit (1982, Qevaş[d], Van ili) — coğrafiya müəllimi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Gülcan Kaçmaz Sayyiğit 1982-ci ildə Van ilinin Gevaş ilçəsində anadan olub. Van Yüzüncü İl Universiteti Coğrafiya Bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi, Anadolu Universiteti Ədliyyə Bölməsində isə PhD dərəcəsi alıb. Van ilinin Çataq və Edremit ilçələrində coğrafiya müəllimi olaraq çalışıb. 2007-ci ildə Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) Çataq ilçə nümayəndəsi, 2014–2017-ci illərdə isə EĞİTİM SEN Van şöbəsinin sədri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.