Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Game Jam
3D videooyunlar sahəsində keçirilən yarış. 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib. İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Qum (Qax)
Qum — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Qum kəndi qədim tarixə malikdir. Kəndin tam mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən, XVIII əsrə aid mudafiə məqsədi ilə tikilmiş Sirt qalası, dağların qoynunda yerləşən Taxta qaya adlı abidə buna əyani sübutdur. Kəndin sakinləri olan saxurlar Qafqaz Albaniyası dövründə yaşayan 26 tayfadan biri olub. Onlar haqqında ilk dəfə eramızdan əvvəl 80-60-cı illərdə Lukull ve Pompeyin Qafqaza yürüşlərində rast gəlinir. Qədim gürcü mənbələrində onlara suci, ölkələri isə Suceti və ya Tsuketi adlanır. Onlara həmçinin eri ,ölkələrinə isə Ereti deyirdilər. Qum kəndi Qafqaz Albaniyası dövləti süqut etdikdən sonra Saxur xanlığının (VII-XVI əsr) tərkibində olub. 1562-ci ildə Saxur xanı Adıgörklü bəyə I Təhmasibin sultan titulu verməsindən sonra dövlət İlisu sultanlığı adlandırılmağa başlayıb. İlisu sultanlığının süqutundan sonra ərazilər Rusiya imperiyasının təsirinə keçib.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qam 1
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qan və qum (film, 1989)
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
GSM
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Jam
Jam — Maykl Ceksonun "Dangerous" albomundakı mahnılardan biri.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744 — 18 dekabr 1829) — Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qap
Qap (rayon)
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər. Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
Qay
Qay (Orenburq vilayəti)
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.