Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kambar
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Qambay Məmmədov
Qambay Ələsgər oğlu Məmmədov (rus. Мамедов Гамбай Алескерович; 1921, Şuşa – 1990, Bakı) — 1963–1976-cı illərdə Azərbaycan SSR-nin Baş Prokuroru. 1963-cü ilədək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin istintaq idarəsində çalışmış, 1971–1974-cü illərdə Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı, 1975–1980-ci illərdə Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olmuşdur. 1963-cü ildən isə prokuror vəzifəsinə gəlmişdir. Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı. 1 iyun 1976-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi əmri ilə "prokuror-istintaq işinin təşkili, qanunçuluğa prokuror nəzarətinin həyata keçirilməsi işində ciddi nöqsanlara, prokurorluq orqanlarında kadrların həyata keçirilməsi və yerləşdirilməsi işində yarıtmaz vəziyyətə görə" işindən azad edilmişdi. 18 yanvar 1979-cu ildə isə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən xaric edilmişdi. 11 oktyabr 1989-cu ildə ona qarşı irəli sürülən ittihamlar qüvvədən düşdüyü üçün yenidən üzvlüyə bərpa edilmişdi. Həmin il noyabrın 20-si onun işindən azad edilməsi məsələsi də qanunsuz sayılaraq pensiya təyin edilmişdi. Qambay Məmmədovun vəzifələrinin əlindən alınması və partiyadan qovulmasını özünün Heydər Əliyevlə münaqişəsi ilə əlaqələndirirdi.
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı. İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur. Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir. 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Qambay Əlizadə
Alızadə Qambay Məşədi Əsgər oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki. Alızadə Qambay Məşədi Əsgər oğlu Gəncə şəhəri yaxınlığındakı Qızılca kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun dağ-mədən şöbəsini bitirmişdir. 1928-ci ildən Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) paleontologiya - tarixi geologiya kafedrasında laborant işləmiş, 1932-1960-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU), paleontologiya və tarixi geologiya kafedralarında dosent, professor vəzifələrində işləmiş, uzun müddət kafedraya başçılıq etmişdir. 1930-1941-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda böyük elmi işçi işləmişdir. 1938-ci ildə dissertasiya müdafiə etmədən geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1941-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1943-1945-ci illərdə bu institutun direktoru olmuş, 1941-1990-cı illərdə kaynozoy laboratoriyasına, paleontologiya və stratiqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1945-ci ildə "Azərbaycanın akçaqıl mərtəbəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Yorge Qambra
Yorge Qambra (14 iyul 1963) — Çilini təmsil edən stolüstü tennisçi. Yorge Qambra Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Yorge Qambra Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Melierax gabar
Micronisus gabar (lat. Micronisus gabar) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin micronisus cinsinə aid heyvan növü.
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Micronisus gabar
Micronisus gabar (lat. Micronisus gabar) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin micronisus cinsinə aid heyvan növü.
Qabar Hüseyn (Piranşəhər)
Qabar Hüseyn (fars. قبر حسين‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (98 ailə). Əhalisini kürdlər təşkil edir.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Dambur
Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax, Şəki və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.. Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir. Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Qamqam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qamsbart
Qamsbart (alm. Gamsbart‎) — Almaniyanın Bavariya əyalətində və Avstriyada istifadə olunan milli baş geyimi. Qamsbart alman toplumunun milli baş geyimlərindən biri sayılır və adətən şənliklər, festivallar, paradlar zamanı geyinilir. Dirndl ilə birlikdə Oktoberfest festivallarının əvəz edilməz geyimlərindən olan qamsbart daha çox Bavariya əyalətində məşhurdur.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qatlar
Qatlar (himnlər, nəğmələr) - Avestanın ən qədim və mürəkkəb hissəsi. Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin fərdiliyi aydın şəkildə hiss olunur" [E.E.Bertels]. Adətən Zərdüştün (Zaratuştra, Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mərasimlərindən biridir. Qeyd etmək lazımdır ki, "Qat"lar Avestanın ən çətin anlaşılan qismidir. Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı qədər müxtəlif "Qatlar" mövcuddur [İ.M.Dyakonov]. Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda Yaştların, habelə Yəsnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar.
Qaxbaş
Qaxbaş — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 1376 təsərrüfatda hər iki cinsdən toplam 3085 nəfər əhali yaşayır. Həmçinin kəndin bir hissəsində gürcülər də yaşayır. Qaxbaş oyk., miir. Qax r-nunun Qaxingi- loy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bu oykonim Qax (oyk.) və baş (yuxan, üst tərəf) sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Qax şəhərinin yuxarısında, üstündə yerləşən yaşayış məskəni” mənasım bildirir.
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Gaddar
Gaddar (azərb. Qəddar‎) — ilk seriyası 19 yanvar 2024-cü ildə buraxılan, baş rollarda Çağatay Ulusoy, Sümeyye Aydoğanın rol aldığı Türkiyə istehsalı döyüş və dram janrında teleserial.
Qallar
Qallar – Qalliya imperiyasının əsasını qoymuş, fransızların etnogenezində əhəmiyyətli rol oynamış, kelt dil ailəsinə mənsub olan Qalliyanın aborigen xalqıdırlar.