1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq.
□ Qabar olmaq – bax qabarlamaq 1-ci mənada.
2. Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi; döyənək.
□ Qabar bağlamaq, qabar olmaq, qabar çalmaq – bax qabarlamaq 2-ci mənada.
3. Su üzündə yağış damcılarından əmələ gələn köpükcük; qabarcıq.