Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Xaruşa
Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaruşə oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
"Parasat" ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Adi qarağat
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Parasat ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Qara qarağat
Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir. == Yayılması == Naxçıvan düzənliyi (Duz dağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Qırmızı qarağat
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. == Ekologiyası == Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. == Azərbaycanda yayılması == Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Lyusiya Qaruta
Lyusiya Qaruta (latış. Lūcija Garūta‎; 14 may 1902, Riqa – 15 fevral 1977, Riqa) — Latviyalı pianoçu və bəstəkar. Latviya SSR əməkdar incəsənət xadimi (1962). == Bioqrafiyası == Yeddi yaşında Oto Voqelmanisdən fortepiano öyrənməyə başlayır, sonra Mari Zilinskayanın sinfində oxuyur. Nikolay Alunanın rəhbərliyi altında harmoniya dərsləri alır. 1924-cü ildə Latviya Konservatoriyasını Yazep Vitols ilə bəstəkarlıq sinfini və bir il sonra Lyudmila Qomane-Dombrovskayadan fortepiano dərləri alır, məzun olur. 1925–1926-cı illərdə Riqa Radiosunda çalışır. Parisdə bacarıqlarını artırmağa davam edir, burada Alfred Kortot və İsidora Filippedən fortepianodan, Paul Le Flem alətlərdən və Paul Dukladan bəstəkarlıqda təhsil alır. Solist və müşayiətçi kimi Latviyada və xaricdə çoxsaylı konsertlərdə iştirakl edir. Sonra xəstəlik üzündən bəstəkarlığa keçir.
Qalust Gülbənkiyan
Qalust Gülbənkiyan (erm. Գալուստ Կիւլպէնկեան; 29 mart 1869, Üsküdar, Konstantinopol, Osmanlı imperiyası – 20 iyul 1955[…], Lissabon) — Erməni əsilli Britaniya iş adamı, filantropist və neft maqnatı.
Qarşıt Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Adolf de la Qartsa
Adolf Cozef DeLaGartsa (ing. Adolph Joseph DeLaGarza; 4 noyabr 1987[…]) — müdafiəçi mövqeyində çıxış edən ABŞ futbolçusu. Hazırda MLS-də çıxış edən "Nyu İnqlend Revolyuşn" klubunda çıxış edir. 2010-cu ilin əvvələrində üç MLS kubokunu və "Supporters' Shield" mükafatını qazanan "La Qelaksi" heyətinin daimi üzvü idi. 2012-ci ildə ABŞ milli komandasında debüt edən Qartsa 2013-cü ildən mənşe vətəni Quam millisinin heyətində oynamağı seçdi. == Öncəki həyatı == de la Qartsa Merilend ştatının Brayans-Roud adlı yerdə andan olub. Atası meksikan-çamorro mənşəli idi, anası isə yerli amerikan xalqları nümayəndəsi idi.