Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Gunnm
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı.DigərGünay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günel
Günel — Qadın adı.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Günotu
Günotu (lat. Hemerocallis) – günotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Həmçinin bax == Günotu:The Plant List saytında takson barədə məlumat.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Kunth
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Qrunt
== Qrunt == Qrunt (alm. Grund-torpaq, əsas) - 1. əsasən yer qabığının aşınma zonasında yerləşən süxurların ümumiləşdirilmiş adıdır. 2. mühəndis qurğuları təsiri dairəsində mövcud olan və mühəndis-inşaat nöqteyi-nəzərindən baxılan süxurlara deyilir. Mexaniki bərkliyinə görə qruntlar 5 əsas tipə bölünür.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Qunut
Qunut - əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Gunn
Ronald Kempbell Qann (ing. Ronald Campbell Gunn; 4 aprel 1808, Keyptaun – 13 mart 1881) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Ronald Kempbell Qann toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Observations on the Flora of Geelong. 1842. == Şərəfinə adlandırılmış taksonlar == Gunnia bitki cinsi və bir çox bitki növləri Ronald Kempbell Qannın şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == T. E. Burns, J. R. Skemp, 'Gunn, Ronald Campbell (1808—1881)', Australian Dictionary of Biography, Volume 1, MUP, 1966, pp. 492–493. Serle, Percival (1949). «Gunn, Ronald Campbell».
ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. == Tarixçə == Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib."ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Arpad Gents
Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[…], Budapeşt, Macarıstan – 6 oktyabr 2015[…], Budapeşt) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur. == Həyatı == Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi.
Brikston funtu
Brikston funtu — 17 sentyabr 2009-cu ildə buraxılıb. Brikston funtu regional valyutadır, funt sterlinqə alternativ kimi də götürülür. İlk dəfə 18 sentyabr 2009-cu ildə 80 yerli şirkət tərəfindən valyuta kimi qəbul edilib. Brikston funtundan başqa Devonun Totnes, Qlosterşr qraflığının Straud şəhərində və Sasseks qraflığının Lyuis şəhərlərində yerli valyutalar buraxılır. Brikston funtunu buraxmaqda məqsəd yerli iqtisadiyyata investisiyanı həvəsləndirmək, istehsalçılar arasında qarşılıqlı dəstək mühiti yaratmaq, yerli istehsalla yerli ticarət şəbəkələri arasında əlaqə yaratmaqdır. £ B 1, B £ 5, B £ 10 və £ 20 B əskinazları vardır və üzərilərində yerli məşhurlar təsvir edilib. Şəhər şurası New Economics Foundation şirkəti ilə əskinaz layihəsinin tərtib edilməsi ilə bağlı saziş imzalayıb. 29 sentyabr 2011-ci ildə isə Brikston funtunun elektron versiyası buraxıldı. Kağız pulların ikinci buraxılışında Brikston məşhurlarının şəkilləri yerləşdirildi. B £ 1 -də mədəniyyət arxivinin yaradıcısı Len Qarrisonun, B £ 5-də "Çikaqo Bullz" komandasının oyunçusu Lyol Denqin, B £ 10-də Devid Bounun, £ 20 B-də isə İkinci Dünya MÜharibəsində məxfi agent olmuş Violette Kabonun şəkilləri yerləşdirildi.Əskinazların arxa tərəfində şəhərin görməli yerlərinin təsviri verilib.
Bristol funtu
Bristol funtu (£B) — 19 sentyabr 2012-ci ildə Böyük Britaniyanın Bristol şəhərində buraxılmış regional valyuta. Yerli iqtisadiyyatı dəstəkləmək üçün buraxılıb və yerli müəssisələr arasında istifadə edilir (buraxılan ərəfədə 300 yerli müəssisə ondan istifadəyə imza atıblar). Bristol funtu Britaniya funtuna ekvivalentdir və sərbəst şəkildə Britaniya funtuna və əks halda dəyişilə bilinir. == Əskinazları == Müstəqil şirkətlər tərəfindən də buraxıla bilir. Onun saxtalaşdırılmaması üçün xüsusi tədbirlər görülüb. Xarici görünüş üşçün 8 variantdan istifadə edilir. Onlar müsabiqəyə təklif edilmiş min variantdan hər nomunal üçün iki variant seçilib. Bristol funtu həmçinin elektron tranzaksiya edilə bilir. == Qanuniliyi == Bristol funtu dövlət ödəniş vasitəsi olmasa da Britaniya qanunları ölkə ərazisində regional valyutalardan istifadə etməyə icazə verir. Bristol funtundan başqa Britaniya ərazisində aşağıdakı yerli valyutalardan da istifadə edilir: Şotland funtu Gernsi funtu Men adası funtu Brikston funtu Lyuis funtu Totnis funtu Stroud funtu və s.
Britaniya funtu
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Cersi funtu
Cersi funtu (ing. Jersey pound, fr. Livre de Jersey) — Cersinin pul vahidi. 2010-cu ildən əskinazlarda yazılar ingilis (funtlarda) və fransız dillərində (livrdə) göstərilir. Cersi funtu funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Adada Cersi vayutası ilə yanaçı, Böyük Britaniya funtu və Böyük Britaniyananın regional valyutaları da qəbul edilir. Böyük Britaniyanın digər ərazilərində cersi funtu ödəniş vasitəsi kimi hesab edilməsə də ödənişə qəbul edilir. Bu valyuta üçün ISO 4217 standartı ayrıca kod nəzərdə ututmasa da lazım gəldikdə JEP abbveraturasından istifadə edilir. == Əskinaz və sikkələr == Dövriyyədə 1/2 (1981-ci ildə ləöv edilib), 1, 2 pens (1971-ci ildən), 5, 10 pens (1968-ci ildən), 20 pens (1982-ci ildən), 50 pens (1969-cu ildən), 1 funt (1982-ci ildən), 2 funt (1998-ci ildən) sikkələr var. Axırıncı ikisi nadir tapılı.
Cəbəllüttariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Endər Günlü
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi 1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub. Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir.Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.