Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Quru
Quru (informatika)
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Quru fontan
Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar −1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. == Adı == İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. == Quraqlıq və quru küləklərə qarşı mübarizə tədbirləri == Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. == Motoatıcı qoşunlar == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. == Tank qoşunları == Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. == Xariçi görünüşü və ölçüləri == Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. == Yayılması == Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Quru yataq
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Altı duru, üstü quru (film, 1983)
Yeni Zelandiya uzunquyruq ququ quşu
Yeni Zelandiya uzunquyruq ququ quşu— Uzunquyruq ququ quşu, uzunquyruq koel, Maori dilində isə koekoeā adlanır. Ququkimilər fəsiləsinin növlərindən biridir. Bu növ Yeni Zelandiyada bala verir və qışda cənub-qərbi Sakit Okean adalarına miqrasiya edir. Uzunquyruq ququ quşu tüfeyli həyat tərzi keçirir. O, öz yumurtalarını Ağbaşlı moxua, Sarıbaşlı moxua və Pipipi yuvalarına qoyur. Yuvanın sahibi olan quş yumurtaların üzərində kürt yatır. Yeni çıxmış quş balaları həmin quşun yumurtalarını yuvadan atır. Uzunquyruq ququ quşu balaları öz sahibinin balalarının çağırışlarını yamsılamağı bacarır. == İstinadlar == == Xarici keçidlər == "Urodynamis taitensis". Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Gürz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Gəru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.