Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Danilo (futbolçu)
Danilo da Silva (15 iyul 1991[…]) — Braziliyalı futbolçu. Yuventus klubunun və Braziliya Milli komandasının sağ cinah müdafiçəsi.
Danilo Mitroviç
Danilo Mitroviç (23 mart 2001, Serbiya və Monteneqro) – BW Linz komandasında çıxış edən serbiyalı müdafiəçi.
Danilo Zabolotnı
Danilo Kırıloviç Zabolotnı (ukr. Дани́ло Кири́лович Заболо́тний; 16 (28) dekabr 1866 – 15 dekabr 1929, Kiyev) — ukraynalı epidemioloq və dünyada ilk epidemiologiya tədqiqat şöbəsinin yaradıcısı, Faktiki Dövlət müşaviri (1915). Ümumukrayna Elmlər Akademiyasının prezidenti (1928–1929), Ümumukrayna Elmlər Akademiyasının akademiki (1922), Belarus Elmlər Akademiyasının akademiki (1928), SSRİ Elmlər Akademiyasının akademiki (1929). 1927-ci ildə o, öz sahəsində ilk işlərdən biri olan Epidemiologiyanın əsaslarını nəşr etdirib. == Həyatı == O, Podilsk quberniyasının Çobotarka (indiki Zabolotne) kəndində kəndli ailəsində anadan olub: atası əkinçi, anası kənd mirzəsinin qızı idi. 1877-ci ildə atasının ölümündən sonra Danilo Rostov-na-Donuda əmisinin evinə köçür və burada Naxçıvan-on-Dondan gimnaziyasında oxuyur. 1880-ci ildə Danilo başqa bir əmisi V. M. Sauliakın yanına Odessaya köçür və burada Rişelye gimnaziyasına daxil olur. 1885-ci ildə Danilo Odessada Novorossiysk Universitetinin (indiki İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq fakültəsinə daxil olur, 1889-cu ildə tələbə yürüşündə iştirak etdiyinə görə oradan qovulur və həbs edilir. Daha sonra səhhəti ilə əlaqədar evə buraxılır. 1889–1891-ci illərdə Odessa Bakterioloji Stansiyasında direktor Yakiv Bardaxın köməkçisi işləyib.
Pedrarias Davila
Pedrarias Davila və ya Pedro Arias de Avila (isp. Pedrarias Dávila; 1443, Seqoviya, Kastiliya və Leon – 6 mart 1531) — Amerikada ilk Avropa koloniyalarını idarə edən İspaniya konkistadoru. Konkistador Xil Davilanın əmisi oğludur. 1514-cü ildə 19 gəmi və 1,500 əsgərlə İspaniyadan yola düşdü. O, 12 il Panamada, daha 4 il isə Nikaraquada qubernator olmuşdur. 1519-cu ildə rəqibi Nunyes de Balboanı edam etdirmiş və Panama şəhərinin əsasını qoymuşdur. 1524-cü ildə İnk imperiyasını fəth etmək üçün Pisarronu göndərmişdir. Onun kürəkəni Ernando de Soto Luiziana və Texası kəşf edən və Missisipiyə çatan ilk avropalı idi. O, Panamanın əsasını qoyaraq Cənubi Amerikanın qərb sahillərinin kəşfi və daha sonra Perunun fəth edilməsinin əsasını qoymuşdur.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Danilov
Danilov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Davaro
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır. Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır. Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Bavil
Aşağı Bavil (Üskü)
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Edqar Davids
Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts] ( dinlə) ;13 mart 1973[…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur. Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib. Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub. Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi. Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb. 2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır.
Henri Kavill
Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyordur. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi. == Həyatı == Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Neoseiulus depilo
Neoseiulus depilo (lat. Neoseiulus depilo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nikolay Danilov
Nikolay Danilov (23 iyul 1920 və ya 1920, Perm quberniyası[d] – 18 aprel 1987 və ya 1987, Sverdlovsk) — Sovet alim-zooloqu, biologiya elmləri doktoru, professor; SSRİ Elmlər Akademiyası Ural Elmi Mərkəzi, Bitki və Heyvan Ekologiyası İnstitutunun Biogeosenotik Proseslərin Enerji Laboratoriyasının rəhbəri; Böyük Vətən müharibəsinin iştirakçısı. Beş monoqrafiya da daxil olmaqla 150-dən çox elmi əsəri dərc edilmişdir. Nikolay Danilov Akademik S. S. Şvartsın "Təkamülün ekoloji qanunları" adlı son monoqrafiyasının (əlyazmasının layihələri əsasında) çapa hazırlanması ilə bağlı iki illik əsərin müəllifidir. 23 iyul 1920-ci ildə Perm vilayətinin Osa şəhərində anadan olub. 1922-ci ildən Yaroslavl vilayətinin Rıbinsk şəhərində valideynləri ilə birlikdə yaşadı. 1938-ci ildə Rıbinsk 3 nömrəli orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin bioloji fakültəsinə daxil olduur. 1941-ci ildə, universitetdə təhsilinin üçüncü ilindən sonra orduya könüllü olaraq gedir və Leninqrad bölgəsində düşmən cəbhələrinin arxasında fəaliyyət göstərən Vasileostrovski Könüllü Partizan Alayının 6 saylı dəstəsinə yazılır. Daha sonra Nikolay Danilov bir avtomobil mexanikası və sürücüsü olur. Baltikyanı dövlətlər azad edildikdən sonra Şaulayayski hərbi qeydiyyat şöbəsində sürücü işləyir. 1945-ci ildə ordudan tərxis olundur.
Nikolay Vavilov
Nikolay İvanoviç Vavilov (rus. Никола́й Ива́нович Вави́лов; 13 (25) noyabr 1887, Moskva – 26 yanvar 1943[…] və ya 1943, Saratov) — rus əsilli SSRİ genetiki, botaniki və aqronomu. Alim mədəni bitkilərin mənşəyi üzrə araşdırmalar aparmış, həyatını buğda, qarğıdalı və sair taxıl bitkilərinin qida mənbəyi kimi inkişaf etdirilərək, bəşəriyyətin istifadəsinə verilməsinə həsr etmişdir. Akademik Vavilov 1920-ci ildə ümumi Rusiya seleksiya qurultayında homoloji sıralar qanunu haqqında məruzə etdikdə professor V. V. Zelenski demişdir: "Bu tarixi bir qurultay oldu. Bioloqlar öz Mendeleyevini təbrik edə bilərlər". Bu fikir homoloji sıralar qanununun əsas mahiyyətini şərh edir. Mendeleyev cədvəlində bir sıraya düzülmüş elementlərin xassələri məlum olduqda həmin sıraya daxil ola biləcək, lakin hələ tapılmayan elementlərin də xarakter xüsusiyyətlərini əvvəlcədən qeyd etmək mümkündür. Vavilovun qanununa görə, bir fəsiləyə, məsələn, taxıllar fəsiləsinə mənsub olan bir növdə müəyyən bir mutasiya görünmüşsə, həmin fəsiləyə mənsub başqa cinslərdə və növlərdə də bu cür mutasiyaları gözləmək olar.
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Qavrilo Prinsip
Qavrilo Prinsip (serb-kiril. Гаврило Принцип; 13 (25) iyul 1894 – 28 aprel 1918[…]) – 1914-cü il iyunun 28-də Sarayevoda Avstriya taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandı və onun xanımı Sofiya Hohenberqi qətlə yetirmiş serb milliyyətçisi. Bu qətl Birinci dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdır. Milliyyətcə serb olan (üzərində qurulmuş məhkəmə prosesinin stenoqrafik hesabatına görə, yəhudi) Prinsip Bosniya və Herseqovinanın Oblyay kəndində kasıb poçtalyon ailəsində anadan olmuşdu. Doğulduğu ailədə 9 uşaqdan 6-sı erkən yaşda xəstəlikdən ölmüşdü. Özü isə hələ körpə vaxtlarından vərəm xəstəliyindən əziyyət çəkirdi. Sarayevo və Tuzlada orta məktəbi bitirdikdən sonra 1912-ci ilin mayında Belqrada gəlir və Serbiyada gizli fəaliyyət göstərən anarxist-millətçi "Mlada Bosna" (Gənc Bosniya) təşkilatına üzv olur. Bu təşkilat Serbiyada fəaliyyət göstərən "Çerna Ruka" (Qara əl) cəmiyyətinin bir qolu idi. 1914-cü il iyunun 28-də ershersoq Frans Ferdinand və xanımı Sofiya Hohenberq Avstriya-Macarıstan imperiyasının Bosniya və Herseqovinadakı canişini general Oskar Potiorekin dəvəti ilə hərbi təlimlərin gedişini izləmək məqsədilə Sarayevoya gəldilər. Dəmir yolu vağzalından şəhərin mərkəzinə doğru irəliləyən avtomobil korteji qabaqcadan onları gözləyən və aralarında Qavrilo Prinsipin də olduğu 6 nəfərdən ibarət terrorçu qrupun hücumuna məruz qaldı.
Senecio davilae
Senecio davilae (lat. Senecio davilae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Strix davidi
Strix davidi (lat. Strix davidi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.