Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Daranaq
DARANAQ — Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində — "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Darıdağ
Darıdağ (içki) — Darıdağ (bulaq) — Darıdağ silsiləsi — Darıdağ — Culfa rayonu ərazisində dağ. Darıdağ — Cəbrayıl rayonunun cənub-qərb hissəsində dağ. Darıdağ — Gədəbəy rayonu ərazisində dağ.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (qəsəbə) — Azərbaycan Respublikasının Bakı şəhərinin tabeliyində olan Qaradağ rayonunda qəsəbə. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Paradağ silsiləsi
Paradağ silsiləsi – Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə 8 km-dən artıq məsafəyə uzanan qoldur. Yamacları dik, suayırıcısı sıldırımlıdır. Şimal-şərq hissəsində Mehri-Ordubad batolitinin turş intruziv kütlələrindən, cənub-qərbdə isə Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. PƏRDÜKDAĞ SİLSİLƏSİ – Ordubad rayonu ərazisində Paradağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (Ağsu)
Qaradağ — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Qaradağ (Bukan)
Qaradağ (fars. قره داغ‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi bəxşdə, El Teymur dehistanına aiddir. 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (22 ailə).
Qaradağ (Gədəbəy)
Qaradağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaradağ kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsini 1927-ci ildə rayonun Aşağı Qumlu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Qaradağ dağının adı ilə adlanmışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 954 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaradağ (Soyuqbulaq)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Kənd Məhabad (Soyuqbulaq) şəhristanının Mərkəzi bəxşindəki Mükriyan-i şərqi dehistanındadır. 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (163 ailə).
Qaradağ (dağ)
Qaradağ – Şahbuz rayonu ərazisində dağ (hünd. 1756,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Külüs kəndindən 800 m cənubdadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacı sıldırımlı yüksəklikdir. Yamaclarında lay dəstəsinin alt hissəsinə aid çöküntülər açılır. Düzəlmə səthi fraqmentidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Külüs sinklinalının nüvə hissəsində yerləşir. Cənub-qərb yamacından qırışığın qanadını mürəkkəbləşdirən şimal-qərb istiqamətli fay qırılması keçir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (İcrud)
Qaradağ (fars. قره داغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Mərkəzi bəxşdə, Gülabar kəndistanında yerləşir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (32 ailə).
Qaradağ Buduq
Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qaradağ bələdiyyəsi
Qaradağ bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaradağ bələdiyyəsi (Gədəbəy) — Gədəbəy rayonunda bələdiyyə.
Qaradağ dili
Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili(Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir. Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Qaradağ mahalı
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Qaradağ qəsəbəsi
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ rayonu
Qaradağ — Bakının rayonlarından biri. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Qaradağ silsiləsi
Qaradağ silsiləsi — Güney Azərbaycan ərazisində dağ silsiləsi. Qaradağ silsiləsi Ağrı dağı və Talış dağları arasında yerləşərək həmin dağ silsilələrini birləşdirir. Lakin Araz çayı Qaradağ silsiləsini Kiçik Qafqaz dağlarından ayırır. Qaradağ silsiləsinin çox hissəsi meşə zolaqları ilə örtülüdür. Dəniz səviyyəsindən 3600 m hündürlüyə malik olan Qaradağ silsiləsinin uzunluğu 220 km, eni isə 30–65 km-dir. Qaradağ silsiləsi qədim əlvan metal mədənlərinə də malikdir.
Qaradağ vilayəti
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.