1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq.
– [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub … saçlarını darayırdı.
Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim!
2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək.
[Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı.
3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq.
Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf.
4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək.
Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan.