Paradağ silsiləsi – Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə 8 km-dən artıq məsafəyə uzanan qoldur. Yamacları dik, suayırıcısı sıldırımlıdır. Şimal-şərq hissəsində Mehri-Ordubad batolitinin turş intruziv kütlələrindən, cənub-qərbdə isə Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
Paradağ silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3825,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
PƏRDÜKDAĞ SİLSİLƏSİ – Ordubad rayonu ərazisində Paradağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.[1]