Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Drom
Drom (departament)
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb. İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir.
Drom (departament)
Drom (fr. Drôme, oks. Droma) — Fransa cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 26. İnzibati mərkəzi — Valans. Əhalisi — 499.313 nəfər (departamentlər arasında 53-cü yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6530 km². Rona və Drom çayları departamentdən axır. Departamentə 3 rayon, 36 kanton və 369 kommun daxildir. Drom departamentinə 3 rayon daxildir: Valans (Valence) Di (Die) Nyon (Nyons) Drom — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir.
Mohenco-Daro
Mohenco-Daro (Urdu: موئن جودڑو, Sindhi: موئن جو دڙو), Pakistanın Sind əyaləti sərhədləri içində, Hind çayı sahilində mədəniyyət ocağı. Mohenco-Daro sindhi dilində «Ölülər şəhəri» deməkdir. Bu qədim şəhərin yerləşdiyi ərazi Pakistan dövləti yarandıqdan sonra onun payına düşmüş və hazırda Karaçi şəhərindən 400 km şimaldadır. Əsrlərlə torpaq altında qalmış Mohenco-Daronun tapılması XX əsrin ən böyük arxeoloji kəşflərindən biri kimi qiymətləndirilmişdir. Onun tapılması ilə bəşər tarixində ən qədim sivilizasiyalarından birinin mərkəzi – planlı gələcək şəhərlərin rüşeymini özündə saxlayan, şəhərsalma sənətinin ən qədim və kamil nümunəsi üzə çıxarılmışdır. Arxeoloqlar onun simasmda müasir Manxettin daşlaşmış embrionunu görmüş, onu tunc dövrünün Manxettisi adlandırmışlar. Mohenco-Daronun xarabalıqlarında ilk əsaslı qazıntı işləri- 1922-ci ildə başlanmış və bu qazıntılara hind arxeoloqu R.D.Banerci başçılıq etmişdi. Az sonra qazıntılara məşhur ingilis arxeoloqları Con Marşal və E.Makkey də dəvət olunmuş və qısa vaxt içərisində qədim şəhərin 260 hektara yaxın sahəsi qalın torpaq qatlarmdan təmizbnmişdi. İlk qazıntılarla burada uzun küçə və məhəllələr, bişmiş kərpicbrdən tikilmiş ictimai binalar, iki-üç mərtəbəli yaşayış evbri, ərzaq anbarları, yeraltı kanalizasiya sistemi və geniş su şəbəkəsi aşkar edilmiş, şəhər sakinlərinin məişəti və təsərrüfatı, mədəniyyəti, adət-ənənəbri, dini görüşləri və s. bağlı nadir maddi-mədəniyyət nümunələri tapılmışdır.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
Drom (kommuna, Fransa)
Drom (fr. Drom) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01150. 2010-ci ildə əhalinin sayı 209 nəfər təşkil edirdi.
CEO
Baş icraçı direktor və ya SEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Bella Çao
"Bella Çao" (it. Bella ciao — Əlvida, Gözəl) — II Dünya müharibəsində Moden dağlarında müqavimət göstərən İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısı. 1940-cı illərin dillər əzəbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşır. Mahnı italyan partizanları tərəfindən ifa olunması sənədlərdə təsdiqlənmişdir. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir, lakin əsasən Mahnının sözlərinin müəllifi bilinmir, amma mahnının köklərinin 20-ci əsrin əvvəlində Po çayı ətrafında düyü yığanlar tərəfindən oxunan "Alla mattina appeana alzata" adlı xalq mahnısına gedib çıxdığı versiyalar arasındadır. Başqa versiyaya görə isə 1930-cu ildə İtaliyaya qayıdan mühacirlər tərəfindən gətirilib. Musiqisi Bethovenin sonata "Parhetique"nın 3-cü hissəsinə bənzəyir. Mahnı Giovanna Daffini tərəfindən 1962-ci ildə yenidən oxunmuşdur. Sözləri demək olar ki, xalq mahnısı olan 'it. Fior di tomba ("Məzarüstü çiçək") ilə də eynilik təşkil edir.
Cao Zihan
Cao Zihan (d. 4 sentyabr 1993) — Çini təmsil edən su poloçusu. Cao Zihan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Cunya İto
Cunya İto (9 mart 1993, Yokosuka[d], Kanaqava prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 2 qol vurub.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Kanako İto
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oto Nemsadze
Oto Nemsadze (gürc. ოთო ნემსაძე; 18 iyun 1989, Qori) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy (ukr. Голос країни) səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
Teruyoşi İto
Teruyoşi İto (d. 31 avqust 1974) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Xan Çao
Xan Çao — 304-329-cu illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Xuan Çao
Xuan Çao (çin. ənən. 黃巢, sadə. 黄巢, pinyin: Huáng Cháo, ?- 884) — Çinli duz taciri və 874–884-cü illərdə Çində üsyan başçısı. Xuan Çaonun doğum tarixi məlum deyil. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtı Çanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi.
Çao Fanq
Çao Fanq (çin. ənən. 曹芳, pinyin: Cáo Fāng) (* 232; † 274) — Vey sülaləsinin III hökmdarı, Çao Yuinin oğulluğu.
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni. Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Dartma
Dartma xarici və daxili səthləri kəsmə ilə emal etmək üçün texnoloji əməliyyat növüdür. Bu əməliyyat üçün tətbiq olunan alətlərə isə darma deyilir. Dartma əməliyyatı iskənələmənin xüsusi növüdür. Tipik tətbiq sahəsi çevrəvi deşiyə qeyri bəarbər forma verməkdir. Təpənməz bərkidilmiş pəstahın deşiyinə dartıcı ya itələnir ya da deşikdən xaricə çəkilir. Bu zaman alətin üzərində müxtəlif hündürlüyə malik dişlər addım-addım material qatını çıxararaq deşiyi tədricən lazımi formaya salır. Dartmanın itələnməsi və ya çəkilməsi emal olunan səthin uzunluğundan asılıdır. Böyük uzunluqda olan deşiklərin emalında çəmkəyə üstünlük verilir. Bu zaman alətin əyilmsi və sınmasının qarşısı alınır. Emalda veriş və kəsmə sürəti eyni oxboyunda yerləşir.
Darts
Darts — iç-içə olan rəngli dairələrdən və bunları kəsən üçbucaq dilimlərdən ibarət olan hədəfə balaca oxların (dartlar) əllə atılmasıyla oynanılan oyun. İngiltərə bu idman növünün vətənidir. Rəvayətə görə, Britaniya oxatanları pablarda dincələn zaman qısa oxlardan istifadə ediblər. Oyunun qaydalarına görə, hər bir oyunçuya 301 xal verilir. Sonra isə onların hər birinə drotiki atmaq üçün üç imkan verilir. Nişanın-"almacığa" düşsə, oyunçudan 50 xal, onu ətrafında yaşıl xəttə düşsə, 25 xal çıxılır. Nişanı yerdən 1,73 metr hündürlükdə, oyunçulardan 2,37 metr uzaqlıqda qururlar.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Daloa
Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir. Daloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir. Şəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-Faso və Qvineya mənşəli olduğu iddia edildi.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
DARPA
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
DARVO
DARVO ("inkar et, hücum et, qurbanı və cinayətkarı əvəz et" sözlərinin akronimi; ing. "deny, attack, and reverse victim and offender") — seksual cinayətkarlar kimi qanunsuzluq edənlərin davranışlarına görə cavabdeh olmalarına cavab olaraq göstərə biləcəkləri reaksiya. Bəzi tədqiqatçılar bunun psixoloji zorakılıq törədənlərin ümumi manipulyasiya strategiyası olduğunu göstərir. Akronimdən göründüyü kimi, ümumi addımlar aşağıdakılardır: İstismarçının istismarın baş verdiyini inkar edir; Sübutlarla qarşılaşdığı halda istismarçı şəxs zorakılığa məruz qalan şəxsə (və/və ya şəxsin ailəsinə və/yaxud dostlarına) təcavüzkarı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə cəhd etdiyi üçün hücum edir; İstismarçı tərəf, əslində, vəziyyətin qurbanı olduqlarını iddia edir, bununla da qurban və cinayətkarın mövqelərini dəyişdirilir. Bu, çox vaxt təkcə qurban rolunu oynamaq yox, həm də qurbanı günahlandırmaqdan ibarətdir.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Barnaul-Т
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.