Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Datsit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb.Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur.Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir. Daha çox plagioklaz və kvarsdan ibarət olan dasit adətən açıq rəngli, tez-tez ağdan açıq boza qədər rənglərdə olur. Hornblend və biotitlə zəngin dasit açıq bozdan açıq qəhvəyiyə qədər rənglərdə ola bilər.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. == Tarixi == Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Damcı
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Datis
Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş Midiyalı sərkərdə. O, daha çox, Yunan-İran müharibələrinin birinci kompaniyasında Artaferlə birgə Fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır. Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir.Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Aşağı Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) - dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Cavan budaqlarının soyulub qurudulmuş qabığından darçın alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kafur ağacı; Kamfora ağacı (Cinnamomum camphora (L.) Nees. et Eberm.) Çin darçın ağacı (Cinnamomum cassia Blume) Seylon darçın ağacı (Cinnamomum zeylanicum Blume) == İstinadlar == Darçın ağacı:The Plant List saytında takson barədə məlumat.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. == Karyera == Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır.2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır.Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir.Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir.28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.2022-ci ildə, Serbiyanın "Partizan" klubuna keçir. == Milli Komanda Karyerası == 1 Oktyabr 2020-ci ildə Kabo-Verde milli komandasına dəvət edilir. 10 Oktyabr 2020-ci ildə Kabo-Verdenin Qvineya milli komandası ilə yoldaşlıq göruşundə meydana çıxıraq milli komandada debut edir. Futbolçunun Kabo-Verde millisində rəmi debütu isə 26 mart 2021-ci il tarixində Kamerun milli komandası ilə göruşdə baş tutur.
Patrik Aşi
Patrik Aşi (fr. Patrick Achi; 17 noyabr 1955, Paris) — 26 mart 2021-ci ildən etibarən Kot-d'İvuarın Baş naziri vəzifəsini icra edən Kot-d'İvuar siyasətçisi. == Həyatı == Aşi Parisdə Kot-d'İvuar əsilli ana və fransız əsilli atadan doğulub. O, Fransa və ABŞ-da təhsil alıb. Atasının adı Eratum, anasının adı isə Attiyedir. 16 aprel 2020-ci ildə COVID-19-dan müsbət test verdiyini və növbəti bildirişə qədər özünü təcrid etdiyini açıqladı. 2021-ci ilin may ayında o, yorğunluq və tibbi müayinədən keçmək üçün Parisə aparılıb. == Fəaliyyəti == 2010–2017-ci illər arasında Aşi Qiyom Soro, Janno Aussu-Kuadio və Deniyel Kablan Dunkan hökumətlərində İqtisadi İnfrastruktur Naziri olub.Aşi xəstəxanaya yerləşdirilən Baş nazir Həməd Bakayokonun vəzifələrini icra etmək üçün 8 mart 2021-ci ildə Baş nazir təyin edildi. Bakayoko iki gün sonra vəfat etdi. Aşi 26 mart 2021-ci ildə Prezident Uattara tərəfindən Baş nazir vəzifəsinə təyin edilib.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır.Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…] – 29 avqust 1790) — İrlandiya botaniki. == Əsərləri == Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. == Eponimlər == Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Patrik Hikki
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir. == Şəxsi həyatı == Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki, 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir. == İdman idarəçiliyi == Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir. 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir. 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.
Patrik Klüvert
Patrik Stefan Klüvert (və ya Patrik Klayvert) (1 iyul 1976, Amsterdam) – Niderland futbolçusu. == Həyatı == Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı.
Patrik Kpozo
Patrik Kpozo (isv. Patrick Kpozo; 15 iyul 1997, Akkra) — Qana futbolçusu, futbol üzrə İsveç çempionatında çıxış edən "AİK" FK-nın müdafiəçisi. == Karyera == === Klub === Patrik Kpozo Qana futbolunun yetirməsidir. O, 2015-ci ildə "AİK" skautlarının maraqlarını cəlb etmiş və sınaq üçün İsveç klubuna gəlmiş, tezliklə burada müqavilə imzalayaraq gənclər komandasına qoşulmuşdur. Kpozo 2016-cı il mövsümündən əsas komandaya gətirilmişdir. O, 23 may 2016-cı ildə İsveç çempionatında "Gefle" ilə qarşlkaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir. === Beynəlxalq === Patrik Kpozo 20 yaşadək Qana yığması ilə təlim-məşq toplanışına dəvət edilmişdir, rəsmi oyunlarda iştirak etməmişdir.
Patrik Kutrone
Patrik Kutrone (3 yanvar 1998, Komo, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Komo" klubunun hücumçusu.
Patrik Modiano
Patrik Modiano (fr. Patrick Modiano; 30 iyul 1945[…], Bulon-Biyankur, Sena[d], Fransa) – - Fransız roman yazarı və 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən şəxsdir. O, əvvəlcə 2012-ci ildə Avropa Ədəbiyyatı üçün Avstriya Dövlət Mükafatı, 2010-cu ildə həyat boyu nailiyyət üçün Prix mondial Cino Del Duca, 1978-ci ildə Prix Goncourt və 1972-ci ildə Grand Prix du roman de l'Académie française sahibi oldu. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və Fransa və ətrafında məşhurlaşıb. Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” layiq görülmüşdür. == Həyatı == Patrick Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrickə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır. Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir.
Patrik Rotfus
Patrik Ceyms Rotfus (6 iyun 1973, Madison) — amerikalı yazıçı,"Kralqatili Xronikaları" əsərlər seriyası ilə məşhurdur. == Erkən həyatı == Patrik Rottfus, Viskonsin ştatının Madison şəhərində anadan olmuşdur.