Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Etiqat Hacıyev
Etiqat Balaxan oğlu Hacıyev (25 fevral 1974 – 5 iyul 1993, Bakı) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur. Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artileriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir. 5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.
Yefim Dziqan
Yefim Lvoviç Dziqan (2 (14) dekabr 1898, Moskva – 31 dekabr 1981, Moskva) — Rus-sovet kinorejissoru, SSRİ xalq artisti. == Həyatı == Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır. == Süfrəyə verilməsi == Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. == Giriş == Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. : == Riyazi tərif == n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır.Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} . Əgər f Riman mənada inteqrallanandırsa, S ,T üzərində f funksiyasının Riman inteqralı adlanır və bu təyin olunur: ∫ ⋯ ∫ T f ( x 1 , x 2 , … , x n ) d x 1 ⋯ d x n {\displaystyle \int \cdots \int _{T}\,f(x_{1},x_{2},\ldots ,x_{n})\,dx_{1}\!\cdots dx_{n}} Bu ifadə adətən aşağıdakı formada ifadə olunur: ∫ T f ( x ) d n x .
Digah (Abşeron)
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. == Tarixi == Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd esasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-Irandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Digah (Lerik)
Digah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Digah (Lənkəran)
Digah — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimiyası == Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == Əhalisi 2445 nəfərdir. == Din == Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.
Digah (Masallı)
Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 3722 nəfərdir (2009).
Digah (Quba)
Digah — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Yerli əhali arasında həm də Ləzgi Digah da adlanır. Kənd Quruçay və Qudyalçayın arasında, düzənlikdədir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1725 nəfər əhali yaşayır.
Digah bələdiyyəsi
Digah bələdiyyəsi (Lənkəran) — Lənkəranda bələdiyyə
Yuxarı Digah
Yuxarı Digah, Digah (?-2015) — Azərbaycan Respublikasının Quba rayonunun Amsar inzibati ərazi dairəsində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Tarixi == 29 may 2015-ci ildə Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılmışdır.Qeyri-rəsmi olaraq Alıc Digah da adlanır. == Coğrafiyası == Yan silsiləsinin ətəyindədir.
Zapadnaya Dvina
Zapadnaya Dvina — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. == Həyatı == Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — üçbarmaq cinsinə aid bitki növü.
İkiqat şah (şahmat)
İkiqat şah — Şahmat termini Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Zombilənd: İkiqat Atəş
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
Edi Resxi Dviçao
Edi Resxi Dviçao (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Edi Resxi Dviçao Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Edi Resxi Dviçao Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü. Edi Resxi Dviçao olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Resxi Dviçao Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Resxi Dviçao Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.
Cümə məscidi (Digah)
Digah "Cümə" məscidi — Abşeron rayonu Digah qəsəbəsində yerləşən cümə məscidi. Məscid qəsəbənin daxilinə uzanan Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşir. == Tarixi == Digah Cümə məscidinin inşa tarixi dəqiq məlum deyil. Məscidin təməlinin qoyulması 1430-31-ci illər olması qeyd edilir. Bununla belə məscid hazır ki, formasını alana qədər yenidən tikilmiş və ya təmir-bərpa işləri həyata keçirilmişdir. Məscidin ilkin sahəsi 54 m² olmuçşdur. XIX əsrin əvvəllərində isə əlavə olaraq 81 m² sahə əlavə edilmişdir. 1988-1989-cu illərdə qadınlar üçün tikilmiş hissəsinin sahəsi isə 96 m²-dir. == Tikili == Məscidin divarlarının qalınlığı 1 metrdir. Tikilinin ümumi uzunluğu 22 m, eni isə əlavə tikililəri ilə birlikdə 12 m olmuşdur.
Digah-Xucbala bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Digah bələdiyyəsi (Abşeron)
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Digah bələdiyyəsi (Lənkəran)
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Le-Viqan (rayon)
Le-Viqan (fr. Le Vigan) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Le-Viqan. Rayon əhalisi 2006-cı ildə 34 032 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 24 nəf / km². Rayon sahəsi — 1398 km².
S-75 Dvina
S-75 Dvina (rusca: C-75; NATO kod adı: SA-2 Guideline) yüksək hündürlükdə uçan hədəfləri məhv etmək məqsədilə hazırlanmış Sovet istehsalı zenit raket kompleksidir. 1957-ci ildə ilk dəfə istismara verilməsindən indiyə qədər tarixdə ən geniş yayılmış hava hücumundan müdafiə sistemi hesab edilir. Bu kompleksdən ilk dəfə Çində istifadə olunmuşdur. Belə ki, 7 oktyabr 1959-cu il tarixində Çin hava məkanına daxil olan Tayvana məxsus Martin RB-57D Canberra kəşfiyyat təyyarəsi yerdən 20 km yüksəklikdə S-75 kompleksinə daxil olan üç ədəd V-750 (1D) raketləri vasitəsilə məhv edilmişdir.Bu sistemin daha yeni raketi olan V-750VN (13D) raketləri isə ilk dəfə 1960-cı ildə baş verən U-2 insidenti zamanı uğurla tətbiq olunmuşdur. Belə ki, 1 may 1960-cı il tarixində SSRİ hava məkanına daxil olan və hava kəşfiyyatı aparmağa cəhd edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus U-2 təyyarəsi Sovet HHM qoşunları tərəfindən məhv edilmişdir. == İstifadəçiləri == Azərbaycan Ermənistan: 79 Bolqarıstan: 18 ÇXR Kuba Misir: 240. Tayer əl-Sabah variantı Efiopiya İran: 300+ Qırğızıstan Liviya Moldova: 3 Monqolustan Myanma Şimali Koreya: 270 Pakistan Rumıniya Sudan: 700 Suriya: 275 Tacikistan Vyetnam: 280 Yəmən Zimbabve === Keçmiş istifadəçilər === Əfqanıstan Əlcəzair Albaniya Çexiya ADR Gürcüstan Macarıstan İndoneziya Hindistan İraq Polşa Rusiya: Əksər hissəsi 1991-1996-cı illərdə ehtiyata buraxılıb. Raketlər təlim məqsədilə istifadə olunur.