S-75 Dvina

S-75 Dvina (rusca: C-75; NATO kod adı: SA-2 Guideline) yüksək hündürlükdə uçan hədəfləri məhv etmək məqsədilə hazırlanmış Sovet istehsalı zenit raket kompleksidir. 1957-ci ildə ilk dəfə istismara verilməsindən indiyə qədər tarixdə ən geniş yayılmış hava hücumundan müdafiə sistemi hesab edilir. Bu kompleksdən ilk dəfə Çində istifadə olunmuşdur. Belə ki, 7 oktyabr 1959-cu il tarixində Çin hava məkanına daxil olan Tayvana məxsus Martin RB-57D Canberra kəşfiyyat təyyarəsi yerdən 20 km yüksəklikdə S-75 kompleksinə daxil olan üç ədəd V-750 (1D) raketləri vasitəsilə məhv edilmişdir.[1]

S-75
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1957 - davam edir
İstismara başlanması 1957
İstifadə edilən döyüşlər Vyetnam müharibəsi, Altıgünlük müharibə, Hindistan-Pakistan müharibəsi, İran-İraq müharibəsi, Körfəz müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Raspletin KB-1 (əsas konstruktor)
Qruşin MKB Fakel (raket konstruktoru)
Lavoçkin OKB
Konstruksiya tarixi 1953 - 1957
İstehsal illəri 1957
İstehsal sayı 4600
Variantları S-75 Dvina, S-75M-2 Volxov-M, S-75 Desna, S-75M Volxov, S-75M Volqa
Xüsusiyyətləri
Ağırlığı 2,300 kq
Sürət Mach 3.5
Uzunluğu 10,600 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu sistemin daha yeni raketi olan V-750VN (13D) raketləri isə ilk dəfə 1960-cı ildə baş verən U-2 insidenti zamanı uğurla tətbiq olunmuşdur. Belə ki, 1 may 1960-cı il tarixində SSRİ hava məkanına daxil olan və hava kəşfiyyatı aparmağa cəhd edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus U-2 təyyarəsi Sovet HHM qoşunları tərəfindən məhv edilmişdir.

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
S-75 istifadəçiləri. Cari istifadəçilər mavi, keçmiş istifadəçilər qırmızı rənglə göstərilib.

Keçmiş istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  1. Steven J. Zaloga (2007). Red SAM: The SA-2 Guideline Anti-Aircraft Missile. Osprey Publishing. p. 8. ISBN 978-1-84603-062-8. On October 7, 1959, one of the Taiwanese RB-57Ds was struck at an altitude of 65,600ft (20km) by a salvo of three V-750 missiles
  2. [1][ölü keçid] İstifadə tarixi: 21 may 2016

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]