Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Erigeron ovinus
Erigeron ovinus (lat. Erigeron ovinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Qvinet Peltrou
Qvinet Keyt Peltrou (27 sentyabr 1972[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. == Həyatı == Qvinet Peltrou 27 sentyabr 1972-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olmuşdur. O, aktrisa Blythe Danner və film prodsseri Bruce Paltrowın qızıdır. Atası əslən yəhudi, anası isə yarı holland, yarı ingilisdir. Özündən kiçik Jake Paltrow adlı qardaşı var. Əmisi isə opera müğənnisidir. Aktrisa Santa Monika şəhərində böyüyüb. 2003-cü ildə ingilis əsilli müğənni Chris Martinlə ailə həyatı quran aktrisa 2014-cü ildə ondan boşanmışdır. Cütlyün iki övladı var.
Dvin
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Zapadnaya Dvina
Zapadnaya Dvina — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Kvint Horatsi Flakk
Kvint Horatsi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir. == Həyatı == Azad olunmuş qulun oğlu olan Horatsi kiçik bir kənddə anadan olmuşdur. Fəlsəfə ilə maraqlanmışdır. Brutun başçılığı altındakı orduda fəaliyyət göstərmişdir. Sonradan Oktavian Avqust tərəfindən əfv edilmiş və Vergili tərəfindən Messenata təqdim olunmuşdur. == Yaradıcılığı == Horatsini yaradıcılığına bunlar daxildir: "Odalar" "Epodlar" "Satiralar" "Poeziya elmi" "Epistollar" == "Poeziya elmi" == Horatsinin ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poeziya elimdir". bu əsər poetik üslubda yazılmış və burada müəllifin bədii yaradıcılıqla bağlı fikirləri və tövsiyələri doqquz hissədə verilmişdir.
S-75 Dvina
S-75 Dvina (rusca: C-75; NATO kod adı: SA-2 Guideline) yüksək hündürlükdə uçan hədəfləri məhv etmək məqsədilə hazırlanmış Sovet istehsalı zenit raket kompleksidir. 1957-ci ildə ilk dəfə istismara verilməsindən indiyə qədər tarixdə ən geniş yayılmış hava hücumundan müdafiə sistemi hesab edilir. Bu kompleksdən ilk dəfə Çində istifadə olunmuşdur. Belə ki, 7 oktyabr 1959-cu il tarixində Çin hava məkanına daxil olan Tayvana məxsus Martin RB-57D Canberra kəşfiyyat təyyarəsi yerdən 20 km yüksəklikdə S-75 kompleksinə daxil olan üç ədəd V-750 (1D) raketləri vasitəsilə məhv edilmişdir. Bu sistemin daha yeni raketi olan V-750VN (13D) raketləri isə ilk dəfə 1960-cı ildə baş verən U-2 insidenti zamanı uğurla tətbiq olunmuşdur. Belə ki, 1 may 1960-cı il tarixində SSRİ hava məkanına daxil olan və hava kəşfiyyatı aparmağa cəhd edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus U-2 təyyarəsi Sovet HHM qoşunları tərəfindən məhv edilmişdir. == İstifadəçiləri == Azərbaycan Ermənistan: 79 Bolqarıstan: 18 ÇXR Kuba Misir: 240. Tayer əl-Sabah variantı Efiopiya İran: 300+ Qırğızıstan Liviya Moldova: 3 Monqolustan Myanma Şimali Koreya: 270 Pakistan Rumıniya Sudan: 700 Suriya: 275 Tacikistan Vyetnam: 280 Yəmən Zimbabve === Keçmiş istifadəçilər === Əfqanıstan Əlcəzair Albaniya Çexiya ADR Gürcüstan Macarıstan İndoneziya Hindistan İraq Polşa Rusiya: Əksər hissəsi 1991-1996-cı illərdə ehtiyata buraxılıb. Raketlər təlim məqsədilə istifadə olunur.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Dvin şəhəri
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Vint Serf
Vinton Qrey Serf (ing. Vinton Gray Cerf; 23 iyun 1943, Nyu-Heyven[d], Konnektikut, ABŞ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır. O, Milli Texnologiya Medalı, Türinq mükafatı, Prezident Azadlıq medalı, Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb. == Həyatı və karyerası == Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir. Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb. Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.
Kvint Fabi Maksim Kunktator
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar. == İstinad == История Древнего Мира. Расцвет Древних Обществ.
Qay Messi Kvint Trayan Desi
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Sen-Marten-le-Vinu
Sen-Marten-le-Vinu (fr. Saint-Martin-le-Vinoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qrenobl-2 kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38423. Kommunanın 2007-ci il üçün əhalisi 5 348 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 205 ilə 1 299 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 2 km şimal-qərbdə yerləşir.