Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Devid Akselrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Devid Pakkard
Devid Pakkard (7 sentyabr 1912[…], Pueblo[d], Kolorado – 26 mart 1996[…], Stenford[d], Kaliforniya) (David Packard) – 7 sentyabr 1912-ci ildə Uilyam Hyulettlə (William Hewlett) birgə "Hewlett- Packard" (HP) şirkətinin əsasını qoymuş amerikalı sahibkar Devid Pakkard (David Packard) anadan olmuşdur. Pakkard 1947-ci ildən HP şirkətinin icraçı direktoru olmuş, 1968-ci ildə isə ABŞ prezidenti Riçard Nikson tərəfindən Müdafiə Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1970 və 80-ci illərdə o, Ağ Evin təhlükəsizlik və idarəetmə məsələləri üzrə köməkçisi olmuş, ölkənin ictimai həyatında aktiv iştirak etmişdir. Bir çox fond və xeyriyyə təşkilatlarına rəhbərlik etmişdir. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Devid Petreus
Devid Petreus (ing. David Howell Petraeus; 7 noyabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı general, hərbçi. 2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuşdur. O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa vermişdir. Holli Petreus (Noulton) ilə ailəlidir. 2 övladı var. 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu.
Devid Qarrett
Devid Qarrett (alman dili: David Christian Bongartz; 4 sentyabr 1980[…], Aaxen, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya) — alman-amerikalı skripka ifaçısı-virtuoz, musiqi istiqamətində, caz və rok ilə klassik musiqi sintezinin ifaçısı. David Qarrett 4 sentyabr 1980-ci ildə Almaniyanın Aaxen şəhərində, amerikalı prima-rəqqasə Dove Garreett və alman vəkil və hüquqşünas Georg Peter Bongartzın ailəsində anadan olmuşdur. O bir təxəllüs kimi anasının qızlıq soyadını qəbul etdi, "daha gur və rahat tələffüs olunduğuna görə". Devid Qarrett subaydır. Davidin 4 yaşı olduqda atası böyük qardaşı üçün skripka aldı və beləliklə David musiqiyə maraq göstərdi, tezliklə skripkada ifa etməyə başladı. Bir il sonra, o, müsabiqədə iştirak etdi və ilk mükafatını qazandı. 7 yaşında o, professor Zakhar Bron ilə Lübek Konservatoriyasında skripka çalmağı öyrəndi. 12 yaşından isə o Polşa mənşəli Britaniyalı skripkaçı İda Qendelnən işləməyə başlayır. Onunla görüşmək üçün Devid tez-tez Londona və digər Avropa şəhərlərinə səyahət edir. 17 yaşında o evi tərk edir və Londondakı Kral musiqi kollecinə (Royal College of Music) daxil olur, lakin birinci semestri bitirib onu tərk edir.
Devid Rokfeller
David Rockefeller (12 iyun 1915[…], Manhetten, Nyu-York ştatı – 20 mart 2017[…]) — Amerikalı bankir və iş adamı. John Ensor Harr and Peter J. Johnson, The Rockefeller Century: Three Generations of America’s Greatest Family, New York: Charles Scribner’s Sons, 1988.. David: Report on a Rockefeller, William Hoffman, New York: Lyle Stuart, 1971.
Devid Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Devid Senborn
Devid Vilyam Senbor (ing. David William Sanborn; 30 iyul 1945[…], Tampa, Florida, ABŞ – 12 may 2024) Amerikalı caz, saksofon və piano ustası. Devid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı. Illər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi.
Devid Seymur
Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir. O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub II Dünya Müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir. Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu. Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi. 1914-cü ildə birinci dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi.
Devid Stern
Devid Joel Stern (22 sentyabr 1942, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 2020, Manhetten, Nyu-York ştatı) — 1984 ilə 2014 arasında NBA-nın patronu olan Amerikalı idman adamıdır. Bu, NBA-nı yerli liqaya çevirərək dünyanın ən böyük idman təşkilatlarından birinə çevirdi. Bunu edərkən həyata keçirdiyi köklü qərarlar əvvəlcə reaksiya qazandırsa da, sonrakı illərdə düşdü. Bu tətbiqlərə misal olaraq NBA Geyimi Kodunu göstərmək olar. Devid Joel Stern 22 sentyabr 1942-ci ildə Nyu-York ştatında anadan olmuşdur.
Devid Suşe
Devid Suşe (ing. Sir David Courtney Suchet; 2 may 1946, Paddinqton, Böyük London) — ingilis teatr və kino aktyoru. Aqata Kristinin əsərlərinin motivləri əsasında çəkilmiş "Aqata Kristinin Puarosu" detektiv teleserialında (1989–2013) canlandırdığı belçikalı detektiv Erkül Puaro rolu ilə məşhurluq qazanmışdır. 1971-ci ildə London Musiqi və Dram Akademiyasını bitirib. Filmdəki ilk rolunu 1980-ci ildə "İki şəhərin hekayələri" filmində oynayıb. 1986-cı ildən teatrda 40-dan çox rol alıb.
Devid Tennant
Devid Tennant (ing. David Tennant, anadan olanda adı — Devid Con Makdonald ing. David John McDonald; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır. Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, qardaşı Bler və bacısı Karen ilə böyüyüb. Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib. Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.
Devid Trimbl
Uilyam Devid Trimbl, Baron Trimbl (15 oktyabr 1944[…], Belfast – 25 iyul 2022, Belfast) — 1998-2002-ci illərdə Şimali İrlandiyanın ilk birinci naziri və 1995-2005-ci illərdə Olster Birlik Partiyasının (UUP) lideri olmuş Britaniya siyasətçisi. O, həmçinin 1990-2005-ci illərdə Yuxarı Bann üçün Parlament üzvü (MP) və 1998-2007-ci illərdə Yuxarı Bann üçün Qanunvericilik Assambleyasının (MLA) üzvü olmuşdur. 2006-cı ildə o, Lordlar Palatasının ömürlük həmkarı oldu və bir il sonra Mühafizəkarlar Partiyasına qoşulmaq üçün Olster Birlik Partiyasından ayrıldı. Trimbl 1970-ci illərdə Belfast Kraliçası Universitetində hüquq müəllimliyi karyerasına başladı və bu müddət ərzində o, paramiliterlərlə əlaqəli Avanqard Birlik Tərəqqi Partiyası ilə məşğul olmağa başladı. 1975-ci ildə Şimali İrlandiya Konstitusiya Konvensiyasına seçildi və ABTP-ı dağıldıqdan sonra 1978-ci ildə Olster Birlik Partiyasına qoşuldu. Belfast Universitetində qalaraq, 1990-cı ildə Yuxarı Bann üçün millət vəkili seçilənə qədər akademik karyerasını davam etdirdi. 1995-ci ildə gözlənilmədən Olster Birlik Partiyasının lideri seçildi. O, 1998-ci ildə Belfast sazişi ilə nəticələnən danışıqlarda mühüm rol oynadı və (Con Hyum ilə birlikdə) səylərinə görə həmin il Nobel sülh mükafatına layiq görüldü. Daha sonra o, Şimali İrlandiyanın birinci naziri seçildi. 2005-ci il ümumi seçkilərində məğlub olduqdan sonra Trimbl qısa müddət sonra Olster Birlik Partiyasının rəhbərliyindən istefa verdi.
Devid Uest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Devid Yum
Devid Yum (ing. David Hume; 26 aprel (7 may) 1711[…], 7 may 1711 və ya 26 aprel 1711, Edinburq[…] – 25 avqust 1776[…], Edinburq) — məşhur şotland filosofu, empirizm və aqnostisizmin nümayəndəsi, ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biri. Yum 1711-ci ildə Şotlandiyanın Edinburq şəhərində bir hüquqşünas ailəsində anadan olmuşdur. O, Edinburq Universitetində mükəmməl təhsil almış, İngiltərənin Avropadakı diplomatik missiyalarında işləmişdir. Fəlsəfi fəaliyyətə Yum "İnsan təbiəti haqqında traktat"-ın ilk iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır. Bir ildən sonra traktatın ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində işləmiş və "İnsan idrakı haqqında" adı altında ayrıca bir kitab da nəşr etmişdir. Bir çox əsərin, o cümlədən, 8 cildlik "İngiltərə tarixi"nin müəllifidir. D. Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxmayaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material toplamaq imkanı vermişdi.
Devid Zalsberq
Devid Zalsberq (4 may 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Devid Zalsberq Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Devid Zalsberq Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Devin Lisk
Devis Quggenhaym
Filip Devis Quggenhaym (ing. Philip Davis Guggenheim; 3 noyabr 1963, Sent-Luis, Missuri) — ABŞ rejissoru və prodüseri, Oskar mükafatı laureatı. Tam adı Filip Devis Quggenhaymdır. 1963-cü ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. 1986-cı ildə Braun Universitetindən məzun olmuşdur. ABŞ aktrisası Elizabet Şue ilə evlidir. Yaratdığı filmlər və seriallar arasında ən tanınmışları "Məşq günü", "Qalxan", "NYPD Göy", "ER", "5-in şənliyi", "Didvuud"dur. Həmçinin "İlk il" və "Öyrət" adlı sənədli filmlərinin rejissorluğunu etmişdir. Ən yaxşı sənədli filmə görə onun "Əlverişsiz həqiqət" adlı sənədli filmi Oskar mükafatına layiq görülmüşdür. Ən son filmi "Qrasiya"dır.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Devid Andersen
Devid Emil Andersen - (ing. David Emil Andersen; 23 iyun 1980, Melburn) 23 iyun 1980-cı ildə Melburnda anadan olmuşdur. Avstraliyanın "Melburn Yunayted" və Avstraliya komandasında çıxış edən peşəkar Avstraliya basketbolçusu. Mərkəz və ağır forvard mövqeyində oynayır. "Virtus" (2001) və "OMİK" Moskva (2006, 2008) komandalarının tərkibində üç qat Avropa çempionatının qalibidir. O, eyni zamanda Danimarka vətəndaşıdır. Devid Andersen Avstraliya idman institutunu bitirmişdir. O, 1998-ci ildə ilk dəfə "Vullonqonq Xoks" klubu ilə müqavilə imzalamış və həmin komandanın tərkibində Avstraliyanın Milli basketbol liqasında bir mövsüm oynamışdır. 1999-cu ildə Andersen Avropaya getmiş və İtaliyanın "Virtus" komandasında çıxış etmişdir. 2001-ci ildə o, "Virtus" komandasının tərkibində ilk dəfə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur.
Devid Askelrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.