Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Delfin
Delfinlər (lat. Delphinidae) və ya Yunisbalıqları — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdirlər. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dişi delfin adətən uzunluğu 50–60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Onlar 20–30 ilə qədər yaşayırlar. Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır.
Dellis
Dellis (ərəb. دلس‎, fr. Dellys) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 23 metr (75 ft) yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 105 kilometr (65 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 55 kilometr (34 mil) şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 32 954 nəfər idi.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. Marina-Alta Xavea Kalpe Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. Marina-Alta Xavea Kalpe Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlar Denis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir. Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö.
Delfin (bürc)
Delfin (lat. Delphinus) — göyün şimal yarımkürəsində bürc.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Dolqiy adası
Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.
Ozon dəliyi
Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur. Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır.
Qara delfin
Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır. Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır. Qara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir. Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.
Soxulcan dəliyi
Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü, Natan Rozen və Albert Eynşteyn tərəfindən irəli sürülmüşdür. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur. Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.
Uzunburun delfin
Uzunburun delfin (lat. Stenella longirostris) — elədə böyük olmayan tropik delfin. Dünya okeanının tropiklər arası ərazisində yayılmışlar. Bu növün 4 yarımnövü məlumdur. Ancaq başqa yarımnövlərin olması istisna deyildir. Onlar arasında ibritlərin olması istisna deyildir. Rəngi boz və ya tünd rənglərdə olur. Ölçü baxımından öz cinsinin digər növlərindən elədə böyük deyildir. Nadir halda qrup təşkil edirlər. Akrobatik tullanışlar edirlər.
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
İridiş delfin
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Delrey-Biç
Delrey-Biç (ing. Delray Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.