Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyer Demarn
Pyer Demarn (fr. Pierre Demargne; 8 fevral 1903, Eks-an-Provans[d] – 13 dekabr 2000[…], Paris) — Fransa tarixçisi və arxeoloqu. == Həyatı == Pyer Demarn Paris Ali Normal Məktəbinə getmişdir. O, ilk araşdırmasını Anadoluda, Türkiyənin cənub sahillərində aparmışdır. 1951-ci ildə e.ə. VII əsrdən likiyalılar, yunanlar, romalılar və bizanslılar tərəfindən işğal edilmiş Likiyanın qədim paytaxtı Ksantosda Fransa Xarici və Avropa İşləri Nazirliyi tərəfindən maliyyələşdirilən bir sıra arxeoloji qazıntılara başlamışdır. Onun Ksantosda əldə etdiyi kəşflər, o cümlədən monumental memarlıq abidələri və kitabələr qədim Likiya sivilizasiyasını bu gün dərk etməkdə həlledici addım olmuşdur.
Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. == Riyaziyyatçı və filosof == Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər. Kartezian koordinat sistemini kəşf etməklə Dekart cəbr və həndəsə elmləri arasına körpü rolunu oynayacaq analitik həndəsə elminin əsasını qoymuş olur.
Dekşars
Dekşars- Latviyanın Vilyansk vilayətinin 3 ərazi vahidindən biri. == Ümumi məlumat == Əyalətin şimal hissəsində yerləşir. Ərazinin 43%-ni meşələr təşkil edir. Şimaldan Rezeknensk əyalətinin Naqlsk şəhəri ilə, şərqdə-Rezeknensk əyalətinin Rikavsk şəhəri ilə, cənubda isə Riebinsk əyalətinin Silyukalnsk şəhəri ilə, qərbdə isə-Varaklan şəhəri ilə sərhədlənir. == Əhali == 2011-ci ildə Latviyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslansaq onda 2011-ci ildə 792 nəfər əhalisi olmuşdur ki, bunun da 89,90%-i (712 nəfər) latışlar, 8,71%-i (69 nəfər) isə ruslar idilər. == Nəqliyyat == Buradan A12 nəqliyyat yolu keçir. Ekabpils-Rezekne-Ludza-Zilupe avtomagistralı. Həmçinin Krustpils-Rezekne II dəmir yol xətti də bu ərazidən keçir.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Dəmir
Dəmir (Fe, Ferrum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. == Ümumi məlumat == Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir. Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir — (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çox heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoxu qan hemoqlobininin tərkibindədir. Dəmir maqnit sahəsinə malik olan metaldır. O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.
Emacs
Emacs – ("editor macros") əsasən klaviatura komandaları ilə işləyən və mətnlərin yaradılması və redaktəsi üçün nəzərdə tutulmuş güclü mətn redaktoru. Ilk versiyası 1970-ci illərin ortalarında istifadəyə buraxılmışdır. 2000-dən çox komandası var və istifadəçiyə bu komandaları istifadə etməklə macros yazıb öz işini avtomatikləşdirməsinə imkan verir. Emacsı xarakterizə edən xüsusiyyət onun genişləndirilə bilinməsidir. Bu gün GNU Emacs və XEmacs variantları daha geniş yayılıb. Hər iki proqram sərbəst (havayı) yayılır. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı. Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı.
Emarq
Emarq (fr. Aimargues) – Fransanın ən iri dəniz limanı Gard departamentinin inzibati mərkəzi.
Həmas
HƏMAS (ərəb. حماس‎) və ya tam adı ilə İslami Müqavimət Hərəkatı (ər. حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmət əl-İslamiyyə) — 1987-ci ildə yaradılmış, fələstinli islamçı-sünni fundamentalist Fələstin təşkilatı və hərbiləşdirilmiş hərəkat. HƏMAS Fələstində yaradılmış islamçı bir siyasi və hərbi hərəkatdır. 1987-ci ildə fələstinlilər arasında başlayan Birinci İntifada (İsrail işğalına qarşı xalq üsyanı) zamanı qurulmuşdur. HƏMAS həm siyasi, həm də silahlı qanada malikdir və onun əsas məqsədi İsrailin işğalı altındakı Fələstin torpaqlarını azad etmək və Fələstinin müstəqilliyini təmin etməkdir. HƏMAS islamçı bir təşkilatdır və Fələstin torpaqlarında İslam qanunlarına əsaslanan bir dövlət qurmağı hədəfləyir. Hərəkatın əsas ideologiyası Fələstinin İsrail tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün “cihad” (müqavimət savaşı) aparmaqdır. HƏMAS həm siyasi partiya kimi fəaliyyət göstərir, həm də müxtəlif sosial xidmətlər göstərir. O, Fələstin seçkilərində iştirak etmiş və 2006-cı ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdır.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Vemar
Vemar (fr. Vémars) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 2.058 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimal-şərqdə, Serji belediyyənin 37 km qərbdə yerləşir.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir. Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır. == Boğazdan keçən körpü və tunel layihəsi == Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər. 30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur. 2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.
Həndəsə (Dekart)
Həndəsə (fr. La Géométrie) — 1637-ci ildə Leydendə (Hollandiya) nəşr olunan Rene Dekartın əsəri, Dekartın "Metod haqqında mühakimə" fəlsəfi traktatına üçüncü əlavəsi. Səhifələrinin sayı 106-dır. İlk nəşrdə müəllifin adı göstərilməyib. Bu Dekartın tamamilə riyaziyyata həsr olunmuş işidir; müəllif tərəfindən onun ümumi metodlarının tətbiqi nümunəsi kimi qəbul edilmişdir. 1637-dən sonra Həndəsə "Metod haqqında əsaslandırma"dan ayrıca nəşr olundu. Dekartın "Həndəsə"si yeni riyaziyyatın inkişafında bir dönüş nöqtəsi oldu,bu XVII əsrin ən böyük riyaziyyatçılarının stolüstü kitabı idi. Kitabın əsas dəyəri, riyaziyyatın yeni bir qolunun - analitik həndəsənin təqdimatı olması idi ki, bu da həndəsi koordinatları istifadə edərək həndəsi problemləri cəbr dilinə tərcümə etməyə imkan verdi və bununla da onların öyrənilməsini və həllini asanlaşdırdı. Bundan əlavə,o andan etibarən elmdə qəbul edilən,"Həndəsə"də Dekart rahat riyazi simvollardan istifadə etmişdir. Nəhayət — müasir terminologiyada,funksiyalarda —"Həndəsə" riyaziyyatçıların diqqətini ədədi dəyərləri öyrənmədən aralarındakı münasibətləri öyrənməyə,dəyişməyə başladı.
Jerar Dezarq
Jerar Dezarq (fr. Gérard Desargues; 21 fevral 1591[…], Lion, Fransa krallığı – 9 oktyabr 1661, Lion, Fransa krallığı) — Fransa riyaziyyatçısı, memarı, mühəndisi; proyektiv həndəsənin yaradıcılarından biri. == Həyatı == == Fəaliyyəti == Jerar Dezarq öz dövründə daha çox mühəndis, arxitektor və yeni perspektiv nəzəriyyəsinin yaradıcısı kimi tanınıb. Onun riyazi əsərləri öz dövründə o qədər də diqqət cəlb etməmişdir, hətta bir müddət onu tamamilə unudulmuş hesab etmək olardı. Daha sonralar təsadüfən, onun "Qaralama layihə" adlı kitabı Paris kitabxanasında tapılmışdır. Müasirlərindən onun riyazi işlərini davam etdirən yalnız şagirdi Blez Paskal olmuşdur.
La Defans
La Defans (fr. La Défense) — Paris şəhərində biznes rayonu. == Tarixi == Parisin ətrafında işgüzar münasibətlər üçün nəzərdə tutulmuş Defansın tikintisinə 1955-ci ildə başlanmışdır. Sahəsi 130 hektardı. Defansda müasir üslubda ən hündür binalar inşa olunmuşdur. Onların əksəriyyəti müxtəlif şirkət və kampanyaların ofisləridir. Total, Fiat, Manxetten, Qen şirkətlərinin əsas mənzil qərargahlarının yerləşdiyi Defansda danimarkalı arxitektor İohan Otto fon Şpreiyülün Layihəsi əsasında tikintisi 1989-cu ildə başa çatdırılmış "Böyük tağ"ın hündürlüyü 105 metrdir. Şüşə və mərmərdən ibarət olan tağa liftlə qalxmaq mümkündür. Bu tağ inşa edilərkən onun Zəfər tağı ilə üzbəüz durması əsas götürülmüşdür.
Mak Demarko
Mak Demarko (ing. Mac DeMarco; 30 aprel 1990, Dankan[d], Britaniya Kolumbiyası) — Kanadalı müğənni-mahnı yazarı, multi-instrumentalist və prodüser. Demarko altı studiya albomu buraxıb; Rock and Roll Night Club (2012), 2 (2012), Salad Days (2014), Another One (2015), This Old Dog (2017), Here Comes the Cowboy (2019). Onun musiqi üslubu "mavi dalğa" və "slaker rok", kimi təsvir edilmişdir, özü bunu "cizz caz" adlandırır.
Rene Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.
Typhlodromus denarus
Typhlodromus denarus (lat. Typhlodromus denarus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus denarus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Domari dili
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
M142 HIMARS
M142 HIMARS (ing. High Mobility Artillery Rocket System; azərb. Yüksək Mobil Artilleriya Raket Sistemi‎ və ya azərb. Yüksək Hərəkətli Artilleriya Raket Sistemi‎) — ABŞ Ordusunda istifadə edilən standart Orta Taktik Maşın (Abr: MTV - ing. Medium Tactical Vehicle) olub, yük maşınının üstünə quraşdırılmış yüngül reaktiv yaylım atəş sistemidir. HIMARS altı raket və ya Orta Taktiki Maşın Ailəsi (FMTV - Family of Medium Tactical Vehicles) beş tonluq yük maşınının üstündə quraşdırılan və sursatlarının hamısı RYAS Sursat Ailəsində (Abr: MFOM - ing. Multiple Launch Rocket System Family of Munitions) daşına bilən bir sistemdir. HIMARS yarım raket yükü daşıyan MLRS M270A1 ilə əvəz edilə bilər. Onun buraxılış qurğusu C-130 ilə daşına bilir. Şassisi FMTV OEM kimi BAE Systems Mobillik və Mühafizə Sistemi (keçmiş Armor Holdings Kosmos və Müdafiə Qrupu Taktiki Maşın Sistemləri Bölməsi) tərəfindən istehsal olunur.