Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dembele
Dembele — Mali və Qərbi Afrikada daha çox işlədilən soyad. Mahamadu Dembele — Liferinq klubunda çıxış edən Fransa futbolçusu. Usman Dembele — Barselona klubunda çıxış edən Fransa futbolçusu. Bubakar Dembele — Fransa futbolçusu. Karamoko Dembele — İngiltərə futbolçusu. Makan Dembele — Mali futbolçusu. Mana Dembele — Mali futbolçusu. Siraba Dembele — Fransa həndbolçusu. Habib Dembele — Mali yazıçısı və aktyoru. Habiba Dembele — Kot-d'İvuar jurnalisti.
Dembey
Denbey (伝兵衛, təq. 1670 – 1714) və ya Dembey (rus. Дэмбэй) – Rusiyada olmuş ilk yaponlardan biri və Rusiyada yapon dili tədrisi ilə məşğul olmuş ilk şəxs. Osakadan Edoya mal aparan gəmisinin fırtınaya düşməsi nəticəsində yanlışlıqla Kamçatka yarımadasına çatmış və Vladimir Atlasov tərəfindən tapılmışdır. Atlasov onun hindistanlı olduğunu zənn etmişdir. Denbey əvvəlcə İrkutska, daha sonra Moskvaya göndərilərək Rusiya çarı I Pyotr ilə görüşmüş, ona Yaponiya haqqında məlumatlar vermişdir. Denbey I Pyotrun göstərişi ilə ruslara yapon dilini öyrətməklə vəzifələndirilmişdir. O, Yaponiyadan xaricdə açılmış ilk yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdir. Həyatının qalan hissəsini Rusiyada keçirmiş, pravoslavlığı qəbul edərək Qavriil Boqdanov adını götürmüşdür. Denbeyin verdiyi məlumatlar Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumatlar olmuşdur.
Mahamadu Dembele
Mahamadu Dembele (10 aprel 1999-cu ildə Fransada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. == Klub karyerası == === Liferinq === Dembele Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2017-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2022-cü ilin iyun ayına kimi müqavilə imzalamışdır. Dembele öz peşəkar karyerasında debütünü 21 iyul 2017-ci ildə Kapfenberger klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Dominik Şobozlaini əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 20 oktyabr 2017-ci ildə Floridsdorfer klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 63-cü dəqiqədə qolla yadda qalmışdır. Birinci Liqa görüşündə Liferinq rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == 2018-ci ildə Dembele Fransanın gənclərdən ibarət milli komandası ilə Finlandiyada keçirilən UEFA U-19 Avropa Çempionatında iştirak etmişdir.
Usman Dembele
Usman Dembele (15 may 1997, Vernon, Fransa) — Liqa 1 təmsilçisi Paris Sen-Jermen FK və Fransa milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Pəmbək (Pəmbək)
Pəmbək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilində Pambak, Bambak formasında işlənir.
Desibel
Desibel (en. decibel), (ru. децибел), (tr. desibel) — səs gurluğunun ölçü vahidi. Belin 0,1 hissəsidir: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in (Alexander Graham Bell) şərəfinə adlandırılıb. Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum (etalon) səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: dB = n log (x/r), burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Dəmbəlov
Dəmbəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 82 nəfərdir. == Toponimiyası == Yerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar.
Dəmgil
== Giriş == Dəmgil (Phytophthora infestans) bitkilərdə, xüsusən də kartof və pomidor bitkilərində geniş yayılmış və dağıdıcı bir xəstəlikdir. Bu xəstəlik, Phytophthora infestans adlı bir su kalıbı (oomycete) tərəfindən törədilir və xüsusilə rütubətli və sərin şəraitdə sürətlə yayıla bilər. Dəmgil xəstəliyi ilk dəfə 1840-cı illərdə İrlandiyada kütləvi kartof qıtlığına səbəb olmuş və bu da milyonlarla insanın ölümünə və ya köç etməsinə səbəb olmuşdur. == Tarixi == Dəmgil xəstəliyi ilk dəfə 19-cu əsrin ortalarında İrlandiyada geniş yayıldı və kartof məhsullarını məhv edərək kütləvi aclığa səbəb oldu. Bu hadisə İrlandiyada "Böyük Aclıq" (Great Famine) olaraq bilinən dövrə təsadüf edir. Bu xəstəlik, daha sonra digər Avropa ölkələrinə və dünyanın müxtəlif bölgələrinə yayılmışdır. == Təsviri == Phytophthora infestans, bitkilərin yarpaqlarında, gövdələrində və meyvələrində qəhvəyi və ya qara ləkələr əmələ gətirir. Bu ləkələr zamanla genişlənir və bitkilərin çürüməsinə səbəb olur. Xəstəlik, xüsusilə nəmli və sərin hava şəraitində sürətlə yayılır və bitkilərin tamamilə məhv olmasına gətirib çıxara bilər. === Xəstəliyin simptomları === Dəmgil xəstəliyinin əsas simptomları bunlardır: Yarpaqlarda su ilə islanmış kimi görünən ləkələr Gövdələrdə qara və ya qəhvəyi zolaqlar Meyvələrdə qəhvəyi ləkələr və çürümə Bitkilərin solması və çürüməsi == Yayılma və Nəzarət == Dəmgil xəstəliyi su kalıbları vasitəsilə yayılır və xəstə bitkilərin sporları vasitəsilə torpağa və suya keçir.
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Pəmbək
Tarixi yaşayış məntəqələri
Şəmbələ
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).
Denbey
Denbey (伝兵衛, təq. 1670 – 1714) və ya Dembey (rus. Дэмбэй) – Rusiyada olmuş ilk yaponlardan biri və Rusiyada yapon dili tədrisi ilə məşğul olmuş ilk şəxs. Osakadan Edoya mal aparan gəmisinin fırtınaya düşməsi nəticəsində yanlışlıqla Kamçatka yarımadasına çatmış və Vladimir Atlasov tərəfindən tapılmışdır. Atlasov onun hindistanlı olduğunu zənn etmişdir. Denbey əvvəlcə İrkutska, daha sonra Moskvaya göndərilərək Rusiya çarı I Pyotr ilə görüşmüş, ona Yaponiya haqqında məlumatlar vermişdir. Denbey I Pyotrun göstərişi ilə ruslara yapon dilini öyrətməklə vəzifələndirilmişdir. O, Yaponiyadan xaricdə açılmış ilk yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdir. Həyatının qalan hissəsini Rusiyada keçirmiş, pravoslavlığı qəbul edərək Qavriil Boqdanov adını götürmüşdür. Denbeyin verdiyi məlumatlar Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumatlar olmuşdur.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi". Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi.
Debet
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Dəməq
Dəməq — İranın Həmədan ostanının Rəzən şəhristanının Sərdrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,847 nəfər və 757 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.
Keşişkənd (Pəmbək)
Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Keşişköy kimi qeyd olunmuşdur 1935-ci ildə kənd ermənicə Qeharot adlandırılmışdır. XVIII əsrin əvvəllərində Nadirşah bu kəndi Eçmiadzin kilsəsinə bağışlamışdır. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağda qeyd olunan Keşişkənd adı ilə mə’naca eynidir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Kornelius Drebbel
Kornelius Van Drebbel (nid. Cornelius Jacobszoon Drebbel; d. 1572, Hollandiya - ö. 7 noyabr, 1633, London) — hollandiyalı mühəndis == Həyatı == == Fəaliyyəti == İlk sualtı qayıq XVII əsrdə Kornelius Van Drebbel tərəfindən düzəldilmişdir. Bu sualtı qayıq hollandiyalı Kornelius Van Drebbel İngiltərə kralı I Ceyms üçün düzəltmişdi.