Rafiq Qəmbərov
Rafiq (Rəfail) Əli oğlu Qəmbərov (31 dekabr 1947, Qroznı) — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən).
Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir.
1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.
1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bakı haqqında 10 dəqiqə (film, 1970)
Gecə söhbəti (film, 1971)
Hörmətli alim yoldaşlar (film, 1971)
"Müstəntiq və məntiq" (film, 1971)
Vətəndaş sərnişinlər... (film, 1971)
Nəriman Nərimanov (film, 1972)
Sözsüz mahnı (film, 1972)
Təki dam olsun... (film, 1972)
Gilas ağacı (film, 1972)
Bizim küçənin oğlanları (film, 1973)
1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
Vulkana doğru (film, 1977)
Dantenin yubileyi (film, 1978)
İçəri şəhər (film, 1978)
Azərbaycanın palçıq vulkanları (film, 1979)
Çovqan oyunu (film, 1979)
İstintaq (film, 1979)
Qəribə adam (film, 1979)
Lahıc (film, 1979)
"...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
Bağlı qapı (film, 1981)
Cəmşid Naxçıvanski (film, 1982)
Fövqəladə hadisə (film, 1982)
İstirahət gecəsi (film, 1982)
Rəngli yuxu (film, 1982)
Zərbə (film, 1983)
Gethagetdə (film, 1983)
Gümüşgöl əfsanəsi (film, 1984)
Park (film, 1983)
Xəbərdarlıq (film, 1985)
Atası yandı (film, 1986)
Burulğan (film, 1986)
Ölsəm...