Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəylik dərsi (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Doktor Tülpün anatomiya dərsi
Doktor Tülpün anatomiya dərsi — Rembrandt van Reyn tərəfindən 1632-ci ildə çəkilmiş 216,5 x 169,5 sm ölçülü rəsm əsəri. Rəsmdə təsvir olunan şəxslərdən ikisinin şəxsiyyəti dəqiq məlumdur. Bunlar həkim Nikolas Tülp və meyit — Aris Kindtdir. Aris Kindt törətdiyi cinayətlərə görə məhkəmə qərarı ilə 31 yanvar 1632-ci ildə asılaraq edam olunmuş və onun meyiti tibbi sınaqlar üçün Amsterdam cərrahlar gildiyasına verilmişdi.
Nəğmə dərsi (film, 1974)
== Məzmun == Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
Bəylik dərsi və ya keçmişdən gülməcələr...
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Cersi
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. == Haqqında == Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Derbi
Derbi (ing. Derby ) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Yersi
Yersi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda kənd. Yersi kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Əhalisi == 2150 nəfərdir Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Tanınmış yerliləri == 1899-cu ildə kənddə Kərim Məmmədbəyov — sovet dövlət xadimi, 1931-1937-ci illərdə Dağıstan MSSR-in xalq Komissarları Sovetinin Sədri anadan olub .
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Al dərəsi
Al dərəsi (fars. دره آل‎) — İranda dərə. Al dərəsi Məşhəddən 45 kilometr (28 mil) şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən yüksəklikyi 1,998 metrdir. == Xüsusiyyətləri == Al vadisi mənbəyi Həzar Məscid dağlarında olan şəlalələrə malidir. Vadidə 5 şəlalə mövcuddur, lakin burada su axını yalnız güclü yağışlar zamanı baş verir.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Asyab dərəsi
Asyab dərəsi — İranda dərə. Küsərx şəhristanında yerləşir. təbii və turistik yerlərindən birinin adıdır. Bu vadinin qərbində Doxtər qalası və Şahı SES yerləşir. Asyab dərəsi əlverişli bitki örtüyünə malikdir, burada hər cür meyvəli və meyvəsiz ağaclar bitir. Vadi Bərdəskən şəhərindən 30 kilometr (19 mil) şimal-şərqdə yerləşir.
Aversi (Urmiya)
Aversi (fars. اورسي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (127 ailə).
Axçu dərəsi
Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır. == Adlanması == Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir. == Formalaşması == 20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir. Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur.
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Canis ayersi
Aeonocyon dirus (lat. Aeonocyon dirus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin aeonocyon cinsinə aid heyvan növü.
Cephalophus adersi
Cephalophus adersi (lat. Cephalophus adersi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Dersim qətliamı
Dersim üsyanı 1937–1938-ci illərdə Dersimdə, mərkəzi Türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə (Tunceli, Erzincan, Elazığ, Sivas, Malatya və Bingöl illərinin bir hissəsi) qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi. Üsyançıların əksəriyyəti 1920-ci ildə Sivasın Zara və İmranlı bölgələrinə sığınan üsyançılardan ibarət idi. Əməliyyat nəticəsində bəzi mənbələrə görə bölgədə yaşayan 13.160 nəfər və 110 əsgər öldü və təxminən 12 min nəfər məcburən köçməli oldu. == Arxa plan == Koçkiri üsyanı yatırıldıqdan sonra Sivasın Zara və İmranlı bölgələrindən Dersimə çəkilən üsyançılar bölgədə təşkilatlanmaya başladılar. Bəzi Dersim tayfalarının təşkilatlanması qəbul olunsa da, Koçkiri üsyanının liderlərinə verilən əfv nəticəsində, Əlişir xaricində digər təşkilat üzvləri təslim oldular, Dersim bölgəsində qalanların əhəmiyyətli üsyan hərəkatına qarışmadığı bildirildi. Ancaq əvvəllər hökumətlə əlaqələr quran Seyid Rıza, Koçkirlilərin ona sığınması nəticəsində hökumətlə arası pozulmuşdu. Bölgə istər coğrafi qurluşuna görə, istərsə mərkəzdən uzaqlığına görə mərkəzi hakimiyyətin tam qurula bilmədiyi və feodal əlaqələrinin güclü olduğu quruluşda idi. Bu baxımdan Osmanlı dövründə bölgədə bir çox qiyam baş vermişdir. Bölgədəki Dersim qiyamları adlanan qiyamlar arasında Osmanlı dövründəki son üsyan 1916-cı ildə Birinci dünya müharibəsi dövründə baş vermişdi.
Dərsim vilayəti
Dərsim vilayəti — Osmanlı İmperiyası tərkibində, 1879–1886–cı illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hozat idi.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.