Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.
DJI
SZ DJI Technology Co., Ltd. — multikopterlər, mikrokontroller, Pilotsuz uçuş aparatları (PUA) və video avadanlıqları istehsal edən Çin şirkəti. PUA sənayesində qabaqcıl və bazar liderlərindən biridir. Şirkətin mərkəzi Şençjen şəhərində yerləşir. 2018-ci ildə şirkət, "DJI"nin qərargahı yerləşəcək binalar kompleksinin inşasına başlayır. Kompleksin dizaynı ilə, " Foster və Partners" memarlıq bürosu məşğul olur. == Şirkətin tarixi == Şirkətin gələcək məhsullarına qeyri-müəyyən şəkildə və təcrübələr, 2006-cı ildə Honqkonqdakı tələbə yataqxanasında başlayır. Firmanın qurucusu olan (o zaman Honqkonq Elm və Texnologiya Unversitetinin Elektron Mühəndisliyi Fakültəsinin tələbəsi) Van Taonun pilotsuz hava vasitələrinə (PUA) marağı, təxminən 6 min dollar dəyərində olan ilk "prototiplərin" hazırlanmasına səbəb olur. "PUA"nın peyk naviqasiyasından istifadə edərək xəritədə göstərilən marşrut boyunca uçmasına və qalxma nöqtəsinə (XP3.1 WayPoint) qayıtmasına kömək edən ilk serialı nəzarətçi avadanlıqlar 2010-cu ildə buraxılır və çox yüksək qiymətə satışa çıxır. Avadanlığın qiyməti təxminən 10 min dollar olur.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
AMİP
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır. Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.
Ajio
DADP
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci ildə DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
DAİŞ
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
DHCP
DHCP (Dynamic Host Configuration Protocol) - Dinamik IP adresilərini kompüterlərə paylayan bir xidmət növüdür. UDP 67 və 68 portlarını istifadə edir. Dynamic Host Configuration Protocol - yararları IP Adresləri avtomatik olaraq kompüterlərə paylanır. Böyük şəbəkələrdə İP toqquşmalarının qarşısı alınmış olur. Şirkət içərisində tez-tez yerini dəyişən kompterlər üçün İP dəyişmə çətinliyini aradan qaldırır. Wins, Gateway, Dns və s. kimi məlumatları birbaşa Server üzərindən daxil etmək imkanı yaradır. Dynamic Host Configuration Protocol - işləmə mexanizması. DHCP Server və DHCP Client-lər İP alış-verişini 4- addımda gerçəkləşdirir. DHCP Discovery DHCP Offer DHCP Request DHCP Acknowledgment 1.DHCP Discovery – Şəbəkəyə daxil olmuş yeni kompüter bir İP adresi axtarışına çıxar.
DSNP
DSNP (Distributed Social Networking Protocol) — e-poçt kimi mərkəzləşdirilməmiş bir sosial şəbəkə yaratmaq üçün hər kəsə əməkdaşlıq etməyə imkan protokol. Müasir sosial şəbəkələrin istifadəçilərinin gözlədiyi tərzdə özəl kommunikasiyaları dəstəkləyən açıq texnologiyadır. Layihə dayandırılsa da, protokolun hazırkı versiyası 0.6-dır. Aparıcı müəllif Adrian Thurstondur.
Diop
Diop — Qambiya və Seneqalda daha çox işlədilən soyad. Sofiyan Diop — Monako klubunda çıxış edən Fransa futbolçusu. Ayda Diop — Seneqal sprinteri. Xudiya Diop — Seneqal dəb modeli. DeSaqana Diop — Seneqal basketbolçusu. Pape Seydu Diop — Seneqal futbolçusu. Papakuli Diop — Seneqal futbolçusu. Vasis Diop — Seneqal musiqiçisi. Şeyx Anta Diop — Seneqal tarixçisi və siyasətçisi. Binta Zahra Diop — Seneqal üzgüçüsü.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Dvin
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
VoIP
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
Edip Akbayram
Edip Akbayram (29 dekabr 1950, Qaziantep) – türk musiqiçi. Anadolu rokunun tanınmış simalarından biri hesab olunur. Musiqiçi kimi 500-ə yaxın şəxsi mükafatları var.
Edip Yüksəl
Edip Yüksəl (türk. Edip Yüksel; 1957, Bitlis, Türkiyə) — kürd mənşəli türk araşdırmaçı və yazıçı. İslam mövzusundakı reformist fikirləriylə tanınır. Ölkədə təqib və təyziqlərə görə Amerika Birləşmiş Ştatlarında yaşamaqdadır. Türk, ingilis dillərində Quran-i Kərim və İslam dini haqqında bir çox kitabın müəllifidir. Onun əsərləri, çıxışları başda İslam dünyası olaraq Avropa və Amerika ölkələrində diqqət cəlb etmişdir. Əsas məqsədi, əsərlərində və çıxışlarında da qeyd etdiyi kimi, humanist və daha müasir bir İslam anlayışını yaymaqdır. Dini yazı olaraq Quranı qəbul etmək ilə birlikdə hədis, sünnə, icma anlayışlarını da rədd edər. == Həyatı == 1957-ci ildə Türkiyənin Bitlis şəhərində anadan olan kürd mənşəli Edip Yüksəl, ilahiyyatçı Sədrəddin Yüksəlin oğlu və həddindən artıq islamçı fəal kimi tanınan, daha sonradan millətçilər tərəfindən öldürülən Mətin Yüksəlin qardaşıdır. Edip Yüksəl Qurani olmamışdan əvvəl, o da qardaşı kimi islamçı bir fəal kimi tanınırdı.
Edip kompleksi
Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. == Ümumi anlayış == Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir. "Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı , Kral Laios , Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios , doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir.
Flip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Flip kitab
Osip Abdulov
Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900, Lodz, Varşava general-qubernatorluğu[d] – 14 iyun 1953, Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944). Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951). Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır. Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur. Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür.
Osip Mandelştam
Osip Mandelştam (rus. О́сип Эми́льевич Мандельшта́м; 2 (14) yanvar 1891, Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 27 dekabr 1938[…]) — Rus şairi; akmeist cərəyanın banilərindən biri. Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. 1900–1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür. Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.