Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dionis
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Dırnıs
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dionis Tanasoğlu
Dionis Tanasoğlu (qaq. Dionis Tanasoglu; 7 iyul 1922, Kiriyet, Qaqauziya – 23 avqust 2006) — görkəmli qaqauz şairi, yazıçısı, dramaturqu və ictimai xadimi. == Həyatı və təhsili == Dionis Tanasoğlu 1922-ci ilin iyulun 7-də Moldovanın Qaqauz elinin, Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açmış, ilk təhsilini doğma kəndində almışdır. Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında Dəniz ağa kimi tanınmışdır. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. İlk yaradıcılığa şeirlə başlamışdır. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olmuşdur. Dionis Tanasoğlu Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında "Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə" mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
IONIS
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
Astragalus zionis
Astragalus zionis (lat. Astragalus zionis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Xylophacos zionis (M.E.Jones) Rydb. == Yarımnövləri == Astragalus zionis var. vigulus S.L.Welsh Astragalus zionis var.
Dırnıs kəndi
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. == Tarixi == Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.
Erigeron sionis
Erigeron sionis (lat. Erigeron sionis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Panaqiotis Qionis
Panaqiotis Qionis (7 yanvar 1980) — Yunanıstanı təmsil edən stolüstü tennisçi. Panaqiotis Qionis Yunanıstanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Panaqiotis Qionis Yunanıstanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Panaqiotis Qionis Yunanıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Panaqiotis Qionis Yunanıstanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Korinfli Dionisi
Dionisi (q.yun. Διονύσιος, lat. Dionysios; II əsr, Korinf, Peloponnes – 8 aprel 171, Korinf, Peloponnes) — 170-ci ildən Korinf şəhərinin yepiskopu. O, lakedemoniyalılara, afinalılara, nikomediyalılara və s. səkkiz məktub yazmışdır. Onlar öz dövrlərində çox məşhur idilər. Məktubların hamısı itmişdir, onların yalnız fraqmentləri Yevsevi tərəfindən qorunub saxlanılmışdır. Yevsevi Roma imperatoru Mark Avrelinin dövründə yaşamış kilsə yazıçıları sırasında Dionisinin adını çəkmişdir. Nə Dionisi, nə də İyeronim Dionisinin əzabkeşliyindən bəhs etmir, lakin bəzi agioqrafik mənbələrdə o, müqəddəs əzabkeş adlandırılmışdır. Dionisinin əzabkeşliyi haqqında məlumat yalnız XI əsrdən Bizans müəllifləri Georgi Kedrin və Mixail Qlikanın yazılarında mövcuddur.
Xylophacos zionis
Astragalus zionis (lat. Astragalus zionis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Xylophacos zionis (M.E.Jones) Rydb. Astragalus zionis var. vigulus S.L.Welsh Astragalus zionis var.
Dionisi Areopagit
Dionisi Areopagit (yun. Διονύσιος ο Αρεοπαγίτης) — Afina mütəfəkkiri, xristian müqəddəsi. Kilsə ənənəsinə görə, Dionisi Areopagit Müqəddəs Pavelin şagirdi və Afinanın ilk yepiskopu idi. Onun bioqrafik məlumatlarına görə, o, Qalliyaya təbliğçilərin missiyasının başında həvari Klement tərəfindən göndərilmiş, orada Domisianın təqibləri altında həlak olmuşdur.
Luis Dioni
Luis Dioni (20 dekabr 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dioni həmçinin Martinika vətəndaşıdır. == Klub karyerası == Dioni öz peşəkar karyerasında debütünü Nant klubu ilə 2012-ci ilin noyabr ayında Niort klubuna qarşı oyunda etmiş və həmin görüşdə komandası 0-0 hesabı ilə bərabərə qalmışdır. Dioni altı ay doğma şəhərini təmsil edən, dördüncü diviziya təmsilçisi olan Stad Mantois klubunda çıxış etmişdir. 2014-cü ilin yanvar ayında o, Dijon klubuna transfer olmuşdur. === Bristol Siti === 25 yanvar 2018-ci ildə Luis Dioni Çempionşip təmsilçilərindən olan Bristol Siti klubuna bu mövsümün sonuna qədər icarəyə verilmişdir. O, klubda əsl əfsanəyə çevrilmişdir.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. == Haqqında == Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. == Tarixi == Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.
Saxta Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir. == Mənası == Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.
IONIS Education Group
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
Adonis
Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizin dəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur.
Chionis
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Diomid
Diomid — keçmiş ada, hazırda isə Yeni Sibir adalarının cənubunda yerləşən dayazlıq. Dmitri Laptev boğazında yerləşən dayazlıqlıq, buzlaqların fəaliyyəti nəticəsində meydana gəlmişdir. Ada ilk dəfə Şimal coğrafi ekspedisiyası zamanı 1739-cu ildə qeydə alınmışdır. Sonuncu dəfə ada 1761-ci ildə görülmümdür. Artıq 1811-ci ildə ada müşahidə edilməmişdir.. Litke buzqıran gəmisi 1934-cü ildə keçmiş adanın yerində 7,3 m dərinliyə malik dayazlıq aşkarlayır. 1966-cı il ölçülərinə görə isə ddərinlik 6,6 metr təşkil edirdi. 2005-ci il ölçülərinə görə isə dərinlik 7,7 metr olmuşdur. Diomid dayazlığı elipsvari fomaya malikdir. Ümumi sahəsi 8,3 km² uzunluğu 6,8 metr, eni isə 2 km təşkil edir.
Diorit
Diorit — bir və ya bir neçə rəngli mineraldan, adətən, horblenddən və plaqioklaznda (andezin, bəzən oliqoklaz-andezin), ibarət olan intruziv süxurdur; tərkibində, habelə biotit və ya piroksen də ola bilər. Rəngli mineralların miqdarı 40%-ə yaxındır; kvarsın miqdarı 10%-dən çox olduqda kvarslı diorit adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ononis
Paxlakolu (lat. Ononis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Sionist
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Dioctis
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Dirfis
Dirfis və ya Dirfi (q.yun. Δίρφυς) — Yunanıstanda dağ. Ən yüksək zirvə dəniz səviyyəsindən 1743 metr hündürlükdə olan Delfidir (Δέλφι). Süxurlar əsasən əhəngdaşıdır, tərkibində şist də vardır.
Usionis
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Rioni
Rioni (gürc. რიონი) — Cənubi Qafqazın ən böyük çaylarından biri. Qədim dövrdə Fazis adı ilə tanınırdı. Svan dilində rien - böyük çay deməkdir. Uzunluğu 327 km, hövzəsinin sahəsi 13400 km²-dır. 327 km olmaqla, uzunluğuna görə Gürcüstanda üçüncü ən böyük çaydır. Böyük Qafqaz dağlarında mənbəyini götürür, Kolxida vadisi boyunca axaraq Poti şəhərindən Qara dənizə tökülür. Üzərində Rioni SES tikilib.
Sinis
Sinis və ya Sinid ( q.yun. Σίνις ) — yunan mifologiyasında Polipemon və Sileyin oğlu. Onun Pitiokamp ləqəbi var idi. Periquna adlı bir qızı var idi.