Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qənəvat
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Mərkəzi baxşında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,693 nəfər və 1,887 ailədən ibarət idi.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Dinəvar (Xudafərin)
Dinəvar (fars. دينه ور‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (22 ailə).
Simcur Dəvati
Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir. Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur. Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Cevat Selam
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Necat Toksoy
Necat Toksoy (22 fevral 1946, İstanbul - 9 iyul 2019, İstanbul), — Türk müğənnisi və musiqiçisi. Müğənni və musiqiçi Necat Toksoy 22 fevral 1946-cı ildə İstanbulda anadan olub. İstanbul kişi orta məktəbini bitirmişdir. 1964-cü ildə öz musiqiçi dostları, Çetin Yavuzdoğan, Metin Yavuzdoğan, Cihat Günaydın və Zamir Manisalı ilə birlikdə onların yaratdıqları "mavi işıqlar" musiqi qrupunun solisti oldu. 1965-ci ildə "Qızıl Mikrofon" musiqi müsabiqəsində onlar ilk dəfə qrup kimi iştirak etmiş, Tvist üslubunda ifa etdikləri "Halva Halva" treki ilə ikinci yeri tutmuşlar. Bir il sonra, eyni müsabiqədə, 1966-cı ildə, onlar yenidən qrup kimi rok-stil "Çəmən Çəmən Ot Geze" track ikinci sırada iştirak etdi. Toksoy karyerasını 1960-cı və 1970-ci illərdə qrupla davam etdirərək, müxtəlif təşkilatlarda səhnəyə çıxır və albom üzərində işləyir. Dekadent musiqi işinin dekindən sonra onlar 1990-cı ildən qrupun keçmiş üzvləri ilə yenidən birləşərək musiqi işi ilə məşğul oldular. Toksoy'un səsindən "Yaxşı düşün", "Halva Halva" və "Çəmən Çəmən Ot Geze" parçaları səs gətirdi. Toksoy 1969-cu ildə evləndiyi həyat yoldaşı Leyla Balabandan iki qızı doğurdu.
Nevar dili
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir. Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Benal Nevzat Arıman
Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri. Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar. Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır". Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü. Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi. Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi. Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az-əbcəd. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.
Məryəm Nəvaz Şərif
Maryam NawazW/O Shahid alam(28 oktyabr 1973, Lahor; Şablon:Dil-urdu) — Pakistanlı siyasətçi, keçmiş baş nazir Nəvaz Şərif.Məryəm Şərif əvvəllər ailənin xeyesə təşkilatlarında iştirak edirdi. Ancaq 2014-07 ledə siyasətlə maraqlanmağa başladı və 2013-cü il ümmha shahid seçkilərsə rsəhbərlip eytil. 2014- nazir ch Gənclər Proqramının Sədri təyin edildi. Ancaq Lahor Yüksək Məhkəməsinin də sədri təyin olunmasına dna 2014-cu ildə istefa verdi. 2018-ci ilin iyul ayında Avenfild istinad sənədində korrupsiya ittihamı ilə 2 milyon funt sterlinq cərimə ilə 7 il həbs cəzasına məhkum edildi. Sentyabrın 19-da İslamabad Ali Məhkəməsi onun cəzasını təxirə saldı. Məryəm 28 oktyabr 1973-cü ildə Pakistanın Lahor şəhərində Nəvaz Şərif və Gülsüm Şərifin ailəsində anadan olmuşdur. İlk təhsilini Lahordakı İsa və Məryəm monastırından aldı. Bir həkim olmaq istəyi ilə, 1980-ci illərin sonlarında Kral Eduard Tibb Kollecinə daxil oldu, lakin qeyri-qanuni qəbulla bağlı mübahisədən sonra diplomunu almadan kolleci tərk etməli oldu.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. Нева вурушмасы (1240) // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.