Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lusi Domisi Paris
Paris (v. 67) — Domisiya Lepidanın köləsi, sonradan azad insan, aktyor. == Həyatı == Paris öz azadlığını satın ala biləcək qədər varlanmışdır. O, azadlığını əldə etdikdən sonra Lusi Domisi Paris (lat. Lucius Domitius Paris) adını almışdır. Bunun müqabilində Domisiya Lepida azad edilmiş kölələrdən biri olan Atimet vasitəsilə nüfuzlu və məşhur anası Aqrippinanın onu vəzifədən salmaq üçün plan hazırladığına dair uydurmalarına Neronu inandırmaqda istifadə etmək üçün ona təsir etmişdir. Bununla belə, Paris teatrsevər Neronun rəğbətini o qədər yüksək tutmuşdu ki, hətta plan uğursuzluğa düçar olanda belə, sui-qəsdçilər arasında yalnız o cəzalandırılmamışdı və hətta az sonra imperator tərəfindən "azad doğulmuş" elan edilmişdir. Beləliklə, Domisiya onu azad etmək üçün aldığı məbləği geri ödəməli olmuşdur. Buna baxmayaraq, Neron sonradan Parisi özünə rəqib aktyor kimi görməyə başlamışdır. E.ə.
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Doris
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir. "Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir. Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir.
Radomısl qalası
"Radomısl qalası" tarixi-mədəni kompleksi (ukr. Історико-культурний комплекс «Замок Радомисль») — ukraynalı həkim, tibb elmləri doktoru Olqa Boqomolets tərəfindən Radomışl şəhərində (Ukrayna, Jitomir vilayəti) yaradılmış özəl muzey kompleksi. Buraya Avropada yeganə Ukrayna Ev İkonası Muzeyi daxildir. By, Olqa Boqomoletsin 1995-ci ildən topladığı şəxsi ikonalar kolleksiyasına əsaslanır. Kompleksin ekspozisiyaları və fondlarına həmçinin müqəddəs sənət kolleksiyaları və kilsə əşyaları, Ukrayna və Avropa qədim əşyaları daxildir. Kompleksin adında Radomışl şəhərinin XVI əsrin birinci yarısından başlayaraq yazılı mənbələrdə qeyd olunan köhnə adından istifadə olunur. Radomısl qalası 2007–2011-ci illərdə yaradılmışdır. Onun əsasını 1902-ci ildə Radomışl şəhərində tikilmiş köhnə dəyirmanın binası təşkil edir. Bu, köhnə tikilinin bərpası zamanı aparılan tədqiqatlar zamanı əsası qoyulmuş və köhnə tikilinin bünövrəsinin qalıqları üzərində ucaldılmışdır. Alimlərə görə, dəyirman binasının yerləşdiyi şəhər rayonu Papirnya (ukrayn dilindən tərcümədə "kağız zavodu" mənasını verir) adlandığı üçün belə qənaətə gəlmək olar ki, əvvəllər Radomışlda kağız fabriki fəaliyyət göstərirdi.
Domı
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. == Mədəniyyəti == İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Оmiş
Omiş
Оmiş (xorv. Omiš) — Xorvatiyanın Dalmasiya bölgəsində yerləşən bir şəhərdir. Bölgənin ümumi əhalisi 14,936 nəfərdir, ərazisi 266 kvadrat kilometrdir. Şəhərin daxilində aşağıdakı yaşayış məntəqələri yerləşir: Bu gün Omiş şəhərinin iqtisadiyyatı əkinçilik, balıqçılıq, toxuculuq və qida emalı sənayesi və turizmə əsaslanır.
Bafetimbi Qomis
Bafetimbi Qomis (Fransızca tələffüz: [bafetimbi ɡɔmis]; 6 avqust 1985[…], La-Seyn-syur-Mer[d]) - Seneqal əsilli fransız futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Qalatasaray’da oynayır. == Klub karyerası == === Sent-Etyen === Bafetimbi, peşəkar karyerasına Sent-Etyen’də başladı. Daha sonra icarə əsasında Troyes’ə transfer olundu. Bu klubda 13 oyunda 6 qol vurdu. 2009-cu ildə Sent-Etyen’lə yollarını ayırdı. === Olimpik Lion === Qomis 2009-cu ildə ölkəsinin Olimpik Lion klubu ilə 13 milyon avro qarşılığında 5 illik müqavilə imzaladı. Bafetimbi, Sent-Etyen’in Olimpik Lion’a göndərdiyi 6-cı futbolçu olmuşdur. === Suonsi Siti === 2014-cü ildə İngiltərə klublarından Suonsi Siti ilə 4 illik müqavilə imzaladı. Futbolçu ilk qolunu Arsenal’a qarşı atdı.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. == Həyatı == 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Doris Dey
Doris Dey (3 aprel 1922[…], Sinsinnati, Ohayo – 13 may 2019[…]) — amerikalı aktrisa, müğənni, prodüser. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey karyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir. == Həyatı == Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Doris Miller
Doris Miller (12 oktyabr 1919, Vako[d], Texas – 24 noyabr 1943, Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. == Həyatı == Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı. O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi.
Doris odhneri
Doris odhneri (lat. Doris odhneri) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinin doris cinsinə aid heyvan növü.
Karel Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Qomis Jardin
Joze Qomis di Voskonselus Jardin (port. José Gomes de Vasconcelos Jardim; 1 yanvar 1773 — 1 dekabr 1854) — Braziliyalı həkim, həmçinin hərbi və siyasi xadim. Farrapus müharibəsinin əsas fiqurlarından biri, Riu-Qrandi-du-Sulun müstəqilliyinin tərəfdarı. Riu-Qrandi Respublikasının ikinci prezidenti (1843—1845). Jardin üsyanın əvvəllərindən onun iştirakçısı, sonradan rəhbəri olmuşdur. Üsyançılar 5 noyabr 1836-cı ildə Riu-Qrandi Respublikası elan edildikdən sonra Bentu Qonsalvisi prezident, Jardini isə vitse-przident təyin edirlər. Ancaq Bentu Qonsalvis əsirlikdə olması səbəbindən onun səlahiyyətləriri Jardin icra edir. Sentyabr 1837-ci ildə Qondalvis əsirlikdən qaçmağa müvəffəq olur və üsyançılara qoşulur. Mübarizəni davam etdirsə də, 1943-cü ilin avqust ayında üsyançıların rəhbərliyində yaranan fikir ayrılığı səbəbindən istefa verir. Jardin vitse prezident kimi yenidən prezident olur.
Doris (albom)
Doris — ABŞ repçisi Earl Sweatshirt-ün debüt studiya albomu. 20 avqust 2013-cü ildə Odd Future Records və Tan Cressida Records tərəfindən buraxılıb.
Doris (dəqiqləşdirmə)
Doris — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. Doris (albom) — ABŞ repçisi Earl Sweatshirtün debüt studiya albomu.
Demis Hassabis
Demis Hassabis (ing. Demis Hassabis; 27 iyul 1976, London) — İngilis kompüter alimi və süni intellekt tədqiqatçısı və sahibkardır. İlk karyerasında o, video oyun süni intellekt proqramçısı və dizayneri və ekspert stolüstü oyun oyunçusu olmuşdur. O, DeepMind və Isomorphic Labs-ın baş icraçı direktoru və həmtəsisçisidir və Böyük Britaniya hökumətinin süni intellekt üzrə məsləhətçisidir. D.Hassabis zülal qatlanması proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. (Con Camper və Devid Bayker ilə birgə) == Həyatı == Demis Şimali Londonda Kiprli yunan ata və Sinqapurdan olan Çinli ananın oğlu olaraq doğulub böyüyüb. Uşaq ikən şahmat oynayan Hasabis şahmat vunderkindi idi, 13 yaşında Elo reytinqi 2300 idi, 14 yaşadək oğlanlar arasında dünyada beşinci yeri tutur və bir çox İngiltərə yeniyetmə şahmat komandalarına rəhbərlik edirdi. Hassabis 1994-cü ildən Kembric Universitetinin Queens Kollecində kompüter elmləri üzrə təhsil alıb və 1997-ci ildə ikiqat fərqlənmə diplomu ilə məzun olub. == Karyera == Lionhead Kembrici bitirdikdən sonra Demis bir müddət Lionhead studiyasında işləyib. Xüsusilə, Qara və Ağ oyunu üçün oyun süni intellektinin yaradılması üzrə aparıcı proqramçı idi.
Domino's Pizza
Domino's Pizza — 1960-cı ildə ABŞ-də yaradılan fast food şəbəkəsi.
Domino Recording Company
Domino Recording Company (və ya Domino Records) — Londonda mərkəzli Britaniyanın müstəqil səsyazma şirkəti.