Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drayver
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Teodor Drayzer
Teodor Herman Albert Drayzer (ing. Theodore Herman Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) — ABŞ yazıçısı və ictimai xadimi. == Həyatı == Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıblıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı. Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması, İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı. Teoder Drayzer 1900-cü ildə "Kerri bacı" romanını yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır.
Quraşdırılabilən qurğu drayveri
Quraşdırılabilən qurğu drayveri (ing. installable device driver ~ ru. устанавливаемый драйвер устройства ~ tr. yüklenebilir aygıt sürücüsü) – adətən, əməliyyat sistemində olan bənzər, ancaq daha “zəif” proqramı və ya funksiyanı əvəzləmək üçün əməliyyat sisteminin tərkibinə daxil edilən qurğunun idarəedilməyə kömək proqramı (drayveri). Kompüterin Rom, Rom, HDD, SSDnin gördüyü işi daha sürətli, daha rahat görməsi üçündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Driver
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Con Drayden
Con Drayden (ing. John Dryden; d. 19 avqust 1631 – ö. 12 may 1700, London) — ingilis şairi, dramaturqu, tənqidçisi. == Həyatı == Drayden şair, dramaturq, tənqidçi və nəzəriyyəçi kimi tanınır. Onun yaradıcılığında klassisizmə məxsus cizgilər daha güclüdür. Bununla bərabər keçid dövründə yaşamış bir sənətkar kimi, o, intibah dövrünün və manyerizmin nailiyyətlərindən qidalanır, onların uğurlarından istifadə etməyə çalışır, dildə əzəmətli obrazlılıqla danışıq dili xüsusiyyətlərini birləşdirir, qafiyəsiz, ağ şeiri qoşa qafiyəli misralarla əvəz edir. Con Drayden Kembric Universitetində oxumuş və Bərpa dövrünün məddah dramaturqu kimi tanınmışdır. 1659-cu ildə Kromvelin ölümü münasibətilə göz yaşı tökən şair ("Qəhrəmanlıq stansları") "Yenidən çıxan ulduz" odası ilə II Karlın Londona qayıtmasını alqışlamışdır. Bərpa illərində Drayden ilk ingilis laureat şairi, ilk saray dramaturqu və rəsmi tarixçi olur.
Edvard Dayvers
Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London – 8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur. == Həyatı == Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur. O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır. 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur. 1866-cı ildə İngiltərəyə qayıtmışdır. O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir.Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir. Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır. Onun əsas tədqiqat sahəsi qeyri-üzvi kimya olmuş, xüsusilə, azot və kükürd tərkibli birləşmələrlə maraqlanmışdır.
Henri Dreyper
Henri Dreyper (7 mart 1837, Prins-Eduard[d], Virciniya – 20 noyabr 1882, Nyu-York, Nyu-York ştatı) — Amerikalı həkim və həvəskar astronom. O, bu gün astrofotoqrafiyanın qabaqcıllarından biri kimi tanınır.
Brittni Qrayner
Brittney Yevette Griner (18 oktyabr 1990, Hyuston)— Qadınlar Milli Basketbol Assosiasiyasının (WNBA) Phoenix Mercury komandasının peşəkar basketbolçudur . O , ABŞ qadın milli basketbol komandası ilə iki dəfə Olimpiya qızıl mükafatı və altı dəfə WNBA All-Star mükafatını qazanıb. == Orta məktəb karyerası == Griner Hyustondakı Nimitz Liseyində oxuyub. Birinci kurs tələbəsi kimi universitet voleybolu oynayırdı. İkinci kursdan başlayaraq, Griner oğlan basketbol komandası ilə məşq etdi və dunk etməyi öyrənmək üçün Nimitz futbol məşqçisi ilə çalışdı. Gənclik mövsümündə onun dunklarını əks etdirən YouTube videosu 6,6 milyondan çox izlənildi və bu hadisə onun Shaquille O'Neal ilə görüşünə səbəb oldu. 11 noyabr 2008-ci ildə Hyuston Alief Hastinqsə qarşı oyunda 25 blok etmişdi, bu, ABŞ-də orta məktəb oyununda ən çox qadın tərəfindən qeydə alınan blok sayı idi 2008–09 mövsümündə o, 318 blok edərək mövsüm rekorduna imza atdı. Griner WBCA All-American seçildi və 2009 WBCA High School All-America Oyununda iştirak edərək 20 xal və 9 ribaund toplayaraq komandaya liderlik etdi. == Kollec karyerası == 2010-cu ilin yanvarında o, qadın kollec basketbol oyunu zamanı dunk edən yeddinci oyunçu oldu və kollec karyerasının ikinci və üçüncü smaçını etdi. Texas Dövlət Universitetinə qarşı 99–18 hesabı ilə qələbə qazandılar.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Con Rayder
Con Rayder (ing. John Ryder) — professor, Xəzər Universitetinin rektoru. == Həyatı == Con Rayder 1951-ci il sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşdur. == Təhsili == Bakalavr təhsilini 1973-cü ildə Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş, Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək, 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Həmin universitetdə doktoranturada oxumuş, 1982-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Fəaliyyəti == 1980–1985-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985–2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır. 1991–1996-cı illərdə universitetin fəlsəfə departamentinin müdiri, 1995–1996-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olmuşdur. 1996–2002-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik etmişdir. 2002–2010-cu illərdə Con Rayder Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Karl Rayner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. == Mənbə == Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Vaynona Rayder
Vaynona Rayder (ing. Winona Ryder/) — Peşəkar olaraq Winona Ryder kimi tanınan, Amerikalı aktrisadır. O, Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir neçə mükafatın sahibidir və iki Akademiya Mükafatına namizəd olub . O, əvvəlki filmlərində qəribə rollar alması, daha sonra 1990-cı illərdə daha görkəmli rollar oynaması ilə tanınır.
Rayner adası
Panyer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Adanın sahəsi 140 km², ən hündür nöqtəsi isə 284 metrdir. == Təsviri == Ada fairəvi formaya malikdir. Diametri 14 km-dir. Bauerman burnu istisna olmaqla ərazisi bütünlüklə nuzla örtülüdür. Ada Avstriya-Macarıstan tərəfindən Artktikaya təşkil olunmuş 1872-1874-cü il ekspedisiyasını maliyyələşdirmiş, Avstriya hersoqu, Macarıstan, Çexiya şahzadəsi Cozef İoqan Mixael Frans İeronimus Paynerin şərəfinə adlandırılır. == Yaxınlığında yerləşən adalar == Lesqaft rifi — adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir.
Uilyam Henri Dreyper
Vilyam Henri Dreyper (ing. William Henry Draper; 11 mart 1801, London – 3 noyabr 1877, Toronto) — kanadalı dövlət xadimi və hakim. Kanada Mühafizəkar Partiyasının qurucularından biri, baş prokuror və 1841–1842-ci illərdə Birləşmiş Kanadanın ilk baş nazir cütlüyündən biri (yenidən — 1843–1847-ci illərdə). Siyasətdən istefa etdikdən sonra — Yuxarı Kanada Kral Məhkəməsinin üzvü. == Həyatı == Vilyam Henri Dreyper 1801-ci ildə London yaxınlığında bir keşiş ailəsində anadan olub və evdə təhsil alıb. 15 yaşında evindən qaçdı, Ost-Hind şirkəti gəmisini işə götürdü və 1820-ci ildə Amerikadakı İngilis müstəmləkələrindən biri olan Yuxarı Kanadaya yerləşmədən əvvəl Hindistana ən az iki səyahət etdi. Bundan sonrakı ilk illərdə nüfuzlu portuqaliyalı Con Kovertin evində yaşadı və bir müddət məktəbdə dərs verdi. Dreyper daha sonra hüquq təhsillərini davam etdirdi və C. S. Boulton hüquq firmasında bir müddət çalışdıqdan sonra 1828-ci ildə vəkil lisenziyasını aldı. Bir müddət Yorkda (Toronto) Con Beverli Robinson firmasında çalışdıqdan sonra, Kristofer Hagerman ilə səhmlər üzərində o zaman ümumi vəkil öz işini qurdu. == Yuxarı Kanada hökuməti və Birləşmiş Kanadanın ilk baş nazirliyi == 1837-ci ilin sonunda hökumət idarələrinə hücum ehtimalından narahat olan Vilyam Layon Makkenzinin üsyanı başladığında, Qubernator General Frensis Hed ailəsini Dreyperin evində gizlətdi.
Vilyam Henri Dreyper
Vilyam Henri Dreyper (ing. William Henry Draper; 11 mart 1801, London – 3 noyabr 1877, Toronto) — kanadalı dövlət xadimi və hakim. Kanada Mühafizəkar Partiyasının qurucularından biri, baş prokuror və 1841–1842-ci illərdə Birləşmiş Kanadanın ilk baş nazir cütlüyündən biri (yenidən — 1843–1847-ci illərdə). Siyasətdən istefa etdikdən sonra — Yuxarı Kanada Kral Məhkəməsinin üzvü. == Həyatı == Vilyam Henri Dreyper 1801-ci ildə London yaxınlığında bir keşiş ailəsində anadan olub və evdə təhsil alıb. 15 yaşında evindən qaçdı, Ost-Hind şirkəti gəmisini işə götürdü və 1820-ci ildə Amerikadakı İngilis müstəmləkələrindən biri olan Yuxarı Kanadaya yerləşmədən əvvəl Hindistana ən az iki səyahət etdi. Bundan sonrakı ilk illərdə nüfuzlu portuqaliyalı Con Kovertin evində yaşadı və bir müddət məktəbdə dərs verdi. Dreyper daha sonra hüquq təhsillərini davam etdirdi və C. S. Boulton hüquq firmasında bir müddət çalışdıqdan sonra 1828-ci ildə vəkil lisenziyasını aldı. Bir müddət Yorkda (Toronto) Con Beverli Robinson firmasında çalışdıqdan sonra, Kristofer Hagerman ilə səhmlər üzərində o zaman ümumi vəkil öz işini qurdu. == Yuxarı Kanada hökuməti və Birləşmiş Kanadanın ilk baş nazirliyi == 1837-ci ilin sonunda hökumət idarələrinə hücum ehtimalından narahat olan Vilyam Layon Makkenzinin üsyanı başladığında, Qubernator General Frensis Hed ailəsini Dreyperin evində gizlətdi.
Cimmi Dayer
Cimmi Dayer (ing. James Arthur "Jimmy" Dyer; 24 avqust 1883, İngiltərə – 1971) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Uombvel", "Barnsli", "Donkaster Rovers", "Eşton Tovn", "Vest Hem Yunayted" və "Mançester Yunayted" komandalarında çıxış edib. == Həyatı == Cimmi Dayer 1877-ci ildə İngiltərənin Barnsli şəhərində anadan olmuşdur. == Karyerası == "Mançester Yunayted" komandasında 1 oyunda meydana çıxmışdır.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Veyn Dayer
Veyn Dayer (10 may 1940, Detroyt, Miçiqan – 29 avqust 2015, Maui adası, Havay) — amerikalı Özünə-yardım (self-help) müdafiəçisi, professor və yazıçıdır. Veyn Dayer, 1987-ci ildə ABŞ-nin ən yaxşı natiqi kimi tanınmışdır.
Dreyer Karl Teodor
Dreyer Karl Teodor (3.2.1889, Kopenhagen - 20.3.1968, Kopenhagen) - Danimarka rejissoru, ssenarist, Danimarka kinematoqrafiyasının yaradıcılarından biri. Avropanın ən tanınmış kinematoqraflarından biri . 1908-ci ildən jurnalist işləmişdir. == Həyatı == Dreyer Ensa Kristiana Torpanın nigahdan kənar uşağı idi. Ensa fermer idi və uşağın anası yanında işləyən Yozefina Bernardina Nilson idi. Yozefina abort zamanı ölmüşdür. İlk iki ilini uşaq sığınacaqda yaşamış, daha sonra ciddi lüteran ailəsi, tipoqraf olan Karl Teodor Dreyerin yanında böyümüşdür. Məhs Dreyer Karl Teodor adını da onu şərəfinə almışdır. 16 yaşında Dreyer yüksək qiymətlərlə klassik qimnaziyanı başa vurmuşdur. Daha sonra qəyyumlarını (himayəçiləri) tərk edərək jurnalistlika ilə məşğul olaraq pul qazanmışdır.
Henri Rayder Haqqard
Henri Rayder Haqqard (ing. Henry Rider Haggard, 22 iyun 1856, Bradenem, (Norfolk qraflığı) — 14 may 1925 London) — İngilis yazıçısı. == Həyatı == Elə uşaqlıqdan həm bacı-qardaşlarından, həm də məhəllədəki digər həmyaşıdlarından xarakterinə görə fərqlənən Henri Rayder kiçik yaşlarından həyata qəribə xəyallar quraraq baxırdı. Çox zaman özünə qapılar, gizli düşüncələrində yaşardı. Bəlkə də elə bu daxili keyfiyyətlərinə görə idi ki, o, çox erkən yaşlarında sevginin tamını daddı. Amma bu erkən sevgi Henriyə yalnız əzab yaşatdı. 19 yaşına çatar-çatmaz Henri artıq qonşuluqda yaşayan Lili Ceksona vurulmuşdu. Bütün aşiq olan gənclər kimi o da həyatını sevdiyindən ayrı təsəvvür edə bilmirdi. Lakin Henri onu da bilmirdi ki, atası Uilyam Haqqard bu sevgiyə uşaq həvəsi kimi baxaraq gənclərin belə tez evlənməsinə razılıq verməyəcək. Hətta bu işi nöqtələmək üçün oğlunu uzaq bir ölkəyə - Cənubi Afrikaya göndərəcək.