Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darmştat
Darmştat (alm. Darmstadt‎) — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Bolbophyllaria aristata
Bulbophyllum aristatum (lat. Bulbophyllum aristatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Meksikadan Venesuelaya qədər, həmçinin Karib hövzəsində yayılmışdır. Bolbophyllaria aristata Rchb.f.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Cassia aristata
Senna bicapsularis (lat. Senna bicapsularis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. Adipera bicapsularis (L.) Britton & Wilson Adipera spiciflora Pittier Cassia berterii Colla Cassia bicapsularis L. Cassia bicapsularis var. aristata DC. Cassia aristata Benth. Cassia bicapsularis var. quadrijuga DC. Cassia collae G.Don Cassia emarginata L. Cassia inflata Spreng. Cassia laevigata sensu Prain Cassia limensis Lam. Cassia sennoides Jacq. Cassia spiciflora (Pittier) Pittier Cathartocarpus bicapsularis (L.) Ham. Chamaefistula inflata G.Don Isandrina arborescens Raf.
Celosia cristata
Daraqlı seloziya (lat. Celosia cristata) - seloziya cinsinə aid bitki növü.
Clematis aristata
Clematis aristata (lat. Clematis aristata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Coelogyne cristata
Coelogyne cristata (lat. Coelogyne cristata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü. Coelogyne cristata f. hololeuca (Rchb.f.) M.Wolff & O.Gruss Coelogyne cristata var. hololeuca Rchb.f.
Cyanocitta cristata
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Dieqo Tristan
Dieqo Tristan Errera (5 yanvar 1976, Sevilya) — İspaniya futbolçusu. Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Galerida cristata
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Garcinia aristata
Garcinia aristata (lat. Garcinia aristata) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. Kubadan Haiti adasına qədər yayılmışdır.
Guarea cristata
Guarea cristata (lat. Guarea cristata) — meliekimilər fəsiləsinin guarea cinsinə aid bitki növü.
Iris cristata
Iris cristata (lat. Iris cristata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Kristal Palas
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Kristal qəfəslər
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur. Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin {NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur. Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə: ▪️ B ▪️ C (almaz, qrafit) ▪️ Si ▪️ SiO2 (kvars) ▪️ SiC ▪️ qara və qırmızı fosforu kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir. Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir.
Mikania cristata
Mikania cristata (lat. Mikania cristata) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nunu Triştan
Nuno Triştan (XV əsr – 1446, Qvineya-Bisau) — Portuqal dənizçisi, qul alverçisi, Qvineya-Bisaunu kəşf etmişdir.
Phalaris aristata
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Plantago aristata
Plantago aristata (lat. Plantago aristata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.