Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. == İnfrastrukturu == Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Bruno Bozzetto
Bruno Bozetto (3 mart 1938[…], Milan) — İtaliya animasiya rejissoru və ssenarist.
Bruno Cakometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Cordano
Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956, Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir. == Karyera == === Klub === Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub. 1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Bruno Giacometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Hildebrandt
Bruno Hildebrandt (alm. Bruno Hildebrand‎; 6 mart 1812[…] – 29 yanvar 1878[…], Yena, Saksen-Veymar-Eyzenax hersoqluğu[d]) — Almaniya iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru.. == Həyatı == == Fəaliyyəti == Bruno Hildebrandt(1812–1898-ci illər)-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub. 1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Bruno Latur
Bruno Latur (fr. Bruno Latour; 22 iyun 1947[…], Bon[d], Kot-d’Or, Burqundiya—Franş—Konte, Fransa – 9 oktyabr 2022[…], Parisin 13-cü dairəsi[d], Paris, İl de Frans, Fransa) — fransız elm sosioloqu və filosofu, Yeni Zaman Yoxdu kimi kitabların müəllifi. Simmetrik antropologiyaya dair esselər, "Laboratoriya həyatı" və "Fəaliyyətdə olan elm". Mişel Kallon və Con Lo ilə birlikdə o, aktor-şəbəkə nəzəriyyəsinin yaradıcılarından biridir. == Bioqrafiyası == Şərabçı ailəsində anadan olub. Fəlsəfi və antropoloji təhsil almışdır. O, London İqtisadiyyat Məktəbində və Harvard Universitetinin Elm Tarixi Departamentində mühazirələr oxuyub. Bruno Latour — Təşkilati Sosiologiya Mərkəzi ilə əlaqəli, onun tədqiqat fəaliyyəti üzrə vitse-prezidenti. O, "Laboratoriya həyatı" (ing., 1979), "Fransanın pasterizasiyası" (1984), "Aramis və ya texnologiya eşqi" kitablarının və simmetrik antropologiyaya dair "Modern ola bilməyəcəyik" ing. essesinin müəllifidir.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bruno Mars
Piter Cin Ernandes (d. 8 oktyabr 1985, Honolulu) — Bruno Mars adı ilə məşhur ABŞ müğənnisi, bəstəkar və prodüser. Peter Amerikanın Honolulu şəhərində anadan olmuşdur. Just The Way You Are və Grenade mahnılar ilə tanınan Bruno Mars Vokal, gitara, bateri alətlərində mükəmməl ifa bacarığına malikdir.
Bruno Qanz
Bruno Qanz (22 mart 1941[…], Sürix – 16 fevral 2019[…]) — İsveçrə aktyoru.
Bruno Rodriqes
Bruno Rodriqes — Argentinalı iqlim fəalıdır. Argentinada "Gələcək üçün cümə günləri" hərəkatının lideridir. O, 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitində nümayəndə olub. O, İşçi Partiyası və Amnesty International ilə əməkdaşlıq etmişdir. 2021-ci ildə IPCC Altıncı Qiymətləndirmə Hesabatı əsasında namizədlərə açıq məktub kampaniyası təşkil edir.
Bruno Sutkus
Bruno Sutkus (14 may 1924 – 29 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper. == Həyatı == Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib.
Cordano Bruno
Cordano Bruno (it. Giordano Bruno; ən tezi yanvar 1548 və ən geci fevral 1548 – 17 fevral 1600[…], Roma[…]) — italyan filosof-panteisti və şairi. == Həyat və fəaliyyəti == Böyük İtaliya mütəfəkkiri Cordano əsl qəhrəman, elm fədaisi oldu. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu.
Moris Drüon
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], Paris – 14 aprel 2009[…], Paris) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). == Həyatı == Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Yujno-Saxalinsk
Yujno-Saxalinsk (rus. Южно-Сахалинск) ya da Toyohara (yap. 豊原市) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Yujno-Suxokumsk
Yujno-Suxokumsk — Rusiyanın cənubunda, Dağıstan Respublikasında yerləşən şəhər. Respublika əhəmiyyətli şəhər olaraq, şəhər dairəsi statusu ilə yeganə yaşayış yeri kimi inzibati vahidlik əmələ gətirir. == Coğrafi yerləşməsi == Noqay çölündə, Kuma çayının quruyan qolunun deltasında, düzənlik bir ərazidə, Mahaçqala şəhərindən 295 km şimal-qərbdə, respublikanın Stavropol diyarı ilə sərhədinə yaxın ərazidə yerləşir. Şəhər daxilinə statusu müəyyənləşdirilməyən uzaq bir mikrorayon (qəsəbə) olan Şərqi-Suxokumskda daxil idi. Şəhərin sahəsi 82 km² təşkil edir. Şəhər mərkəzi isə dəniz səviyyəsindən 10 m yüksəklikdə yerləşir. İqlimi kəskin kontinentaldır. Ən isti ay iyuldur. Bu ayda orta temperatur 24,9°C təşkil edir. Ən soyuq ay isə yanvardır və bu ayın orta temperaturu -3,7° C təşkil edir.
Bruno Qadiol
Bruno Qadiol Antonias (ing. Bruno Gadiol Antoniassi; 6 iyun 1998, San Paulo) — braziliyalı aktyor və müğənnidir.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. == Tarixi == Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Mosta Duvno yeparxiyası
Mosta Duvno yeparxiyası (bosn. Mostarsko-duvanjska biskupija, lat. Dioecesis Mandetriensis-Dumnensis) — mərkəzi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. == Tarixi == Xristianlıq V-VI əsrlərdə müasir Bosniya və Herseqovinanın ərazisində yayılmağa başlandı. Bu dövrdə, Salona (müasir Split) arxiyeparxiyasından asılı olan bir neçə yeparxiya quruldu, o cümlədən qədim Duvno şəhərindəki (müasir Tomislavqrad) yeparxiya. XV əsrin ikinci yarısında Bosniya və Herseqovina türklərin hakimiyyəti altına keçdi və əhalinin kütləvi şəkildə islamlaşdırılması baş verdi. 1663-cü ildə Duvno Yeparxiyası rəsmi olaraq ləğv edildi. Herseqovinada katolik quruluşlar yalnız XIX əsrin ortalarında təzədən yaranmağa başlandılar. 1846-cı ildə Herseqovinanın apostol vikariatı təşkil edildi. Bosniya və Herseqovinanın Avstriya-Macarıstana birləşdirildiyi 1878-ci il Berlin konqresindən sonra ordinar strukturların yaranması üçün fürsət yarandı.
Mostar Duvno yeparxiyası
Mosta Duvno yeparxiyası (bosn. Mostarsko-duvanjska biskupija, lat. Dioecesis Mandetriensis-Dumnensis) — mərkəzi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. == Tarixi == Xristianlıq V-VI əsrlərdə müasir Bosniya və Herseqovinanın ərazisində yayılmağa başlandı. Bu dövrdə, Salona (müasir Split) arxiyeparxiyasından asılı olan bir neçə yeparxiya quruldu, o cümlədən qədim Duvno şəhərindəki (müasir Tomislavqrad) yeparxiya. XV əsrin ikinci yarısında Bosniya və Herseqovina türklərin hakimiyyəti altına keçdi və əhalinin kütləvi şəkildə islamlaşdırılması baş verdi. 1663-cü ildə Duvno Yeparxiyası rəsmi olaraq ləğv edildi. Herseqovinada katolik quruluşlar yalnız XIX əsrin ortalarında təzədən yaranmağa başlandılar. 1846-cı ildə Herseqovinanın apostol vikariatı təşkil edildi. Bosniya və Herseqovinanın Avstriya-Macarıstana birləşdirildiyi 1878-ci il Berlin konqresindən sonra ordinar strukturların yaranması üçün fürsət yarandı.
Bruno Le Ru
Bruno Le Ru (fr. Bruno Le Roux; 2 may 1965[…]) — Fransanın sabiq daxili işlər naziri. 6 dekabr 2016-cı il tarixindən 21 mart 2017-ci ilədək vəzifədə qalmışdır. O, həmçinin Fransa Milli Assambleyasının üzvü idi. 2015-ci ildə adı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısına salınıb.
Eduar Druen de Lüis
Eduar Druen de Lüis (fr. Édouard Drouyn de Lhuys; 19 noyabr 1805[…], Paris – 1 mart 1881[…], Paris) — Fransa diplomatı, siyasətçi və dövlət xadimi. O, dörd dəfə (fasilələrlə) Fransanın xarici işlər naziri vəzifəsində çalışmışdır. O, İyul monarxiyası dövründə Madriddə müvəqqəti işlər vəkili, sonra Deputatlar Palatasının üzvü olmuş və burada Fransua Gizonun siyasətinə qarşı çıxmışdır. Fransada fevral inqilabından sonra əvvəlcə təsisçi, sonra qanunverici məclisin üzvü olmaqla həmişə sağdan səs vermişdir.Druen de Lüis Lui Napoleonun ilk kabinetində xarici işlər naziri olduqdan sonra prezidentin Roma Respublikasına qarşı siyasətini dəstəkləmiş, papa hakimiyyətinin bərpasının tərəfdarı olmuşdur.1849-cu ildə portfelini Aleksis de Tokvilə təhvil vermiş, Londona səfir kimi getmişdir. Buna baxmayaraq, o, tezliklə geri qayıtmış və 24 yanvar 1851-ci ildə əvvəlki vəzifəsinə qayıtmışdır. 128 iyul 1852-ci ildə Lui-Feliks-Etyen de Türqodan sonra yenidən Xarici İşlər Nazirliyinin rəhbəri olmuşdur.