Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doqri dili
Doqri (डोगरी və ya ڈوگرى) Hind-ari dillərindən biri dir və Hindistan və Pakistanda əsasən də Cammu və Kəşmirin Cammu regionunda ,Himaçal Pradeş,həm də Pəncabın şimalında beş milyon nəfərin danışdığı dildir.Doqri dilində danışanlar Doqralar adlanırlar və Doqri danışan region Duqqar adlanır.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Abdullah Al-Duri
İzzət İbrahim Duri
İzzət İbrahim Duri (ərəb. عزة إبراهيم الدوري‎; 1 iyul 1942, Əd-Dаur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020, İraq) — İraq siyasətçisi və hərbi lideri. İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.
Dumdi Dumdi
Dumdi Dumdi (hanqıl: 덤디덤디; YR: Deomdi Deomdi) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk sinql albomu. 3 avqust 2020-ci ildə həm koreyaca versiya, həm də çincə versiya ilə buraxılmışdır. Fiziki buraxılış iki versiyadan ibarətdir: "Day" və "Night". Alboma iki sinqldan ibarətdir. Qrup üzvləri albomun hazırlanmasında aktiv iştirak etmişdirlər. "Dumdi Dumdi" ən çox satılan ikinci qız qrupu sinql albomu rekordunu yeniləmişdir. == Buraxılması == 14 iyul 2020-ci ildə qrupun avqustun əvvəlində geri dönüş edəcəyi açıqlanmışdır. 17 iyulda qrup alboma daxil olan əsas mahnının adını açıqlamış, yay mövzusunda tizer paylaşmışdır. 21 iyulda "Cube Entertainment" mahnı haqqında fərqi şərhlər yayımlanmış və konsept fotolar buraxılmışdır. "Dumdi Dumdi" albomunun buraxılışı üçün qrup "Naver" şirkətinin "Happybean Good Action" tədbirində iştirak etmişdir.
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Lüyri
Lüyri — Dəvəçi rayonu ərazisində dağdır. Ataçayın sol sahilində, Qızılburun dəmir yolu stansiyasından cənub-qərbdədir. Hündürlüyü 668 metrdir. Əsl adının Lögiri olduğunu söyləyən tədqiqatçılara görə, oronim tat dilindəki lö (dodaq, qıraq, kənar) və giri (“əyri” sözünün tələffüz forması) sözlərindən düzəlib, “kənan, qırağı əyri” mənasındadır. Dağ xarici görünüşünə görə belə adlandırılmışdır.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Dürrə Məmmədova
Dürrə Əlabbas qızı Məmmədova-Kosmodemyanskaya — II Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981). == Həyatı == Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949–1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951–1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.
Dəniz duası
Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı. == Məzmun == Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Huari Bumedyen
Huari Bumedyen (23 avqust 1932, Qelma – 27 dekabr 1978, Əlcəzair) — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). Zitun(Tunis) və əl-Əzhər (Misir) universitetlərində təhsil almış , Qahirədə ərəb dili müəllimi olmuşdur. 1955-ci ildə gizli surətdə Əlcəzairə qayıtmış və Əlcəzair xalqının Fransa müstəmləkəçilərinə qarşı silahlı mübarizəsinə qoşulmuşdur. 1958-ci ildə Oran əyalətində üsyançı hissələrin komandanı təyin edilmişdir. 1960–62-ci illərdə Əlcəzair İnqilabi Milli Şurasının üzvü və Milli Azadlıq Ordusu Baş Qərərgahının rəisi olmuşdur. 1962-ci ilin sentyabrından Əlcəzair xalq demokratik respublikasının milli müdafiə naziri,1963–65-ci illərdə həm də Nazirlər Şurası sədrinin birinci müavini olmuşdur. 1965-ci il iyunun 19-dan isə İnqilab Şurasının sədri olmuşdur. 1976-cı il dekabrın 11-də prezident seçilmişdir.
Jül Düpüi
Jül Düpüi (fr. Arsène Jules-Émile Juvenal Dupuit; 18 may 1804, Fossano[d], Pyemont – 5 sentyabr 1866, Parisin 16-cı dairəsi[d] və ya Paris) — fransız mühəndis, mexanik və iqtisadçı, marjinalizmin qabaqcıllarından biri. == Bioqrafiyası == Jül 18 may 1804-cü ildə İtaliyada anadan olub (o dövr Napoleon qoşunları tərəfindən işğal edilmişdi). Jül 10 yaşında olanda ailəsi Fransaya köçdü. 1822-ci ildə Parisdə yerləşən Politexnik məktəbini bitirmişdir. Mühəndis olaraq işləyərək yol obyektlərini dizayn etmiş və 1843-cü ildə bu fəaliyyətinə görə Fəxri Legion Ordenini almışdır. == Elmi fəaliyyəti == === Mexanika === 1830-cu illərdə Jül Düpüi, üfüqi müstəviyə yuvarlandıqda radiusu R {\displaystyle R} olan silindrik bir silindirin yaşadığı müqaviməti təyin etmək üçün bir sıra təcrübələr aparmışdır. Bu məlumatları emal edərək 1837-ci ildə yuvarlanan sürtünmə qüvvəsi üçün R {\displaystyle {\sqrt {R}}} ilə tərs mütənasib bir düstur təklif etdi. Bunun ardından Dupuis ilə başqa bir Fransız mexanik - A. Morin arasında canlı və olduqca sərt bir müzakirə (1839-1841) davam etdi, təcrübə məlumatları Kulon düsturunun etibarlılığını inandırıcı şəkildə təsdiqlədi (ona görə yuvarlanan sürtünmə qüvvəsi R {\displaystyle R} ilə tərs mütənasibdir), sonra niyə Düpüinin yuvarlanan sürtünmə üzərində işi uzun müddət unuduldu. Lakin, XX əsrin ortalarında.
Kolluq dukeri
Kolluq dukeri (lat. Sylvicapra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kupidon (Buqro)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Lurgi monastırı
Lurgi monastırı(ing. Lurji Monastery)— Lurdzhi Manastırı (gürcü: ლურჯი მონასტერი), yəni Mavi Manastır, Gürcüstanın Tiflis şəhərinin Vere rayonunda Müqəddəs Andrey adına tikilmiş 12 -ci əsr Gürcü Ortodoks kilsəsidir. Məşhur tarixi ad lurji (mavi), şüşəli mavi plitələrlə bəzədilmiş damından gəlir. == Tarixi == Kilsə Tiflisin mərkəzi hissəsində, Vere parkında, Mtkvari'nin sağ sahilində, Vere çayının ağzının yanında yerləşir. Lurji Manastırının orijinal binası 1180 -ci illərdə Kraliça Tamaranın dövründə inşa edilmişdir. Bir cüt qübbəli sütun və uzanmış bir apsisi olan bir kubbəli çarpaz meydan idi. Orta əsr gürcü Asomtavruli yazısı ilə cənub timpanumundakı uzun bir yazı, sponsor olan Kartli keçmiş yepiskopu Vasili göstərir. Ağır ziyan görmüş kilsə, 17. əsrdə günbəzsiz üç koridorlu kərpic bazilika kimi yenidən inşa edilmişdir. 18 -ci əsrdə kilsə Gabashvili zadəgan ailəsinə aid idi.