Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Debet
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Dudəhə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktor Al-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Alba (judets)
Alba judetsi (rum. Județul Alba) — Transilvaniyada yerləşən judets (Rumıniya). == Coğrafiyası == Ərazisi — 6242 km². Sahənin 59 % dağlıq təşkil edir. Şərqdə Sibiu və Mureş, qərbdə Bixor və Arad, şimalda Kluj , cənub-qərbdə Xunedoara judetsləri ilə sərhəddir. YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Oreştiye dağlarında yerləşən dakların qalalarından biri judetsin ərazisində yerləşir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı 327 224 nəfər təşkil edirdi, əhalinin sıxlığı — 52,42 nəf./km². 2016-cı ilin əhalinin siyahıya alınmasına əsasən, sayı — 380 976 nəfər təşkil edirdi. == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 7 şəhər və 65 kommuna daxildir.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Alnıqara duker
Alnıqara duker (lat. Cephalophus nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Ardjeş (judets)
Ardjeş judetsi (rum. Județul Argeș) — Valaxiya regionunda yerləşən judets (Rumıniya). == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 4 şəhər və 95 kommuna daxildir.
Avdet (qəzet)
Avdet (krımtat. Avdet, Авдет — "Qayıdış") — müasir sosial-siyasi-mədəni xarakter daşıyan iki dilli qəzet. Qəzet 15 iyun 1990-cı ildən fəaliyyət göstərir. Bu Krım tatarlarının deportasiyası anından etibarən krımtatar dilində buraxılan ilk müstəqil mətbu orqandır. Qəzet Krımtatar milli hərəkatı təşkilatına məxsusdur. Adının müəllifi isə Mustafa Cəmilyevdir. İlk redaksiya Bağçasaray yerləşirdi:Əvvəllər Sərvər Kərimovun, daha sonralar isə İlmi Ömərovun evində buraxılırdı. Qəzetin ilk nömrələri Riqada çap olunurdu. Qəzetləri oraya A. Süleymanov aparırdı. Sonradan isə qəzeti Bağçasarayda dərc etməyə başladılar.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Braşov (judets)
Braşov judetsi (rum. Județul Brașov) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 5363 km². Şərqdə — Kovasna, qərbdə — Sibiu, şimalda — Mureş və Xarqita, cənubda — Ardjeş, Dımbovitsa və Praxova judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 593 928 nəfər , sıxlığı — 110,74 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 47 kommuna daxildir.
Breila (judets)
Breila judetsi (rum. Judeţul Brăila) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4766 km². Şərqdə — Tulça, qərbdə — Buzeu, şimalda — Qalats və Vrança, cənubda — Yalomitsa və Konstantsa judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 365 628 nəfər, sıxlığı — 76,15 nəf./km². == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir.