DUET

[ ital. ] mus. Hər biri müstəqil olmaq üzrə ikilikdə oxunan və ya çalınan musiqi əsəri. Leyli ilə Məcnunun dueti. – İştirak edənlərin sayından asılı olaraq hər bir belə ansamblın öz adı var.
İki nəfər oxuduqda buna duet, üç nəfər [oxuduqda] – terset və ya trio, dörd nəfər [oxuduqda] – kvartet və i.a.
[deyilir.] Ə.Bədəlbəyli.
Tahir ikinci dəfə gördüyü bu filmin ariya və duetlərini artıq əzbərdən bilirdi. M.Hüseyn.

DUELÇİ
DUXÓVKA
OBASTAN VİKİ
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.

Значение слова в других словарях