Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Forşlaq
Forşlaq (alm. Vorschlag‎ - əvvəlki zərbə). Bu melizm iki növ olur: uzun və qısa forşlaq. == Qısa forşlaq == Qısa forşlaq, qarmağı qısa xətlə cızılmış kiçik şəkildə səkkizlik notdan ibarətdir. İfa zamanı bu xırda not əsas notun vəzni hesabına daxil olur. Qısa forşlaq sadə və mürəkkəb olmaqla iki, üç, hətta dörd və beş kiçik notdan da əmələ gələ bilər. Son zamanlar elə qısa forşlaqlar da yazılır ki, onlar əvvəlki notun hesabına ifa olunur. == Uzun forşlaq == Uzun forşlaq – Melodiyanın hər hansı əsas səsindən sekunda məsafəsində yuxarıda və ya aşağıda yerləşən köməkçi səslərdən ibarət olur. Uzun forşlaq əsas səsin əvvəlində kiçik not şəklində yazılır və əsas səs ölçüsünün yarısına bərabər olur. Uzun forşlaqı göstərən notun yan xətti həmişə yuxarı şəkildə cizgisiz olaraq yazılır.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir."Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi. == Psixoloji təsirlər == === Təkbaşına məhkumluq === Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur.Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
İsti qurşaq
İsti qurşaq - İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..