DURULMAQ

f.
1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur.
– Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı).
Boz səhralar çiçək açır, sular durulur; Dağlar üstə dağlar qoyur insan hünəri. S.Vurğun.

2. Axıcı hala düşmək, sıyıqlaşmaq. Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.
3. məc. Aydınlaşmaq, açılmaq. Hava durulur.
– Gecə yarı günəş doğur… zülmət durulur. S.Vurğun.
Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Mir Cəlal.

4. məc. dan. Açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq.
– Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. Koroğlu”.

Синонимы

  • DURULMAQ aydınlaşmaq — açılmaq
  • DURULMAQ sıyıqlaşmaq
  • DURULMAQ saflaşmaq — şəffaflaşmaq

Антонимы

  • DURULMAQ DURULMAQ – BULANMAQ O vaxtdan həftələr, aylar dolandı; Sular gah duruldu, gah da bulandı (S.Vurğun). DURULMAQ – BULAŞMAQ Dünənki bərk qardan sonra gün

Этимология

  • DURULMAQ Bu söz durmaq feili ilə bağlıdır, “durub təmizləmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DURULMA
DURULTMA

Значение слова в других словарях

ви́це-адмира́л врыть некоры́стный опрессова́ть прочёркиваться седа́лище упоко́иться газифика́ция дошколёнок навоева́ться разъедини́ться чего моя ле́вая нога хочет daughter nation grilse polt substance superficially supertonic гоготать козловый монистический представительный приходить разбередить растяжимый