Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Ruse
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Yuşə
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. == Adın yaranması == Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Alikant Buşe
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir. == Yarpaqları == Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir.
Buse (Alye)
Buse (fr. Boucé) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 556 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfərdən (15-64 yaş) 237 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 73.3%). Fəal 237 nəfərdən 221 nəfəri (122 kişi və 99 qadın), 16 nəfəri işsizdir (7 kişi və 9 qadın). 84 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 35 digər səbəblərə görə fəaliyyətsizdir.
Bədii şüşə
Bədii şüşə — dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Devid Suşe
Devid Suşe (ing. Sir David Courtney Suchet; 2 may 1946, Paddinqton, Böyük London) — ingilis teatr və kino aktyoru. Aqata Kristinin əsərlərinin motivləri əsasında çəkilmiş "Aqata Kristinin Puarosu" detektiv teleserialında (1989–2013) canlandırdığı belçikalı detektiv Erkül Puaro rolu ilə məşhurluq qazanmışdır. 1971-ci ildə London Musiqi və Dram Akademiyasını bitirib. Filmdəki ilk rolunu 1980-ci ildə "İki şəhərin hekayələri" filmində oynayıb. 1986-cı ildən teatrda 40-dan çox rol alıb.
Dulse Ponteş
Dulse Ponteş (port. Dulce Pontes, BFƏ: [ˈduɫsɘ ˈpõtɘʃ]; doğlub 8 mart 1969, Montiju, Portuqaliya) — portuqal müğənnisi, fadu üslubunda, klassik musiqi və digər üslublarda ifa edir. Portuqaliyada onun mahnıları çox məşhurdur. == Həyatı == Dulse Ponteş Portuqaliyanın Setubal mahalındakı Montiju şəhərcəyində doğulmuşdur. Uşaqlıqdan onun mahnı oxumağa və pianoda ifa etməyə həvəsi olmuşdur, bu da ona gələcəkdə müğənni olmaya köməklik göstərmişdir. 18 yaşından sonra o, televiziya və teatrda aktrissa oldu. 1991-ci ildə Dulse "Lusitana Paixão" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində çıxış edərək 8-ci yeri qazanmışdır. Bir neçə ildən sonra o, tək Portuqaliyada deyil, digər ölkələrdə də şöhrət qazandı. Dulse öz mahnıları digər ölkələrdən olan məşhur müğənni və musiqiçilərlə bir yerdə ifa etməyə başlayır. Onun musiqisində müxtəlif musiqi ənənələrinin elementləri ahəngli şəkildə istifadə olunur: tək Portuqaliyanın deyil, həm də İspaniyanın, Braziliyanın, həmçinin də ərəb və Afrika ölkələrinin.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. == Haqqında == SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi. Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur == İstinadlar == === Mənbə === Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. == Həyatı == Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Jozef Fuşe
Jozef Fuşe — (fr. Joseph Fouché) Nantlı Fuşe, Otranto Hersoqu, Qraf Fuşe kimi bilinən fransız siyasətçisi 1759-cu il mayın 21-də Nant yaxınlığındakı Le Pellerində anadan olmuş və 26 dekabr 1820-ci ildə Triestdə vəfat etmişdir. O, xüsusilə Fransa Burjua İnqilabı dönəmində, 1793-cü ildə baş vermiş Lyon üsyanını qəddarlıqla yatırtmasıyla tanınır. Bu üsyanı yatırması onun Direktoriya, Konsulluq və İmperiya dövrlərində Polis Naziri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur. == Həyatı == === Gənclik illəri (1759 - 1792) === O, ticarət donanması kapitanı olan və Santa-Dominqoda və Marie-Adelaide Croizetdə qaradərili kölələrin işlədiyi plantasiyaları olan Jozef Fuşenin oğludur. Atası 1771-ci il martın 10-da inək sağımından qayıdarkən vəfat etmişdir. Jozef Fuşe öz karyerasını atası kimi qurmaq istəsə də, sağlamlığında problemlər olmasına görə bu arzusunu həyata keçirə bilmir. Nant Oratoriyasının seminariyasına qəbul olur. 1782-ci ildə professor olan Fuşe, 1788-ci ildən etibarən Niort, Saumur, Vendome, Juilly and Arras oratoriyalarında dərs keçməyə başlayır. Arrasda olarkən Rosati Akademiyasında, ədəbiyyat cəmiyyətində və para-mason lojasında Robespyer ilə görüşür.
Kusə (Sayınqala)
Kusə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (29 ailə).
Küsə (Bükan)
Küsə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 662 nəfər yaşayır (123 ailə).
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Go! Go!
Müsə (Bükan)
Müsə (fars. موسه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (35 ailə).
Vulkanik şüşə
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.