MÜŞƏ

(Başkeçid, Borçalı, Qazax)
bax müşə
MÜŞDƏ
MÜŞƏBAĞI
OBASTAN VİKİ
Müşəbbihilər
Müşəbbihilər — Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. Müşəbbih sözü təşbih (تشبيه) sözüylə eyni kökə sahibdir və mənası bənzəmə, bənzətmə və ya analogiya deməkdir. İslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-ci il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür: Allahın mahiyyətini yaradılmışların mahiyyətinə bənzədənlər; Yalnız İlahi sifətləri yaradılmışların sifətlərinə bənzədənlər. Orta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Müşəşəi
Müşəşəilər (ərəb: المشعشعية) Xuzistanın Hoveyzeh şəhərində 1435-ci ildən 1924-cü ilə qədər hökmranlıq edən şiə ərəb sülaləsi idi. İlkin başlanğıcda tayfa konfederasiyası, sonra isə tədricən qüdrətli Şiə İsmaili sülaləsinə çevrildilər. Müşəşəilərin müstəqilliyinə 1508-ci ildə Səfəvi şahı I İsmayıl (h. 1501-1524) tərəfindən son qoyuldu. Şah İsmayıl yeganə qanuni şiə hökmdarı olduğunu iddia etdi. Bundan sonra Müşəşəilər bir qayda olaraq əsrlər boyu İran hökmdarlığı altında vassal olaraq qaldı. Bosworth, C.E. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. New York City: Columbia University Press. 1996. ISBN 0-231-10714-5.
Müşəşəilər