Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Dave Meltzer
David Allen Meltzer (24 oktyabr 1959, Nyu-York, Nyu-York ştatı) — peşəkar güləş və qarışıq döyüş sənətləri haqqında məlumat verən amerikalı jurnalist və idman tarixçisidir . O, həmçinin Stenford Universitetinin Ali Biznes Məktəbində MMA, peşəkar güləş və boks biznesinin bir çox aspektləri üzrə tez-tez mühazirə edir . 1983-cü ildən Meltzer Wrestling Observer Newsletter ( WON ) jurnalının naşiri və redaktorudur . O, həmçinin Oakland Tribune , Los Angeles Times , Yahoo! Sports , SI.com və The National Sports Daily . O, 1993-cü ildə UFC 1- dən bəri qarışıq döyüş sənətlərini əhatə edir və həmçinin SB Nation üçün idmanı əhatə edir . O , Sports Illustrated- dan Frank Deford tərəfindən "idman jurnalistikasında ən bacarıqlı reportyor" adlandırılıb . == Erkən həyat == Meltzer [[Nyu-York]]un yuxarı əyalətində yaşayırdı , daha sonra ailəsi ilə birlikdə Kaliforniya ştatının San Xose şəhərinə köçdü . Meltzer San Xose Dövlət Universitetində jurnalistika dərəcəsi aldı və Wichita Falls Times Record News və Turlock Journal üçün idman yazıçısı kimi fəaliyyətə başladı . O, peşəkar güləşə marağı və ona jurnalist yanaşmasını erkən yaşlarında nümayiş etdirib.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Pavə
Pavə — İranın Kirmanşah ostanının şəhərlərindən və Pavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,774 nəfər və 5,171 ailədən ibarət idi.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Rave
Reyv (ing. to rave — "coşmaq", "cinlənmək, "sərsəmləmək") — elektron rəqs musiqisinin daimi səsləndirilməsini təmin edən diceylərin iştirakı ilə təşkil olunmuş diskoteka. Reyv diskotekaları üçün yerlər gecə klubları, açıq festivallar və ya digər ictimai yerlər ola bilər. Xüsusi təyin edilmiş yerlərə əlavə olaraq, onlar çox sayda iştirakçının yerləşdiyi səhra ərazilərində, məsələn, keçmiş fabriklərin, anqarların, anbarların və digər sənaye sahələrinin ərazisində keçirilə bilər. Danışıq dilində "reyv" bu cür tədbirlərdə ifa olunan faktiki elektron rəqs musiqisinin sinonimi kimi də istifadə olunur (əvvəlcə diskoteka mənasını verən "disko" kimi). 2015-ci ildə aparılan bir araşdırmaya görə, amerikalı reyv həvəskarlarının 35,5 faizi marixuanadan başqa narkotiklərdən, o cümlədən MDMA-dan istifadə edirlər. == Həmçinin bax == Klabbinq (altmədəniyyət) == İstinadlar == == Əlavə ədəbiyyat == Олег Азелицкий, Кирилл Иванов, Илья Стогов. Рейв. Шесть поколений. СПб.: ТИД Амфора.
Dave Meltzer (İdmançı)
David Allen Meltzer (24 oktyabr 1959, Nyu-York, Nyu-York ştatı) — peşəkar güləş və qarışıq döyüş sənətləri haqqında məlumat verən amerikalı jurnalist və idman tarixçisidir . O, həmçinin Stenford Universitetinin Ali Biznes Məktəbində MMA, peşəkar güləş və boks biznesinin bir çox aspektləri üzrə tez-tez mühazirə edir . 1983-cü ildən Meltzer Wrestling Observer Newsletter ( WON ) jurnalının naşiri və redaktorudur . O, həmçinin Oakland Tribune , Los Angeles Times , Yahoo! Sports , SI.com və The National Sports Daily . O, 1993-cü ildə UFC 1- dən bəri qarışıq döyüş sənətlərini əhatə edir və həmçinin SB Nation üçün idmanı əhatə edir . O , Sports Illustrated- dan Frank Deford tərəfindən "idman jurnalistikasında ən bacarıqlı reportyor" adlandırılıb . == Erkən həyat == Meltzer [[Nyu-York]]un yuxarı əyalətində yaşayırdı , daha sonra ailəsi ilə birlikdə Kaliforniya ştatının San Xose şəhərinə köçdü . Meltzer San Xose Dövlət Universitetində jurnalistika dərəcəsi aldı və Wichita Falls Times Record News və Turlock Journal üçün idman yazıçısı kimi fəaliyyətə başladı . O, peşəkar güləşə marağı və ona jurnalist yanaşmasını erkən yaşlarında nümayiş etdirib.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Arta Dade
Arta Dade (alb. Arta Dade; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür. Dade mədəniyyət (1997 — 1998) naziri, xarici işlər naziri (2001 — 2002) vəzifələrində çalışmışdır. == Bioqrafiyası == Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakultəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakultəsinin ingilis dili bölməsində dərs deyimişdir. 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir. 1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Bavə (Sərdəşt)
Bavə (fars. باوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (35 ailə).
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Date (Hokkaydo)
Date (yap. 伊達市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İburi sabprefekturada yerləşən şəhər.
Daue Bob
Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue Bob — Niderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantri və folk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqi və caz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Dağə (Soyuqbulaq)
Dağə (fars. داغه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (7 ailə).
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Dəmirçi Kave