DƏSTUR
DƏVƏÇİ
OBASTAN VİKİ
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsi ilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5–2 aydan sonra ot yeməyə başlayırlar.
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi
Adi dəvəayağı
Adi dəvəayağı (lat. Limonium vulgare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü.
Adi dəvədabanı
Adi dəvədabanı (lat. Tussilago farfara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dəvədabanı cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü çiçəkləyən zaman 3–15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot bitkisidir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir. Gövdəsi sadə, keçəvari-tüklüdür, xırda sarı çiçəkləri birləşərək səbətcik əmələ gətirir, yarpaqları pulcuqlu, uzunsov-lansetvari, adətən qonur-bənövşəyi rəngdədir. Kökyanı yaşıl yay yarpaqları uzun saplaqlı, yuvarlaqürəkvari, qalın, dərivari, kənarları iti dişdişli, yuvarlaq ürəkvari, üstdən tünd yaşıl, arxadan ağımtıl-keçəvari tüklüdür. Səbətləri tək-tək, silindrik, 8–11 mm enində, dilcikləri çoxsaylı, dar, çox vaxt sapvari, sarğıdan biraz uzundur; boruvari çiçəkləri ikicinsli, toxumsuzdırlar. Toxumcalar 3–4 mm uzunluqda, silindvari, qabırğalı, çılpaq; kəkili ağ, toxumcadan 2–3 dəfə uzundur. Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk, qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl, demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür.
Adi dəvətikanı
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.
Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri == Həyatı == Allahyar xan Mirzə Məhəmməd xan oğlu Astrabad civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi. Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir". Allahyar xan Rus-İran savaşında iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Daryarpaq dəvəqıran
== Təbii yayılması: == Türkiyədə təsvir edilmişdir. == Botaniki təsviri: == 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Dəvəmeydanı (Çaroymaq)
Dəvəmeydanı (fars. دوه ميداني‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Dəvənd (Miyanə)
Dəvənd (fars. داوند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (39 ailə).
Dəvəotu
Dəvəotu (lat. Corispermum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Dəvəqulağı
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Dəvəquşu
Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir. Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir.
Dəvəquşukimilər
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Dəvəquşular
Dəvəquşular (lat. Struthionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az-əbcəd. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.
Dəvətikanı
Dəvətikanı (lat. Alhagi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Tarixçə == Orta əsr Azərbaycan təbabətində dəvətikanın "tərancəbin" adında qatı, bərkimiş şirəsi (еlmi dildə "manna") gеniş istifadə еdilirdi. Məhəmməd Mömin yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir. İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir.
Dəvətnamə (1989)
== Məzmun == Filmdəki hadisələr bilavasitə həyat materialı üzərində qurulmuşdur. Problem bizim ətrafımızdakı adamlara münasibətimizlə bağlıdır. Çünki bəzən biz ətrafımızdakı adamların qiymətini lazımınca verə bilmirik İnsanları xeyirxah, diqqətli olmağa çağıran bu kinolent həyata inamın itməsi, bunun acı nəticəsi haqqındadır. == Film haqqında == Film Aydın Dadaşovun quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rejissor: Aydın Dadaşov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Cəmil Əmirov Rejissor: Yusif Əlizadə Səs operatoru: Akif Nuriyev Montaj edən: Nelli Dadaşova Geyim rəssamı: Tatyana Əmirova Rejissor assistenti: Elman Şeydayev, R.Əyyubov Rəssam assistenti: X.Əminağayeva Qrim rəssamı: Rəna Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Çalır: Cəmil Əmirovun İdarəsi ilə İnstrumental Ansambl Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Nadir Əliyev === Rollarda === Ötkəm İsgəndərov — Fərman Arzu Əliyeva — Gülsüm Lətifə Əliyeva — Fatma xala Tofiq Hüseynov — Rəhman Zilli Namazov — Zilli Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Kərim Ramiz Məmmədov — sürücü Adil İsmayılov — bufetçi Rəhman Rəhmanov — satıcı Nadir Əsgərov — çayçı Nuriyyə Əhmədova — qohum Əhməd Əhmədov T.Məmmədova O.Dadaşov S.Quliyeva Aqşin Feyzullayev Gülsolmaz Qafarova Məmmədkamal Kazımov — Xasay === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Fatma xala (Lətifə Əliyeva) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Xasay (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dəvətnamə (film, 1989)
== Məzmun == Filmdəki hadisələr bilavasitə həyat materialı üzərində qurulmuşdur. Problem bizim ətrafımızdakı adamlara münasibətimizlə bağlıdır. Çünki bəzən biz ətrafımızdakı adamların qiymətini lazımınca verə bilmirik İnsanları xeyirxah, diqqətli olmağa çağıran bu kinolent həyata inamın itməsi, bunun acı nəticəsi haqqındadır. == Film haqqında == Film Aydın Dadaşovun quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rejissor: Aydın Dadaşov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Cəmil Əmirov Rejissor: Yusif Əlizadə Səs operatoru: Akif Nuriyev Montaj edən: Nelli Dadaşova Geyim rəssamı: Tatyana Əmirova Rejissor assistenti: Elman Şeydayev, R.Əyyubov Rəssam assistenti: X.Əminağayeva Qrim rəssamı: Rəna Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Çalır: Cəmil Əmirovun İdarəsi ilə İnstrumental Ansambl Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Nadir Əliyev === Rollarda === Ötkəm İsgəndərov — Fərman Arzu Əliyeva — Gülsüm Lətifə Əliyeva — Fatma xala Tofiq Hüseynov — Rəhman Zilli Namazov — Zilli Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Kərim Ramiz Məmmədov — sürücü Adil İsmayılov — bufetçi Rəhman Rəhmanov — satıcı Nadir Əsgərov — çayçı Nuriyyə Əhmədova — qohum Əhməd Əhmədov T.Məmmədova O.Dadaşov S.Quliyeva Aqşin Feyzullayev Gülsolmaz Qafarova Məmmədkamal Kazımov — Xasay === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Fatma xala (Lətifə Əliyeva) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Xasay (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dəvətnamə (film, 2003)
== Məzmun == Beş toya dəvətnamə alan və maaşa baxan bank işçisi Cəfər (Fərhad İsrafilov) çıxılmaz vəziyyətdə qalır. Yeganə səbəb isə yenə puldur. Nəhayət baş verən zəlzələ Cəfəri bu toylardan xilas edir. Filmdə toy və yaslardakı lazımsız adət-ənənələrimiz tənqid edilir. Həmçinin filmə baxarkən "Ayağını yorğanına görə uzat" atalar sözü yada düşür. == Film haqqında == Filmdə rejissor və prodüser Ramiz Həsənoğlu aktyor kimi də çıxış edib. Amma titrlərdə Jorj Mirzəyev kimi göstərilib. Filmdə telejurnalist Qulu Məhərrəmli də aktyor kimi yer alıb. Amma titrlədə Qulu Zəngilanlı olaraq göstərilib.
Dəvəxaraba
Dəvəxaraba — İrəvan quberniyasının Novobayazid qəzasında kənd adıErmənistan Sovet Sosialist Respublikasında kənd. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Dəvəxaraba kəndi də onun tərkibinə qatılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı Avad olaraq dəyişdirilmişdi. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Dəvəxaraba kəndi Kənkan və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5,45%-ni təşkil edirdi. Dəvəxaraba kəndi 1967-ci ildə ləğv edilmişdir. == Toponimi == Toponim "dağ aşırımı, hündür dağ keçidi", "təpə", mənasında işlənən dəvə (dava/daba) sözü ilə, "dağıdılmış" mənasında işlənən xaraba sözünün birləşməsindən əmələ gəlmişdir, orotoponimdir. Türk dillərində tava "bitkisiz", quru otlu "yеr" sözündəndir. Azərbaycanda Alatava toponimi ilə mə'naca eynidir. Ermənicə Avad adlandırılmışdır.
Dəvəyatağı
Dəvəyatağı (Çaroymaq-i Mərkəzi dehistanı)
Dəvəyatağı (Çaroymaq-i Mərkəzi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (24 ailə).
Dəvəyatağı (Çaroymaq-i Şərqi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 548 nəfər yaşayır (72 ailə).
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.

Значение слова в других словарях