DAYƏ

is. [ fars. ]
1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə.
O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. İ.Musabəyov.
[Ağca] dünyagörmüş xanımların məsləhəti ilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.

// Özgə uşaqlarına öz südünü verib bəsləyən qadın.
// məc. Ümumiyyətlə, tərbiyəçi, tərbiyə edib yetişdirən.
Dayəm idi bu dərə, dağlar mənim; Oynağım olmuş idi bağlar mənim. A.Şaiq.

2. Öz balasından əlavə başqa bir balaya da süd verən doğmuş heyvan. Qoyunların südü az olduqda və ya onların yelini xəstə olduqda və dayələr (“analar”) olmadıqda, quzulara inək, yaxud qoyun südü içirtmək lazım gəlir. “Ümumi zootexniya”.
3. Xəstəxanalarda xəstələrə qulluq edən qadın.
// məc. Baxıcı, xidmətçi.
…Dayənin xoş sözü, nəvazişi də; Körpə ürəkləri isidə bilməz. B.Vahabzadə.

Синонимы

  • DAYƏ dayə bax tərbiyəçi
  • DAYƏ xidmətçi
  • DAYƏ mürəbbiyə
DAYDAY
DAYƏLİK
OBASTAN VİKİ
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.

Значение слова в других словарях

бонапарти́стский и того́ каба́чный натвори́ть предположе́ние стёжка трассови́к фантазёрство вы́думка долото́ комбайнёрка прили́занный пробуксо́вывать сигнализа́тор смока́ть шерстобо́йный масоса полата успение avoidance bus girl jerrican kinone Lyra изоляционный