Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
EKU
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Erkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Feke
Feke — Adana ilinin ilçəsi. Adanadan 122 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 620 metr yüksəkdir.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Şekə
Şekə — türk və tatar mifologiyasında mahnı cini. Çikə və ya Çekə olaraq da bilinər. Dirsək boyunda bir cücedir. Yanına gələnlərə dastan okutturup, mahnı dedirdər. Ağacların altında yaşayır, zərərsizdir. Bəzən dediyini yaptırabilmek üçün insanları qorxudur. Tutduğu adama saatlarla yır (mahnı) və ya kay (dastan) oxutduğu olar. Çuvaşlarda "Çikə Suxal" adı verilər və "boyu bir qarış, saqqalı iki qarış" olaraq təsvir edilər. == Etimologiya == (Şik/Çik/Çiy/). Çik aşiq sümüyünün çuxur tərəfi deməkdir.
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Əşə
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Parisin 17-ci rayonu[d]) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Ece Seçkin
Ece Seçkin (12 sentyabr 1991, İstanbul) — Türkiyə müğənnisi. Krım tatarı olan ailədə anadan olmuşdur.
Eda Ece
Eda Ece (20 iyun 1990, İstanbul) — Türk aktrisa == Həyatı == Şişli Terakki Liseyini, daha sonra İstanbul Bilik Universitetinin Psixologiya Bölməsini bitirmişdir. 3 qızı olan ailənin kiçiyidir. 2011-ci ildə Show TV-də yayımlanan Pis Yedili serialındakı ilk baş rolluğu ilə tanındı. 2013-cü ildə Qızım Üçün filmində oynadı. TRT 1-də yayımlanan Məni Belə Sev serialının yeni mövsümündə Zeyno obrazı ilə seriala çəkildi. 2015-ci ildə Ərin qədər danış filmində oynadı və Münasibət Vəziyyəti: Qarışıq serialında rol aldı. 2016-cı ildə Ərinizlə danışın: Diriliş filmində və Baldız filmində rol aldı. Məhrumlar televiziya filmində rol aldı və 2017-ci ildə Dədə Qorqud hekayələri: Dəli Dumrul filmində rol aldı. Qadağan Alma serialında baş rol oynayıb.
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Ege Universiteti
Egey Universiteti — 1955-cı ildə yaradılan, Türkiyənin qabaqda gələn universitetlərindən biri. 2016-ci ildə açıqlanan məlumatda , dünyanın ən yaxşı universitetləri arasında 482-ci olmuşdur.
Eka Tkeşelaşvili
Eka Tkeşelaşvili (23 may 1977, Tbilisi) — gürcü siyasətçisi, Gürcüstanın keçmiş ədliyyə naziri (2007–2008-ci illərdə) və xarici işlər naziri (2008-ci ildə).
Eko terminlər
== Ekomarka == Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. == Ekomorflar == Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. == Ekonizamlayıcı proseslər == Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. == Ekonomansiya == Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. == Ekosfer (ekoloji sfer) == Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Ene Erqma
Ene Erqma (est. Ene Ergma 29 fevral 1944, Rаkvеrе) — Estoniyalı astrofizik və siyasətçi, Estoniya Elmlər Akademiyasının üzvü. 2003-2006 və 2007-2014-cü illərdə Riyqikoqunun (Estoniya Parlamenti) sədri olmuşdur. 2007-ci ilin may ayından Vətən Birliyi və Res Publica partiyası sədrinin müavinidir. == Təhsili == Ene Erqma Vilyandi şəhərində yerləşən yerləşən K. R. Yacobson adına (1962) liseyi bitirmişdir. Tartu Universitetinin Fizika şöbəsində (1962-1964) təhsil alır. 1969-cu ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Astronomiya şöbəsini bitirib. Orada fizika-riyaziyyat elmləri namizədi adını alır (1972) və 1984-cü ildə "Ulduz təkamülünün son mərhələlərində termoyadro yanacağının qeyri-sabit yanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. == Elmi karyerası == Erqma Estoniya SSR Elmlər Akademiyasının Astronomiya İnstitutunda kiçik elmi işçi (1972-1974), daha sonra böyük elmi işçi, elmi katib, SSRİ Elmlər Akademiyası Astronomiya İnstitutunda elmi məsləhətçi (1974-1988) işləmişdir. 1988-1992-ci illərdə Tartu Universitetinin nəzəri fizika və astrofizika kafedrasının professoru, 1992-1998-ci illərdə nəzəri fizika institutunun müdiri olmuşdur.
Eve Arnold
İv Arnold(21 aprel,1912, Filadelfiya — 4 yanvar, 2012 , London) — ABŞ fotoqrafı və fotojurnalisti.,Magnum Photos agentliyinin ilk qadın üzvü(1957). == Həyatı == Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var. Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib.
Eve Kivi
Eve Kivi (est. Eve Kivi 8 may 1938, Payde) — Sovet və Estoniya aktrisası. Estoniya SSR əməkdar artisti (1982). == Bioqrafiyası == 8 may 1938-ci ildə Payde şəhərində mühasib ailəsində anadan olmuşdur. V.Kinqisep adına Dövlət Akademik Dram Teatrının Teatr Studiyasını bitirib (1959). == Karyerası == 1955-ci ildən bəri bir filmlərdə çəkilmişdir. Bəzi filmlərdə Kivi-Antson (əri Ants Antson ilə evləndikdən sonra) kimi göstərilmişdir. 1968-ci il Ants Antsondan bir oğlan övladı dünyaya gətirmişdir 1982-ci ildən Tallinnfilm kinostudiyasının aktrisasıdır. Estoniyanın 2 kanalının televiziya aparıcısı kimi çalışıb. 1971-ci ildən bəri uzun illər amerikalı bard Rid Din ilə münasibətlər saxlamışdır.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Keke Geladze
Keke Geladze(ing. Keke Geladze; 5 fevral 1858, Qori, Tiflis quberniyası – 4 iyun 1937, Tbilisi)— Ümumiyyətlə "Keke" olaraq bilinən İosif Stalinin anası idi. Qorinin kənarında bir kəndli ailəsində dünyaya gəldi, ayaqqabı ustası Besarion Cuqaşvili ilə evləndi və üç oğlu dünyaya gəldi; Onların içərisində yalnız ən kiçiyi Yoseb sağ qaldı. Besarion, Geladzeni və oğlunu maddi baxımdan təmin etmək üçün ailəsini buraxıb işləməyə getdi. Dərindən dindar olan Yosebin bir keşiş olmasını və təhsilinin pulunu ödəmək üçün Qoridə tikişçi olaraq çalışmasını istədi. İoseb Tbilisi İlahiyyat Seminariyasına köçəndə Geladze Qoridə qaldı və İosif Stalin Sovet İttifaqında hakimiyyətə gələnə qədər orada qaldı. Yaşlı ikən Geladze Gürcüstanın paytaxtı Tiflisdə yaşayırdı; Stalin ona hər zaman yazdı, amma sonuncu dəfə 1935-ci ildə ziyarət etdi. 1937-ci ildə öldü və Tiflisdəki Mtatsminda panteonunda dəfn edildi. == Erkən həyatı == Geladze ya 1856-cı ildə, ya da 1858-ci ildə Qori yaxınlığındakı Gambareulidə gürcü pravoslav kəndli ailəsində anadan olmuşdur. Atası Georgi Geladze, kərpic ustasıydı.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
MKE Ankaragücü
MKE Ankaragücü tam adıyla Maşın Kimya Sənayesi Ankaragücü İdman Klubu — Türkiyənin futbol klubu. Əvvəldən super liqada oynamışdır lakin hal-hazırda Türkiyə Super liqasında mübarizə edir. == Tarixi == 1910-cu ildə yaranmışdır. == Azarkeşlər == Azarkeş qruplarından biri olan Gecekondu 1973-cü ildə yaradılmışdır. Və onlar əsasən qapı arxası tribunada komandalarına dəstək verirlər. Bastır Ankaragücü adlı bəstələri böyük rəğbət qazanmışdır.
MKE Kırıkkalespor
MKE Kırıkkalespor (türk. Makine Kimya Endüstrisi Kırıkkalespor ) — Maşın Kimya Sənayesi Kırıkkalespor, Türkiyəni Kırıkkale bölgəsini təmsil edir.Klub 1967-ci ildə yaradılıb.
Marsel Eme
Marsel Eme(fr. Marcel Aymé, 29 mart 1902, Juani, Yonna — 14 oktyabr 1967, Paris) — fransız yazıçı. == Həyatı == Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. “Vuivra” romanının mövzusu da elə Jura əyalətinin bir əfsanəsindən götürülüb. Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır. Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə “Adsız küçələr”, 1933-cü ildə “Yaşıl madyan”, 1934-cü ildə “Cırtdan”, 1935-ci ildə “Alçaq ev”, 1936-cı ildə “Surdin dəyirmanı” romanlarını, “Şəkilli quyu” adlı hekayələr kitabıın nəşr etdirib. 40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub.
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.