Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AMİP
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır. Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.
BŞİH
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı. == Tarixi == 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır. 1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır. == Rəhbərlik == Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Join
Join (rus. cоединение; türk. katılmak; azərb. birləşmə, qoşma‎) - Verilənlər bazasının cədvəlləri üzərində aparılan əməliyyat; bu əməliyyatın nəticəsi olaraq ayrıca cədvəldə ilkin cədvəlin hər bir yazısı üçün yekun yazı yaranır və onun açar sahəsi ikinci ilkin cədvələ uyğun olur. Proqramlaşdırmada: törəmə prosesə idarəetməni törədici prosesə qaytarmağa məcbur edən komanda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
JuHİ
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Miho
Miho — Yaponiya qadın adı. Miho Manya — Yaponiya qadın futbolçusu. Miho Fukumoto — Yaponiya qadın futbolçusu. Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Omid
Ümid (fars. امید‎‎) — "Ümid" mənasına gələn İranın kosmosa çıxardığı ikinci peykidir və bu peyk İranın ilk müstəqil süni peykidir.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
İmir
İmir (Sarvan)
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Оmiş
Omiş
Оmiş (xorv. Omiš) — Xorvatiyanın Dalmasiya bölgəsində yerləşən bir şəhərdir. Bölgənin ümumi əhalisi 14,936 nəfərdir, ərazisi 266 kvadrat kilometrdir. Şəhərin daxilində aşağıdakı yaşayış məntəqələri yerləşir: Bu gün Omiş şəhərinin iqtisadiyyatı əkinçilik, balıqçılıq, toxuculuq və qida emalı sənayesi və turizmə əsaslanır.
Amin
Amin bu mənaları ifadə edə bilər:
OMIM
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. == Həyatı == Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. == Karyerası == Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Fyodor Emin
Fyodor Aleksandroviç Emin (əsl adı Məhəmmədəmin bəy Hüseyn bəy oğlu; 1735[…], bilinmir – 18 (29) aprel 1770[…] və ya 27 aprel 1770, Sankt-Peterburq) — Rusiya yazıçısı və jurnalisti. == Həyatı == Fyodor Emin təxminən 1735-ci ildə İstanbul şəhərində doğulmuşdu. Osmanlı Yeniçəri ordusunda xidmət etmişdi. 1758-ci ildə Londona getmişdi. Orada Rusiya səfiri M. Qolitsinə yaxınlaşmışdı. Ondan pasport alıb, 1761-ci ildə Rusiyaya gəlmişdi. Xristianlığı qəbul etmişdi. Xaç suyuna salınarkən Fyodor Aleksandroviç adını qəbul etmiş, soyadını Emin saxlamışdı. O, ana dili olan türk dilindən başqa, italyan, ingilis, ispan, polyak və portuqal dillərini bilirdi. Fyodor Aleksandroviç Emin 16 aprel 1770-ci ildə vəfat edib.
Fərda Amin
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.