İMİC
İMİRÇİMƏ
OBASTAN VİKİ
İmir
İmir (Sarvan)
İmir (Sarvan)
İmir — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
İmir (Ərdəbil)
İmir (fars. ايمير‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (15 ailə).
İmir Məmmədli
İmir Məmməd oğlu Məmmədov (Məmmədli) (7 avqust 1957, Kaloubani[d], Gürcüstan SSR, SSRİ) — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Dövlət mükafatı laureatı (2001). İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonununda anadan olmuşdur. Orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975–1980). İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildən 1990-cı ilədək Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır. 1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992–1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996–2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədri olmuşdur (1995–2003). 2004-cü ildən 2019-cu ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru vəzifəsində çalışmışdır. 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışır. Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır.
İmir Əliyev
İmir Əliyev (tam adı:İmir Əliyev İlyas oğlu) — Kimya elmləri doktoru, laboratoriya müdiri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M. F. Nağıyev adına Kimya Problemləri İnstitutunun Professoru. İmir İlyas oğlu Əliyev 1949-cu il yanvar ayının 6-da Gürcüstan Respublikas Borçalı rayonunun (Marneuli) Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1956–66-cı illərdə Qasımlı kənd orta məktəbində almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinin axşam şöbəsinə daxil olmuş, burada ali təhsili 1973-cü ildə başa vurmuşdur. Bakı Dövlət Universitetində oxuduğu illərdə o, 1966–1969-cu illərdə Bakı Gön-dəri zavodunda fəhlə,1969-cu ildə Bakı Maşınqayırma zavodunda çilingər, 1970-ci ildə Bakı Mebel fabrikində dəzgahçı işləmişdir. 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya institutunda) laborant , baş laborant, mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-cü ildə ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra 1974-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ,, Yarımkeçiricilər kimyası" laboratoriyasında işə başlamışdır. 1981-ci ildə Paşa Rüstəmovun rəhbərlyi altında ,, As2X3-CdX(AIIIX) (AIII=In, Tl; X=S, Se, Te) tipli sistemlərdə qarşılıqlı təsirin xarakteri və şüşə əmələgəlmə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi, alimlik dərəcəsi almışdır. 1992-ci ildə ,, Arsen xalkogenidləri, kadmium, indium və tallium xalkogenidlərindən ibarət sistemlərdə yeni materialların alınmasının fiziki- kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru, alimlik dərəcəsi almışdır.
İmir İlyas oğlu Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Kənan İmirzalıoğlu
Kənan İmirzalıoğlu (18 iyun 1974, Bala ilçəsi[d], Ankara ili) — Türkiyə aktyoru. == Həyatı == Kənan İmirzaloğlu 18 iyun 1974-cü ildə Ankaranın Bala rayonuna bağlı Üçem Kəndində dünyaya gəlib. Ulduz və Mustafa İmirzaloğlu-nun Dərviş və Zübeydadan sonra üçüncü uşağı olaraq dünyaya gələn Kənan İmirzaloğlu, ibtidai məktəbi doğulduğu kənddə bitirib. 12 yaşında Ankaraya xalasının yanına gedən İmirzaloğlu, orta məktəb və lisey təhsilini Ankarada, universitet təhsilini İstanbulda Ulduz Texniki Universiteti Riyaziyyat Bölümündə tamamladı. Best Model of Turkey müsabiqəsinin 1997-ci il seçmələrinə qatılan Kənan İmirzalıoğlu, Türkiyə finalında birinci oldu. İmirzalıoğlu, daha sonra "Best Model of World" seçilərkən, ilk dəfə bir Türk kişi bu ünvana sahib oldu. Yarışlarda birinciliklərindən sonra sıra təklifləri almağa başlayan Kənan İmirzalıoğlu, rejissor Osman Sınavın "Dəli ürək" serialında rol alıb. İmirzalıoğlunun "Yusif Miroğlu" obrazını canlandırdığı serial, 1998–2002 tarixləri arasında tamaşaçılara təqdim edildi. Sonra, Osman Sınavın rejissorluğunu etdiyi "Dəli ürək bumeranq cəhənnəmi" filmində də eyni obrazı canlandırıb. Film 2001-ci ildə ekrana çıxıb.
Tofiq İmirli
Tofiq Əsgər oğlu Məmmədov (15 fevral 1941) — Azərbaycan kino rejissoru. Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. Tofiq Əsgər oğlu Məmmədov 15 fevral 1941-ci ildə anadan olmuşdur. "Salnamə" sənədli filmlər studiyasının rəhbəridir. Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Azərbaycanın əməkdar incəsənət xadimi Rejissor kimi Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) (qısametrajlı sənədli film) Goranboy - oğuz eli (film, 1989) (qısametrajlı sənədli film) Azadlığa gedən yollar (film, 1990) (tammetrajlı sənədli film) Bir daha yüksələn bayraq (film, 1990) (qısametrajlı sənədli film) Biznes konqresi (film, 1990) (qısametrajlı sənədli film) İşığını əsirgəmə (film, 1990) (qısametrajlı sənədli film) Ulu yurd (film, 1990) (qısametrajlı sənədli film) Boz qurdun harayı (film, 1991) (qısametrajlı sənədli film) Xəzər köməyə çağırır (film, 1991) (qısametrajlı sənədli film) Şəhidlər və qazilər (film, 1991) (qısametrajlı sənədli film) Şirvan şikəstəsi (film, 1991) (qısametrajlı sənədli film) Ziya ocağı (film, 1991) (qısametrajlı sənədli film) İnama qayıdış (film, 1992) (qısametrajlı sənədli film) Parlament (film, 1996) (qısametrajlı sənədli film) 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film) Əshabi-Kəhf (film, 2000) (qısametrajlı sənədli film) Şəhidlik zirvəsi (film, 2001) (qısametrajlı sənədli film) Haray (film, 2004) (qısametrajlı sənədli film) Akademik Adilə Namazova (film, 2007) Monoloq (film, 2007) (qısametrajlı sənədli film) Həqiqətin özü (film, 2008) (tammetrajlı sənədli film) Azərbaycan milli qəhrəmanları. Məzahir Rüstəmov. Xatirələrdə yaşayan ömür.. (film, 2010) İkinci rejissor kimi Od içində (film, 1978) (tammetrajlı bədii film) Tənha narın nağılı (film, 1984) (tammetrajlı bədii film) Cin mikrorayonda (film, 1985) (tammetrajlı bədii film) Ssenari müəllifi kimi Xəzərim mənim, taleyim mənim (film, 1991) (qısametrajlı sənədli film) Şirvan şikəstəsi (film, 1991) (qısametrajlı sənədli film) Azərbaycan... Əbədiyyət yolu (film, 2006) Prodüser kimi Azərbaycan... Əbədiyyət yolu (film, 2006) Heydər Əliyev.
İmirhəsən
İmirhəsən - Gürcüstanın Bolnisi rayonunun tabeçiliyində etnik azərbaycanlı kəndi. 90-cı illlərin əvvəllərində rayonun digər 32 kəndi kimi adı dəyişdirilərək Savaneti şəklinə salınmışdır. İmirhəsən kəndi Maşaveranın sol qollarından olan Dələver çayının üzərində dəniz səviyyəsindən 420–450 m. yüksəklikdə yerləşir. Rayon mərkəzindən 20 km. şərqdə, paytaxt Tiflisdən 55 km. cənubdadır. Qonşu kəndləri Faxralı, Qoçulu, Yuxarı Qoşakilsə, Molla Əhmədli, Saraçlı, Daşlıqullar və Hasanxocalıdır. 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən İmirhəsən kəndinin əhalisi 1717 nəfər təşkil etmişdir. Kənd sakinlərinin 48,6%-i kişilər, 51,4%-i isə qadınlardır.
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələri İmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
İmirli (Abaran)
İmirli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı Əmirli göstərilir. Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzların eymur etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir . Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.

Значение слова в других словарях