Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. == Tarixi == Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. == Xüsusiyyətlər == Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir.Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur. Vertolyotların qəbulunu təşkil etmək məqsədilə 12 vertolyot dayanacağı inşa edilmişdir.Zabrat hava limanında Almaniyanın BAN-2000 şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş ACAMS işıqlandırma kompleksi quraşdırılmışdır.Hava limanında aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları quraşdırılmışdır: Baklan-RN, Sirut-1, R-414 Bereza, ATSP-438 Sineva, işıq fanarları ZOV, ARP-80, PAR-10. == Həmçinin bax == Azərbaycan hava limanları == İstinadlar == == Xarici keçidlər == Landings.com saytında hesabat.
Badraç
Hadrut
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə.2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. == Tarixi == Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir.Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər. 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi. Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi.
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Kvadrat
Kvadrat (ing. quad — dörd) — düzgün dördbucaqlı. == Diaqonalları == •Diaqonalları bir-birinə bərabərdir, hər birinin uzunluğu kvadratın tərəfinin √2 mislinə bərabərdir; •Diaqonalları düz bucaq altında kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür; •Diaqonallar həm də tənböləndir; Diaqonalların hər biri ayrılıqda kvadratı sahələri bərabər olan 2 düzbucaqlı üçbucağa ayırır; Kvadratın hər bir diaqonalı xaricə çəkilmiş çevrənin diametridir (həmin çevrənin radiusundan 2 dəfə uzundur); == Xassələri == Kvadrat — bütün tərəfləri və bütün bucaqları bərabər olan paraleloqramdır. Daxili bucaqlarının cəmi 360°-dir (4•90°=360°). Tutaq ki, kvadratın tərəfi t {\displaystyle t} , xaricinə çəkilmiş çevrənin radiusu R {\displaystyle R} , daxilinə çəkilmiş çevrənin radiusu isə r {\displaystyle r} -dir. Onda Kvadratın xaricində bucaqlarının cəmi 360 dərəcədir. Daxilə çəkilmiş çevrənin radiusu: r = t 2 {\displaystyle r={\frac {t}{2}}} , Xaricə çəkilmiş çevrənin radiusu: R = 2 2 t {\displaystyle R={\frac {\sqrt {2}}{2}}t} , Kvardratın perimetri:P=4a P = 4 t = 4 2 R = 8 r {\displaystyle P=4t=4{\sqrt {2}}R=8r} , Sahəsi: S=a×a=a2 S = t 2 = 2 R 2 = 4 r 2 {\displaystyle S=t^{2}=2R^{2}=4r^{2}} .
Padrao
Padrao (port. Padrão) - Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Bu şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2011-ci il etibariylə 75,082 nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Bu şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra bu şəhər 1805-ci ildən 1813-cü ilə qədər Fransız hakimiyyəti altında qalmışdır.
Azıx (Hadrut)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Baqrat Baqrationi
Baqrat Georgiyeviç Baqrationi (8 may 1776, Tiflis – 8 may 1841, Sankt-Peterburq) — Baqrationilər çar sülaləsindən olan gürcü knyazı; Gürcüstan tarixi, veterinar tibb və iqtisadiyyat üzrə əsərlərin müəllifi. == Həyatı == === Gürcüstanda === 8 (19) may 1776-cı ildə Tbilisidə şahzadə Georginin (1746—1800), gələcək Gürcü çarı XII Georginin (1798—1800) ailəsində anadan olub və ilk həyat yoldaşı Ketevan Andronikaşvili (1754—1782) olub. Kartli və Kaxeti çarı II İraklinin nəvəsidir. == Ailəsi == Knyaz Durmişxan Çolakaşvili qızı Yekaterina Çolakaşvili ilə ailə qurub (1781—1831). 30 avqust 1805-ci ildə 2-ci dərəcəli Müqəddəs Yekaterina ordeni ilə təltif edilib. Sankt-Peterburqda vəbadan dünyasını dəyişib və Smolensk qəbristanlığında dəfn olunub. Baqrat və Yekaterinanın çoxlu övladları var idi.
Baqrat Ulubabyan
Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925, Müşkapat – 19 noyabr 2001, Yeğvard, Kotayk mərzi) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980-ci illərin sonunda Ermənistanda "Qarabağ hərəkatı" baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi. == Bioqrafiyası == Baqrat Ulubabyan 9 dekabr 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944-cü ildə Şuşa Pedaqoji İnstitutunu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949–1967-ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub, həmçinin erməni dilində nəşr olunan "Sovetakan Qarabağ" (Sovet Qarabağı) qəzetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968-ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır.1965-ci ildə o, 30 nəfər erməni elm xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır. Ulubabyan 1980-ci illərin sonunda İrəvanda Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə keçirilən nümayişlərdə tez-tez millətçi nitqlərlə çıxış edir.Baqrat Ulubabyan 19 noyabr 2001-ci ildə vəfat edir.
Cill Saddat
Cill Saddat (9 sentyabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Saddat Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Saddat Olimpiadanın qalibi olub.
Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı. == Döyüşlər == Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi.
Hadrut döyüşü
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı. == Döyüşlər == Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi.
Hadrut rayonu
Hadrut rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir.Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
III Baqrat
III Baqrat (960 — 7 may 1014, yaxud 1015) — birləşmiş Gürcüstanın çarı (978 — 7 may 1014, yaxud 1015). Baqrationilər nəslinin nümayəndəsi olmaqla, ana tərəfdən anasodilərdən – abxaz knyaz və çarlarının nəslindən idi. == Qeydlər == == Mənbə == Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
I Baqrat
I Baqrat (İmereti çarı) — İmereti çarı. I Baqrat — Abxaziya çarı. I Baqrat — Tao çarı.