Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aznıç
Baznə
Baznə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Qara Kəhriz bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,900nəfər və 988 ailədən ibarət idi.
Kasnı
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Acanthophyton Less.
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Nazlı
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Şauni
Şauni (ing. Shawnee) - Şimali Amerikanın alkoqinlər qrupuna aid hindu xalqı. Ehtimala görə, xalqın adı "cənublu" mənasını verən alkoqin sözü olan şauan dan götürülüb. Onların dili Şoni adlanır. İlk əvvəl indiki Ohayo, Qərbi Virciniya, Merilendin qərbi, Kentukki və Pensilvaniya ştatlarının ərazilərində məskunlaşmışlar. İrokezlər tərəfindən sıxışdırılıb çıxarılsalar da, bir neçə dəfə köçürülmədən sonra yenidən Ohayo ştatı ərazisində məskunlaşmışdılar. Sonralar şaunilər Missuriyə deportasiya olunmuş , ağların axınından sonra isə Kanzas və Oklahoma da məskunlaşmışdılar. Hal-hazırda 6000 nəfərə yaxın şauni nümayəndəsi vardır. Onlar əsasən Oklahoma ştatında məskunlaşmışlar. Şauni döyüşçüsü Tekumse və onun qardaşı Tenskvatava şərq tayfalarını ağlara qarşı mübarizə üçün birləşdirməyə çalışmışlar.
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Azərbaycan (mahnı)
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Ağ nazlı
Ağ nazlı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xas qədim yerli şaftalı sortu. Şirvan zonasında da yetişdirilir. Ağacının hündürlüyü 3 metrə çatır. Aprelin əvvəllərində çiçəkləyir, öz-özünü tozlayır. Hər ağacından 50–65 kq məhsul yığılır. Meyvəsi yumru, bəzən uzunsov olur. Çəkisi 70–100 qramdır. Ağımtıl-sarı və narın tüklüdür, qabığı asanlıqla soyulur. Ləti yumşaq, lifsiz, çoxşirəli və meyxoşdur. Çəyirdəkdən yaxşı ayrılır.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Bayatılar (mahnı)
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Dangerous (mahnı)
Dangerous – Maykl Ceksonun 1991-ci ildə çıxardığı eyniadlı albomuna daxil olan mahnı. Həmin albom Maykl Ceksonun səkkizinci solo studio albomudur. Müəllifləri Maykl Cekson Bill Bottrell və Teddy Riley olan mahnı albomdan çıxarılacaq onuncu sinql kimi düşünülmüşdü. Lakin 1993–cü ildə Maykl Ceksona qarşı uydurma uşaqbazlıq iddianaməsi kompaniyasından sonra bu planlar təxirə salındı. Həmçinin Ceksonun albomdan çıxardığı digər sinqlların da hit parad taleyi o qədər də parlaq olmadı. Dangerous albomu satışa çıxarıldıqdan sonra bir çox mütəxəssislər eyniadlı mahnının sinql kimi ayrıca satışa çıxarıldığı halda böyük uğur qazanacağını söyləyirdilər. Həqiqətən də mahnı dinləyicilər arasında çox böyük sevgi qazandı. Jackson mahnını axırıncı dünya turnesi olan və 1996 – 1997-ci illəri əhatə edən HIStory World Tour zamanı dəfələrlə canlı şəkildə ifa etdi. 1994 – cü ildə Ceksonun Dangerousu Crystal Cartierdən oğurlaması haqqında iddialar ortaya çıxdı. Lakin hakim ədalətlə qərar verdi və tutarlı dəllilərin olmamasını əsas gətirərək Crystal Cartierin iddiasını rədd etdi.
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Deli (mahnı)
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Despacito (mahnı)
Despasito — Puerto-Rikolu müğənni Luis Fonsi, Daddy Yankeenin duetidir. Despasito ispancadan "yavaşca, sakitcə" kimi tərcümə olunur. 12 yanvar 2017-ci ildə işıq üzü görən mahnı YouTubeda ən çox izlənilən videodur. Mahnı Billboard Music Awards, American Music Awards, Latin Grammy Awards kimi mükafatlara layiq görülmüşdür.
Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi. 26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.
Dollhouse (mahnı)
"Dollhouse" — amerikalı müğənni Melani Martinesin ilk sinqlı. Mahnı Martinesin 9 fevral 2014-cü ildə aparıcı sinqlı kimi buraxıldığı, özünün adını daşıyan ilk mini-albomunda (2014) səslənmişdir. "Dollhouse" daha sonra Martinesin debüt studiya albomu Cry Baby (2015)-də aparıcı sinql kimi yer almışdır. Bundan əlavə, mahnı ABC Family-də yayımlanan "Pretty Little Liars" teleserialının önizləməsində səsləndirilib. Məlum oldu ki, "Dollhouse" "Cry Baby" albomunun digər sinqlı olan "Sippy Cup"ın prekvelidir (əvvəl baş verənlər). Burada alkoqolik ana ərini və onun məşuqəsini öldürmək qərarına gəlir, öz qızına da əziyyət verir. Lirik olaraq, "Dollhouse" Martinesin fikrincə, "plastik divarın arxasında gizlənən" disfunksiyalı bir ailə haqqındadır. Martines onu da qeyd edib ki, "Dollhouse" insanların məşhurlara və onların mükəmməl görünən ictimai həyatlarına baxışlarının metaforasıdır. Mahnının klipinin rejissorluğunu Nathan Skial və Tom McNamara edib və 9 fevral 2014-cü ildə Martinesin YouTube kanalına yüklənmişdir. Video kiçik bir qızın kukla evində gəlincikləri ilə oynaması ilə başlayır.