Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Yenö Zador
Yenö Zador (mac. Zádor Jenő; 5 noyabr 1894, Batasek, Macarıstan krallığı – 4 aprel 1977, Hollivud, Kaliforniya) — macarəsilli ABŞ bəstəkarı, müəllimi, musiqi tənqidçisi. Fəlsəfə doktoru (1921). == Həyatı == Riçard Heybergerin rəhbərliyi altında Vyana Konservatoriyasında və Leypsiqdə Maks Regerdən bəstəkarlıq təhsili almışdır. 1915–1920-ci illərdə musiqi tənqidçisi kimi fəaliyyət göstərmişdir. 1922–1939-cu illərdə Yeni Vyana Konservatoriyasında, sonra isə Budapeşt Musiqi Akademiyasında bəstəkarlıqdan dərs demişdir. 1939-cu ildə faşist Almaniyası tərəfindən Avstriyanın Anşlussundan sonra ABŞ-yə mühacirət edib və orada Hollivudda yaşamışdır. ABŞ-də uğurlu Hollivud film bəstəkarı olmuşdur.
Xristofor Kolumb (Zador)
Xristofor Kolumb (alm. Christoph Kolumbus‎) — bəstəkar Yenö Zadorun I Frans İosifin nəvəsi Avstriyalı İosif Fransın alman dilində librettosu ilə müşayiət olunan birpərdəli operası. Yəhudiəsilli macarıstanlı olan Zador operanı 1939-cu ildə Nasist Almaniyasının təqiblərindən qaçmaq üçün Avropanı tərk etdikdən sonra Atlantik okeanı boyunca səyahət edərkən yazmışdır. Əsər Xristofor Kolumbun 1492-ci ildə Amerikaya ilk səyahətini təsvir edir. Soprano İosefa Çekova 9 oktyabr 1939-cu ildə dünya premyerası üçün əsərin ingilis dilinə tərcüməsini yazmışdır. Onun tərcüməsi bir neçə dəfə əsərin ABŞ-də ifaları üçün, o cümlədən 1975-ci ildə Amerika Simfonik Orkestri tərəfindən hazırlanmış operanın səsyazmasında istifadə edilmişdir. Opera təxminən bir saat davam edir. == Süjet == Opera beş səhnəyə bölünən bir pərdədə baş verir. İlk səhnə Ferdinand və İzabellanın İspaniya məhkəməsində baş verir və Kolumbun İspaniya monarxları qarşısında uğurlu maliyyələşdirmə kampaniyasını dramatikləşdirir. Qalan dörd səhnənin hamısı "Santa Mariya" gəmisində baş verir və son səhnə Kolumbun 12 oktyabr 1492-ci ildə San-Salvadora enişini təsvir edir.
Qışlaq-i Zaxor (Əhər)
Qışlaq-i Zaxor (fars. قشلاق ذاخر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 328 nəfər yaşayır (64 ailə).
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Lahor
Lahor (urdu لاہور, ing. Lahore, q.pənc. لہور) — Pəncab əyalətin paytaxtı, Kəraçidən sonra ölkənin 2-ci böyük şəhəri. Şəhər Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın yerləşir. Burada ölkənin kinostudiyası (Lollywood) yerləşir.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Topor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Balsamita major subsp. major
Balsamita major var. major
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Erigeron major
Erigeron major (lat. Erigeron major) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.