ZAHİR

is. [ ər. ]
1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili).
Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif.
Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir.

2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. ( Ata. sözü ).
Batinin əksidir fəqət zahir. H.Cavid.
[Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir. Ü.Hacıbəyov.
Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi. İ.Hüseynov.

□ Zahir etmək – aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək.
Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli.
Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır. S.Ə.Şirvani.
Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini. M.Ə.Sabir.

Zahir olmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək.
Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə.
Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət.
Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. Ə.Haqverdiyev;

// məlum olmaq.
Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə? M.P.Vaqif.

Zahirə çıxmaq – üzə çıxmaq, məlum olmaq, görünmək.
Divarlardan asılmış xəritələri … olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı. H.Nəzərli.

Синонимы

  • ZAHİR görünüş — görkəm — üz
  • ZAHİR açıq — aşkar — aydın
  • ZAHİR zahir bax 1. aşkar; 2. parlaq; 3. görünüş
ZAHİDVAR
ZAHİR-BATİN
OBASTAN VİKİ
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. == Ədəbi karyera == Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. == Sosial fəaliyyəti == Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. == Əsərləri == Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Zahir Abbas
Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; 1 yanvar 1978, Güləbird, Laçın rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012). == Həyatı == Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Fəaliyyəti == 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Zahir Baba
Zahir Bağırov
Zahir Feyzullayev
Zahir Hüseynli
Zahir Manafov
Zahir Mehdiyev
Zahir Nuriyev
Zahir Rzayev
Zahir Vəlişov
Zahir məscidi
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir. == Tarixi == Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub. Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir. == Memarlıq == Zahir məscidi təxminən 11,558 m² sahə tutur.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). == Həyatı == Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət "Ümumittifaq Neft Maşınqayırma" İstehsalat Birliyi rəhbərliyində, sonra isə "Qaratəkrarmetal" İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. == Həyatı == Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Məhəmməd Zahir şah
Məhəmməd Zahir Şah (15 oktyabr 1914[…], Kabil, Əfqanıstan əmirliyi – 23 iyul 2007[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstanın sabiq kralı (1935–1973). == Həyatı == Məhəmməd Zahir Şah 15 oktyabr 1914-cü ildə Kabildə anadan olub. Məhəmməd Zahir Şah atasının ölümündən sonra 21 yaşında taxta çıxıb. 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən taxtdan devrilən kral İtaliyaya qaçıb və 29 il vətəndən kənarda yaşamalı olub. Kral öz ölkəsinə 2002-ci ildə qayıdıb. Əfqan xalqı onun hakimiyyətdə olduğu 40 ili ölkənin ən çiçəklənən dövrü hesab edirlər. 23 iyul 2007-ci ildə vəfat edib.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.
Zahir Əliyev
Nazim Zahirov
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, Ərdəbil – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. == Həyatı == Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. === Təhsili === 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. == Karyerası == O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir. İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.
Vilayət Zahirov
Vilayət Həsən oğlu Zahirov (2 yanvar 1958, Yengicə, Noraşen rayonu) — Azərbaycan Respublikası ədliyyə nazirinin sabiq müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir. 1995–2004-cü illərdə V. Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Hüquq mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, ədliyyə sisteminin inkişafına layiqli töhfələr verərək qulluqda xüsusi fərqləndiyinə görə "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı və bir sıra digər medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar hüquqşunası" fəxri adına layiq görülmüşdür.
Zahirilik
Zahirilik (ərəb. ظاهرية‎) — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir.
Zahirilər
Zahirilik (ərəb. ظاهرية‎) — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir.
Zahirkəndi (Sayınqala)
Zahirkəndi (fars. ظاهركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (138 ailə).
Zahirəddin Fəryabi
Zahirəddin Fəryabi (1160-1202) — şair. == Həyatı == Sədrülkəmal Əbul Fəzl Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Əfqanıstanın şimalında olan Fəryab vilayətinin Şirintagab bölgəsində doğulmuşdu. ibtidai təhsilini Fəryabda oxuduqdan sonra Nişapura getdi və oranın hökmdarı olan Tuğanşah bin Müəyyəd Ay Aba ilə yaxın dostluq qurdu. 1186-cı ildə İsfahana gedən Fəryabi şəhərin hakimi olan Sədrüddin Xocəndi ilə tanış olur və ona xidmət ətməyə başlayır. 1189-cu ildə Mazandarana yollanır və oradan da Azərbaycana keçərək Atabəy Nəsrəddin Qızıl Arslan bəyin sarayında çalışmağa başlayır və həyatının sonraki hissəsini orada keçirir. Zahirəddin bəy sarayda yaşadığı müddətdə Qızıl Arslan bəy tərəfindən bir çox mükafata nail olur. Ömrünün son dönəmlərində saray işlərindən uzaqlaşan Fəryabi 1202-ci ildə haqqın rahmətinə qovuşur və Təbriz şəhərinin Sürxab məhəlləsində Xaqaninin türbəsinin yanına dəfn edilir. Eyni zamanda Fəryab şəhərinin Şirintagab bölgəsində də Zəhirəddin bəy adını daşıyan və bölgə xalqı tərəfindən ziyarət edilməkdə olan bir türbə var. O həyatda olduğu müddətdə dünyaya çox sayda qəsidə və qəzəl kimi önəmli ədəbi əsər bəxş etmişdir. Onun ən önəmli əsərlərindən biri də 6000 beytlik divanıdır.
Zahirəddin Mahmud Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[…], Əndican, Teymurilər dövləti – 26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Zahirəddövlə məzarlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir. Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.
Zahirəddövlə qəbiristanlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir. Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.

Значение слова в других словарях