Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arabaçı
Arabaçı (Gədəbəy) — Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Arabaçı — Gədəbəy rayonunun Çobankənd inzibati ərazi vahidində kənd.
Barbaco
Barbaco (fr. Barbaggio, kors. Barbaghju) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. La-Konka-d'Oro kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B029. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 216 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 143 nəfərdən (15–64 yaş) 104 nəfər iqtisadi fəal, 39 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 72,7%, 1999-cu ildə 57,0%) olmuşdur. Fəaliyyətdə olan 104 nəfərdən 99 nəfəri (57 nəfəri kişi və 42 nəfəri qadın), 5 nəfəri işsiz (4 nəfəri kişi və 1 nəfəri qadın) olub.
Narbağı
Narbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 505 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Rvo kəndindən çıxmış ailələrin Narbağı adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə cəmi dörd ailədən ibarət kiçik məntəqə olmuş həmin kənd XDC əsrin ortalarına aid mənbədə Anarabağ (talış dilində “narbağı”) və Naroba (narlıqda salınmış oba) variantlarında da qeydə alınmışdır.
Çarxaçı
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. == Coğrafiyası == Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Qaraçı
== Xalq ==
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Narbağı bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. == Həyatı == İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.
Zardalı (Ərdəbil)
Zardalı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 141 nəfər yaşayır (31 ailə). == İstinadlar == .
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) == Həyatı == 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Şorbaçı (Cəlilabad)
Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) bələdiyə idarəsi və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçməklə yeni yolun tikintisinə başlanılmışdır. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir.
Şorbaçı (Hacıqabul)
Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Şorbaçı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nazir Larbavi
Nazir Larbavi (26 sentyabr 1949, Tebessa[d], Konstantin departamenti[d], Fransa) — Əlcəzair siyasətçisi, vəkili və diplomatı. 2023-cü ilin noyabrından Əlcəzairin Baş naziri kimi xidmət edir.
Arpaci günbəzi
Arpaci günbəzi - Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.