Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Qriqori Zass
Qriqori Zass (həmçinin Zats və ya Sass kimi yazılır); (rus. Григорий Христофорович Засс; 29 aprel 1797 və ya 1797 – 4 dekabr 1883 və ya 1883), Rus İmperiyası generalı. Napoleon müharibələrində iştirak etmiş, Rus-Çərkəz müharibəsi zamanı baş komandan olmuş və Çərkəz Soyqırımında əsas rol oynamışdır. O, insanları, başları həmçinin uşaqları diri-diri basdırmaq, kəndləri yandırmaq, xəstəlik yaymaq, dəstə-dəstə zorlama kimi üsullardan istifadə edirdi. Zassın komandanlığı dövründə çərkəzlərə qarşı sistemli qırğınlar artdı. Rusiyada erməni şəhəri olan Armavirin qurucusu və şəhərli Ermənilər onu qəhrəman hesab edirlər. O rus mənbələrində “Qafqaz müharibəsinin qəhrəmanı” kimi qeyd olunur. 2003-cü ildə Rusiyanın tarixi Çərkəz torpaqlarında Zass heykəlini ucaltması bütün dünyadakı çərkəzlərin reaksiyasına səbəb oldu. 29 aprel 1797-ci ildə Kurlandda Georg Hristof Zass və Annette Kettlerin övladı olaraq anadan olmuşdur. Onun mənsub olduğu Zass ailəsi Rusiya İmperiyasına mənsub olan Vestfaliyadan olan nəcib bir ailə idi.
Assos
Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca Bəhram ― Türkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı. Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır. Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir. Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiya və biologiya mövzusunda yenilikçi müşahidələr edir. Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü. Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı.
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Kamos
Kastos
Kastos (Yunanca: Καστός)- Yunanıstanda yerləşən adadır. Ada Lefkada və İon adasından şərqdə yerləşmişdir. 2011-ci ildən yerli idarətmə islahatlarından sonra adanın bələdiyyəsi Lefkada bələdiyyəsinin tabeliyinə keçib. Ada Lefkada prefekturasına daxil olmazdan əvvəl, yəni 1974-cü ilə qədər Çefaloniya prefekturasının tabeliyində olub. Adaya ən yaxın ada Kalamos adasıdır. Ada təxminən Aetoliya- Akarnaniya regionundan 5 km şimalda yerləşmişdir. == Coğrafiyası == Adanın yalnız bir kəndi Kastos adasının şərq sahilində yerləşmişdir. Əsasən balıqçılıq və turizm xidmətləri ilə məşğul olan adanın 80 nəfər əhalisi var. Adada Kastrioti diasporu yay ərzində mövsümi xarakter daşıyan, yaxta ilə gələn qonaqlar üçün bayramlar təşkil edirlər. Adanın şimaldan cənuba doğru uzunluğu 7 km, eni isə 800 m-dir.
Katos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
MacOS
macOS — (əvvəllər OS X, ilk dəfə Mac OS X) Apple tərəfindən Mac kompüterləri üçün yaradılmış əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır. Mac-ın istehsalına 1984-cü ildə başlanılmışdır.
Masis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
OASİS
OASIS (Organization for the Advancement of Structured Information Standards) – elektron ticarət sahəsində standartları hazırlayan beynəlxalq qurum. 1993-cü ildə qurulmuş OASIS’in dünyanın 100 ölkəsindən 600-dən artıq təşkilatı təmsil edən 5000-dən çox üzvü var. İnformasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan IBM, Novell, Oracle, Microsoft və Sun tərəfindən maliyyələşir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qatos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Lasso
Lasso — ABŞ müğənnisi Lana Del Reyin 2024-cü ilin sentyabr ayında buraxacağı onuncu studiya albomu. İfaçının kantri janrındakı ilk layihəsidir.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Guillermo Lasso
Guillermo Alberto Santiago Lasso Mendoza (16 noyabr 1955, Quayakil[d], Quayas[d], Ekvador) — Ekvadorun keçmiş prezidenti.
II Layoş
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
János Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Kadoş burnu
Kadoş burnu — Qara dəniz sahillərində, Tuapse yaxılığında yerləşən burun. Burun Aqoy kəndi ilə Tuuapse şəhəri arasında yerləşir. Kadoş burnu yaxınlığında Kiselyov qayası vardır. Milyon il əvvəl tektonik hərəkətlər sayəsində okean dibinin qalxması ilə meydana gəlmişdir. Burun ərazisində qədim insanın izlərinə və əmək aləıtlərinə rastlanılmışdır. Qədim insan məskəninin yaşı 335 min il olaraq qiymətləndirilir. Kadoş burnu birtki örtüyü ilə zəngindir. Burada müxtəlif növ quş, ilan və həşaratlara rastlamaq mümlkündür.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Layoş Battyani
Layoş Battyani (mac. Batthyány Lajos, 10 fevral 1807, Bratislava – 6 oktyabr 1849, Peşt[d], Peşt medyesi) — Macarıstan dövlət xadimi, Macarıstanın ilk baş naziri . == Həyatı == Layoş Battyani 10 fevral 1807-ci ildə Pozoni şəhərində (hal-hazırda Bratislava) anadan olmuşdur. Battyaninin atası qraf Jozef Şandor Battyani, anası isə Barbola Skerles idi. Kiçik yaşlarında valideynləri boşanan Battyani anası və qardaşı ilə birlikdə Vyanaya köçüb burada yaşamağa başlayırlar. Burada anası onu yatılı məktəbə yerləşdirir. 16 yaşında məktəbi bitirən Batyani Zaqrebdə yerləşən Akademiyaya qəbul olaraq 1826-cı ilə qədər burada təhsil almışdır. 1826-cı ildə bir vəzifə ilə bağlı İtaliyaya göndərilən Batyani tezliklə leytnant vəzifəsinə yüksəlir və hüquq dərəcəsi alır. 1834-cü ilin dekabr ayında Batyani Antonia Ziçi adlı bir qadınla ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. == Siyasi fəaliyyəti == 1839-1840-cı il parlamenti ilə Battyani faəl siyasi hayata daxil oldu və müxalifətin liderinə çevrildi.