Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Satlec
Satlec çayı (aşağı axarlarda Pəncnad; pənc. ستلج, ਸਤਲੁਜ, urdu ستلج, hind. सतलुज, sanskr. शतद्रु və ya सुतुद्री) — Asiyada yerləşən çay Hind çayının ən iri qoludur. Çin ərazisindən başlayan çay Hindistan və Pakistandan axaraq Hind çayına tökülür. Öz başlanğıcını Tibet dağlarından hündürlüyü 4630 m yüksəklindən (Kaylas dağı və Manasarovar gölü). Uzunluğu 1536 km (1050 km Hindistan ərazisindən axır), hövzəsinin sahəsi 395 min. km² təşkil edir. == Coğrafiyası == Satlec çayının 160 km boyunca ərazi Pakistan və Hindistanın dövlət sərhədini təşkil edir. Satlec axdığı regionların ən uzun çaylarıdır.
Tatev
Tatev — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Sənəd 3 Bu sənəd Tatev monastrına mənsub olan Xot, ġinher və Xalidzor kəndlərinin sərhədlərinin dəqiqləşdirilməsi barədə 1400-cü ilə aid qəbalədir. Qəbalədə qeyd olunur ki, "Azərbaycan ölkəsinin Kapanat və Sisəcan əyalətinin, Naxçıvan tüməninin vicdanlı adamlarının şəhadəti ilə qazı məhkəmə keçirdi və bu məhkəmənin qərarı ilə Urud nahiyəsinin Xot, ġinher və Xalidzor kəndlərinin hüdudları dəqiqləşdirildi". Bəs kəndlərin hüdudlarını müəyyənləşdirən yerlər necə adlanır? — Təmiz Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənşəli yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zoğallı dərə, Ayı dərəsi, Həmid gölü, Beş təpə, Daşxırman, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, İmranlı qəbiristanlığı, Çaxırçimən, Korçeşmə, Qızıl qaya, Börklü qaya, Qara çınqıllı, Uzun qaya, Keçi qayası və s. Bəs sənədi kim doldurub? — Naxçıvanlı Qəzi oğlu Əhməd, İnayətulla oğlu Rəhmətulla, Uruddan Söhrab. Allah Papazyana rəhmət etsin ki, bu adları dəyişdirmədən olduğu kimi, Azərbaycan türkcəsində də vermişdir. Sənəd 7.
Zaqes
Zaqes (gürc. ზაჰესი ზაჰესი, Zaqsi) — Gürcüstan, Tbilisi şəhərinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi bələdiyyəsinin (bölgəsinin) şimalında, Kür çayının sahilində yerləşir. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. 2008-ci ilə qədər Mtsxeta-Mtianeti bölgəsinin Mtsxeta bələdiyyəsinin bir hissəsi idi. 2008-ci ildə Tiflis bölgəsinə daxil edildi. Mövcud statistikada qəsəbə Tbilisi şəhərinin daxilində hesaba alınır. Kənd Zemo-Avçal Su Elektrik Stansiyasında və ya ZASES-də (rusca ZAQES) yaradıldı.
Zabel
İzabella (erm. Զապել; 25 yanvar 1216, 25 yanvar 1217, 1212 və ya 1213, Kozan – 23 yanvar 1252, Kozan, Kilikiya Erməni Çarlığı) — həmçinin İzabel və ya Zabel kimi də tanınır, 1219-cu ildən 1252-ci ildə ölümünə qədər Erməni Kilikiya Çarlığının kraliçası. O, Bağraslı Adəmin hökmdarlığı altında kraliça elan edildi. O, öldürüldükdən sonra Baberonlu Konstantin (Hetumilər sülaləsindən) qəyyum seçildi. Bu məqamda III Rubenin nəvəsi (Zabelin atası Kral I Levonun böyük qardaşı) Raymund-Ruben Kilikiya taxtını özü üçün iddia etməyə cəhd etdi, lakin o, məğlub oldu, əsir düşdü və edam edildi. Baberonlu Konstantin tezliklə Antakya şahzadəsi IV Boemund ilə ittifaq axtarmağa istədi və o, gənc şahzadə ilə IV Boemunun oğlu Filip arasında evlilik təşkil etdi. Filip isə ermənilərin həssaslığını toxundu, hətta kral sarayını qarət edərək kral tacını Antakyaya göndərdi; buna görə də o, Sis (indiki Türkiyənin Kozan şəhəri) həbsxanasına salındı, ehtimal ki, zəhərlənərək öldürüldü. Məyus olmuş gənc Zabel Barbaronun oğlu Hethum Konstantinlə evlənmək məcburiyyətində qaldı. Uzun illər onunla yaşamaqdan imtina etsə də, sonda o, bunu qəbul etdi. Kilikiyanın iki əsas sülalə qüvvələrinin (Rubenilər və Hetumilər) nikahında aşkar birləşməsi bir əsrlik sülalə və ərazi rəqabətinə son qoydu və Hetumiləri Kilikiya Ermənistanında siyasi hökmranlığın ön sırasına gətirdi.
Achnophora tatei
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. == Həyatının ilkin mərhələsi == 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. == Siyasi karyerası və qalmaqalları == Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Amar Çatiç
Amar Çatiç (21 yanvar 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq PSV klubunda hücumçu kimi çıxış edən peşəkar Bosniya və Herseqovina futbolçusudur. == Klub karyerası == === Yonq PSV === Çatiç PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. 30 may 2018-ci ildə o, PSV Eyndhoven klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Çatiç öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Oss klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Zakaria Abuxlalı əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Çatiç Niderlandda anadan olmuşdur. Valideynləri isə Bosniya və Herseqovina vətəndaşlarıdır. == Karyera statistikası == 24 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-ci ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. === Şəxsi həyatı === Fatimə və Ayşən adlarında 2 qızı, Əli və Səyyad adlarında 2 oğlu var.
Asparuh Latev
Aztech (şirkət)
Aztech – “Azerbaijan Technologies” şirkətinə məxsus əmtəə nişanıdır. “Azerbaijan Technologies” şirkəti 1998-ci ildə təsis olunub. == Fəaliyyət sahəsi == “Aztech” şirkəti Azərbaycanda uzun illər ərzində kompüter və noutbuklar, monitorlar, eləcə də videokartlar, ana platalar, SSD kimi kompüter detalları və müxtəlif aksessuarların satışı üzrə ixisaslaşıb. Bank avadanlıqlarının satışı da şirkət üçün əsas prioritetlərdəndir. Keyfiyyət göstəricisinə görə Azərbaycanda seçilən məhsulları ilə tanınır. Hazırda "ASUS", "Lenovo" və "MSI" brendlərinin Azərbaycanda əsas distribütorudur. == Tarixi == Şirkət 1998-ci ildən “Digital Store” kompüter mağazası kimi Azərbaycanın İKT bazarında fəaliyyət göstərməyə başlayıb. Şirkət 2000-ci ildə “Aztech” adı ilə təsis olunub. Həmin ildə “Dünya Bankı” ilə 526 min dollar dəyərində ilk iri həcmli müqavilə imzalanıb. 2002-ci ildə Yaponiyanın “Oki” şirkəti “Aztech” şirkətinin ilk beynəlxalq tərəfdaşı oldu.
DJ Fateh
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür. == Bioqrafiya == Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. == Yaradıcılığı və iş fəaliyyəti == 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
Dev Patel
Dev Patel (23 aprel 1990) — Böyük Britaniya aktyoru. Gənclik serialı "Skins"də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan çıxmış milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o, "BAFTA" mükafatına namizədlik əldə etmişdir. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Epaltes tatei
Haegiela (lat. Haegiela) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Haegiela tatei (F.Muell.) P.S.Short & Paul G.Wilson Sinonim Epaltes tatei F.Muell.
Erigerodes tatei
Haegiela (lat. Haegiela) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Haegiela tatei (F.Muell.) P.S.Short & Paul G.Wilson Sinonim Epaltes tatei F.Muell.
Fateh-110
Fateh-110 İranın Aviasiya Sənayesi Təşkilatı tərəfindən istehsal edilən "yer-yer" tipi qısa mənzilli ballistik raketdir. İran bu raketin yekun sınaq uçuşunu 2002-ci ilin sentyabr ayında həyata keçirmişdir. Bu sınaqdan bir neçə həftə sonra, sentyabr ayının ortalarında İran Aviasiya Sənayesi Təşkilatı Fateh-110 ballistik raketlərinin seriyalı istehsalını təşkil etmək məqsədilə yeni zavodun açılışını etmişdir. İlkin məlumatlarda raketin atəş məsafəsi 200 km olaraq göstərilsə də, 2004-cü ilin sentyabr ayında raketin hazırkı atəş mənzilinin 250 km olduğu və gələcəkdə ehtiyac yaranacağı təqdirdə bu məsafənin daha da artırılmasının mümkün olduğu qeyd edilib. 2012-ci ildə iranlı rəsmilər dördüncü nəsil Fateh-110 ballistik raketinin 300 km məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etmək gücündə olduğunu açıqlamışdır. == Tarixi == İran-İraq müharibəsi başa çatdıqdan sonra İran hökuməti qısa mənzilli və yüksək dəqiqliyə malik ballistik raketə ehtiyacın olduğunu nəzərə alaraq, bu məsələnin üzərində işləməyə başlamışdır. Beləliklə, 1989-cu ildə Çindən Sovet istehsalı S-75 raketlərinin oxşarı olan 200 ədəd CSS-8 qısa mənzilli raketləri satın alınmışdır. Lakin, bu raketlər də qısa atəş məsafəsinə, döyüş başlığının yüngül olmasına və çətin struktura sahib olmasına görə iranlıları qane etmədi. Son nəticədə, idarəolunan qısa mənzilli raketin istehsal olunması məsələsi "Shahid Bagheri Industries" şirkətinə həvalə olundu. 1995-ci ildə başladılan bu proqram üçün Zilzal-2 raketi əsas götürülmüşdür.