Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olena Zelenska
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.
Zelensi qoruğu
Zelensi - Sloveniyanın ucqar şimal-qərbində təbiət qoruğu. Qoruq Kranska Qora şəhəri yaxınlığında yerləşir. Sava çayının (Dunayın qolu) mənbəyi olan bataqlı-göl ərazisi məhs buradadır. Gölün suyu isə Nadiza bulağı (Nadiža, Tamar) ilə qidalanır. Su dərinliyi 2 metr olan göldən keçir. Yaz və yay aylarında ətraf ərizilər yaşıllığa qərq olur. Ona görə də ərazinin adı Zelensi (yaşıllıq) adlandırılmışdır. Yuxarı Sava dərəsi buzlaq fəaliyyəti nəticəsində formalaşmışdır. Zelensi ərazisində kütləvi göl çöküntülərinə rast gəlinir. Ehtimal olunur ki, Zelinsi ərazisi qədim Koren gölünün yatağı olmuşdur.
Zelenski
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir. O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.
Helena
Helena — ad. Helena Barlou — İngiltərə keçmiş uşaq aktrisası. Helena Kottler Vurnik — Avstriya əsilli sloveniyalı rəssam. Helena (Montana) — ABŞ-nin Montana ştatının paytaxtı.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi. Yelena Dmitriyeva — Rusiyanı təmsil edən həndbolçu. Yelena Qrubişiç — Xorvatiyanı təmsil edən həndbolçu. Yelena Polyonova — Rusiyanı təmsil edən həndbolçu. Yelena Radçenko — Ukraynanı təmsil edən həndbolçu. Yelena Tsıqitsa — Ukraynanı təmsil edən həndbolçu. Yelena Yatsenko — Ukraynanı təmsil edən həndbolçu.
Elena
Elena — ad. Elena George — rumın müğənni. Elena Cionat — Rumıniyalı pedaqoq, jurnalist Elena Levçenko — Belarus Respublikasının peşəkar basketbolçusu Elena Koşka — ABŞ pornoaktrisa və erotik modeli.
Kələnpa (Meşkinşəhr)
Kələnpa (fars. كلانپا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (29 ailə).
Lex Valensa
Lex Valensa (pol. Lech Wałęsa; 29 sentyabr 1943[…], Popovo[d], Üçüncü Reyx) — Polşa siyasət adamı, insan hüquqlarının fəal müdafiəçisi, Müstəqil həmkarlar təşkilatı olan "Solidarnost"un (Həmrəylik) keçmiş rəhbəri. İxtisasca elektrikdir (Qdansk). 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 1990–1995-ci illərdə Polşa prezidenti olub.
Miroslav Zelinka
Miroslav Zelinka — Çexiyalı futbol hakimi. Qarabağ FK - İnter Milan FK oyununda verdiyi mübahisəli qərarları ilə məşhurdur.
Selenqa deltası
Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır . Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Selenqa çayı
Selenqa və ya Seləngə çayı (monq. Сэлэнгэ мөрөн, rus. Селенга, bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km, hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır. Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır. Monqol dilində isə sele üzən su mənasını ifadə edir. Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.
Vladimir Zelenski
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir. O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.
Volodimir Zelenski
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir. O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.
Helena Barlou
Helena Barlou (5 sentyabr 1998) - İngiltərə keçmiş uşaq aktrisası. Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi. 2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi. Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı. 2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.
Helena Moreno
Helena Rubinşteyn
Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı. Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir." Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir. Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır.
Helena adası
Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir. Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Jelena Karleusa
Yelena Karleuşa Toşiç (serb. Jelena Karleuša Tošić, Јелена Карлеуша Тошић) — Serbiyanın pop müğənnisi.
Jelena Rozga
Jelena Rozga (23 avqust 1977, Split, Dalmatiya, Xorvatiya) — Xorvatiyalı müğənni.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Selena (serial)
Selena — Türkiyə istehsalı olan komediya janrlı televiziya serialıdır. Kosmosda çox uzaq bir planetdə yaxşılıq və pislik arasında böyük bir mübarizə vardır. Selenanın vəzifəsi insanlara yaxşılıq, Hadesin vəzifəsi isə insanlara pislik etmək və etdirməkdir. Utopiya planetində yaxşılıq və pisliyin mübarizəsində şərin təmsilçisi Hades yaxşılığın nümayəndəsi Selenanı məğlubiyyətə uğradaraq həftənin birincisi seçilir. Böyük Honos tərəfindən yaxşılıq və pisliyin sayına görə həftənin birincisinə mükafat, məğlub olana isə cəza verilir. Bir gün Hades Selenanı cəza olaraq bir qələmin içinə atır. Daha sonra qələmi Utopiya planetindən Dünya planetinə göndərir. Qələm Selin Aykar, Leyla Aykar və Nazlı Aykar adlı üç bacının evlərinin bağına düşür. Selena qələmin içindən çıxmaq üçün Selin, Leyla və Nazlı adlı üç bacının ələ-ələ tutaraq 3 dəfə adını deməkləri lazımdır. Amma qızların xəbərləri yoxdur ki, Selena qələmin içindədir.
Selena Qomez
Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Grand Prairie[d]) — ABŞ aktrisası, müğənni. "Veyverli Pleysin sehrbazları" filmindəki Aleks Russo rolu ilə şöhrət qazanıb və bu rola görə Emmi mükafatı alıb.
Yelena Çuxray
Alyona Yuryevna Çuxray (12 yanvar 1946, SSRİ) – Aktrisa. Alyona Yuryevna Çuxray 12 yanvar 1946-cı ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1969). Var olun, qızlar...